Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
2013-10-14, 6:15 AM | |
Günah mühitində nə etməliyik?
İmam Sadiq (ə) buyurur: "Yaxşı deyildir, o məclisdə ki, günah olar və sizin əlinizdən bir şey gəlməz, orada iştirak edəsiniz”. İmam Əli (ə) buyurur: "Əxlaqsız insanlarla oturub-durmaq imanın aradan getməsinə və şeytanın hazır olmasına səbəb olar”. Qurani-Kərimdə cəhənnəmə süqut etmiş insanların bəzisi belə deyərlər: "Ey kaş, filankəslə dost olmayaydım”. Əxlaqsız dostlar sizi bədbəxt edər və həlakətə tərəf sürükləyər. Loğmanın oğluna etdiyi tövsiyələrdən biri də bu idi ki: "Oğlum! Dünyada olan zaman iki şeyə riayət et ki, axirət əhli olasan! Onlardan biri budur ki, özünə yaxşı yoldaş tapasan ki, səni axirət əhli etsin. Çünki əgər şər olarsa, onunla oturub-durmaq səni cəhənnəm əhlindən edər. Yəni, əslində nəfsi sənə təsir edər”. Quran buyurur: "Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi. Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər”. ("Maidə” 79-80). Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlarla dostluq etmək ağlın və hikmətin yarısıdır”. İmam Baqir (ə) Saleh adlı bir kişiyə buyurur: "Ey Saleh! O kəs ki, səni ağladır və sənə nəsihət verir, onun ardınca get. O kəs ki, səni güldürür və aldadır, ardınca getmə. Tezliklə sizlərin hamısı Allaha tərəf gələcək və biləcəksiniz”. İman əhli dini vacibatlara və əhkamlara əməl edərək, əmr be-məruf və nəhy-əz-munkər əhlidirlər, haqq və səbrə tövsiyə edəndirlər, başqalarının din və dünyasının xeyirxahlığını istəyənlərdir. İmam (ə) ona görə də bizə buyurur ki, o kəs ki, sizə nəsihət verir, şübhəsiz ki, iman əhlidir. Dost olmağa layiq insanlardır. Nəinki səni qəflətə salan və yuxuya verənlər. Elə ona görədir ki, İmam Sadiq (ə) buyurur: "Mənim üçün ən sevimli qardaşım o kəsdir ki, eyblərimi mənə hədiyyə versin”. İmam Baqir (ə) buyurur: "Atam Əli ibni Hüseyn (ə) mənə buyurmuşdu: "Ey oğlum! Nəzərində olsun ki, beş insanla oturub-durma. Onlarla yolda danışma və rəfaqətlik etmə”. Dedim: "Atacan, onlar kimlərdir?”. Buyurdu: Məbada, yalançı ilə yoldaş olasan, o ilğım kimidir və uzağı sənə yaxın və yaxını uzaq göstərər. Məbada günahkar və fasiqlə yoldaş olasan, çünki o, səni bir yemək tikəsndən də azına satar. Paxıl insanla yoldaş olmaqdan çəkin, çünki o, sənin ehtiyacın olan zaman malını sənə əsirgəyər. Axmaq və ağılsız insanla yoldaş olmaqdan çəkin, çünki o, sənə fayda vermək istəyən zaman ağılsızlığı üzündən ziyan vurar. Məbada o kəs ki, qohumları ilə əlaqəsini kəsib, onunla yoldaş olasan, çünki mən onun Quranda üç dəfə Allahın məlun bəndəsi olduğunu görmüşəm”. Əbu Haşim Cəfəri deyir: "İmam Rza (ə) mənə buyurdu: "Səni niyə Əbdurrəhman ibni Yəqubun yanında gördüm?” Dedim: "O, mənim dayımdır”. Həzrət buyurdu: "O, Allah haqqında ağır və böyük sözlər deyir. Allahı təcəssüm edir, halbuki Allahı cismi təsvir etmək olmaz. Ya onunla ol və bizi tərk et. Ya da bizimlə ol və onu tərk et”. Mən dedim: "O, hər nə deyirsə, desin mənə təsir etmir, mənə ziyan vurmur. Mən onun dediklərinə inanmıram”. İmam (ə) buyurdu: "Qorxmursan ki, ona gələn bəla sənə də sirayət etsin? Məgər o şəxsin haqqında eşitməmisən ki, Musanın (ə) rəfiqi idi və atası da Fironun səhabələrindən idi? O zaman ki, Fironun ordusu dənizə çatır, həmin oğlan Musanın (ə) ordusundan ayrılıb atasının yanına gedir ki, ona nəsihət etsin. Anidən İlahi əzab gəlir və Fironun ordusu qərq olur. O oğlan da atası ilə bir yerdə qərq olur. Bu xəbər Musaya (ə) çatır və o, buyurur: "O oğlan - İlahi rəhmətdədir. Ancaq o zaman ki, əzab gələr günahkara yaxın olduğu üçün müdafiə olmaz”.
| |
Views: 984 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1 |
Total comments: 2 | |
|