Bazar günü, 2024-12-22, 11:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Entries in category: 599
Shown entries: 301-350
Pages: « 1 2 ... 5 6 7 8 9 ... 11 12 »

Sort by: Tarix · Ad · Retinq · Serhler · Yukleme · Baxis

Quranın nəzərində behiştə aparan yollar

Behişt - elə bir yerdir ki, Allah onu yaxşı əməl sahibləri üçün hazır etmişdir. Orada hər cür nemət tapmaq olar. Quranda bu nemətlərin bəzisinə işarə edilmişdir. Allah Təala istəyir ki, biz behişt haqqında bir qədər təsəvvürə malik ola bilək. Çünki behiştdəki nemətlər bu dünyada olanlarla fərqlənir. İnsanlar behişt həqiqətini dərk etməyə qadir deyildirlər. Necə ki, ana bətnində olan zaman bu dünyanı dərk edə bilmirlər.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 450 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-26 | Reytinq: 0.0/0 | Serhler(0)

Bir gün ölsəm, hara gedəcəyəm - deyə düşündünüzmü heç?

İnsanlar Cəhənnəmə girmək üçün malını və canını verir. Təsəvvür edirsinizmi, pul verir Cəhənnəmə girə bilmək üçün.

Cənnət isə havayıdır.Cəhənnəmdən fərqli olaraq. Cənnətə girmək üçün bir qəpik belə ödəmirsiniz. Necəmi?

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 660 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Camaat nə deyər?

Dünyaya gəlmək istəyirdim. Ümumi xəstəxanada. Babam anama dedi:
–Ancaq özəl xəstəxanada.

Anam soruşdu:–Niyə? ...

Dedi:–Camaat nə deyər?!...
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 668 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Təkəbbür və təvazökarlığın əxlaqa təsirləri

  Əxlaqın həm üstün və həm mənfi xüsusiyyətləri vardır. Məsəlin, təkəbbür - əxlaqın rəzil xüsusiyyətlərindəndir. Təkəbbür Quranda müxtəlif cür zikr edilmişdir. Yəni, insan daxilində olan bir növ ağırlıqdır ki, haqqın bütün varlığı ilə aşkar olmasına imkan vermir. Yəni, o zaman ki, haqq insana tərəf gələr, maneə olduğu üçün ondan üz döndərər.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 617 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Hansı 2 keyfiyyət insanın rəftarlarını dəyərə mindirir?

   Allah Təala öz bəndələrinin ixtiyarına çox sayda nemət qoymuşdur. Bu nemətlərin həddi-hüdudu yoxdur. Əgər təfəkkür etsək, hər saniyə bizə verilən minlərlə neməti dərk edə bilərik. Allahın biz insanlara əta etdiyi nemətlər bəzən batinidir və bəzən də zahiridir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 694 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-23 | Reytinq: 0.0/0 | Serhler(0)

Əziz Peyğəmbərimizin (s) orucla bağlı bəzi davranışlar

  «Məkarimul-əxlaq» kitabında Ənəs ibn Malikin belə söylədiyi nəql edilmişdir: «Həzrət Peyğəmbər(s) oruc tutarkən imsak və iftar vaxtlarında şərbət içərdi. Bir çox hallarda o, sutka ərzində yalnız bir dəfə yemək yeyərdi. Süddən xoşu gəldiyi üçün çox vaxtlar süd içərdi. Bəzən isə o Həzrətin (s) yeməyi isladılmış çörək olurdu».
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 641 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-23 | Reytinq: 0.0/0 | Serhler(0)

Arzularımızı necə həqiqətə çevirək?

    Bütün insanlar fikri və ağlı həddi-büluğa çatdığı gündən bəri özləri üçün hədəf və arzular müəyyən edirlər. Hər biri də bunun üçün səy edir. Ancaq burada acı bir həqiqət vardır. Çox az insan öz arzu və hədəfinə çata bilər. Qalanları isə ancaq xəyallarında gündüzləri gecə edərlər. Həqiqət budur ki, hər bir insan arzu və istəyinə çatmaq üçün xüsusi qayda və qanunlara riayət etməlidir.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 705 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-23 | Reytinq: 0.0/0 | Serhler(0)

Şeytanın insana həmlə etdiyi 4 tərəf nə məna daşıyır?

    "Ey insanlar, yer üzündə olan şeylərin (müxtəlif yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir”. ("Bəqərə” 168).

Şeytan insanın yolunda olan bir maneədən çox, onu kamala çatdıra biləcək bir qüvvədir. Belə ki, əgər şeytan olmasaydı, İlahi imtahan da olmazdı. Yaxşı ilə pisi bir-birindən ayırmaq da olmazdı.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 659 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-23 | Reytinq: 0.0/0 | Serhler(0)

Rəhmət ayında rəhmli olun...

  Qəzəbə nəzarət üsulları

Təəssüf ki, cəmiyyətdə əksər insanlar özündən zəiflərlə qaba davranır, kobud rəftar edir. Kimi əl, kimi ayaq, kimi söz, kimi səslə içindəki qəzəbi büruzə verir. Təbii ki, insanı kobudluğa sövq edən səbəb var. Bunun əsas səbəbi insanın özündən çıxması, qəzəblənib özünə nəzarəti əldən çıxarmasıdır. Uğurlu həyat yaşamaq istəyən insan qəzəbi bir kənara qoymalı, kobudluğa yol verməməlidir. İnsanın qəzəbin acı aqibətini bilməsi üçün onun ətrafa diqqətlə baxması zəruridir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 748 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-23 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsanlara Xidmətin Fəziləti


1- İmam Cəfəri Sadiq (a.s)ın səhabələrindən biri belə deyir: "Bir gün Kəbənin ətrafında təvaf halındaydım. Beşinci şavta çatdığımda, yoldaşlarımdan biri yanıma gələrək məndən iki dayanar borc verməmi istədi. Ona dedim ki bir küncdə səbr et, təvafım bitsin, ondan sonra istəyini yerinə yetirim. Çünki təvafın bitməsinə az qaldı. O bir kənara çəkilib gözləməyə başladı, mən də təvafıma davam etdim. Daha altıncı şavtı bitirməmişdim ki İmam Cəfəri Sadiq (ə.s) Məscid-ül Harama girdi və mənə doğru gəldi.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 733 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-20 | Reytinq: 0.0/0 | Serhler(0)

Tənbəllikdən Xilas olma

 
Lazımlı işləri etmək üçün heç cür hərəkətə keçə bilməməmizin səbəbini özümüzə heç soruşduqmu? Motivasiyamızın niyə  əskik olduğunu maraqlandıq mi? Əslində bu sualların cavabını günümüz insanı maraqlanmaqda və tənbəlliyin səbəblərini araşdırmaqdadır? Hətta bir çox insan bu problemin həlli adına bəzi seminarlara qatılmaqda, xüsusi kurslar almaqdadır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 745 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-20 | Reytinq: 0.0/0 | Serhler(1)

Allahın insana simvolik məktubu

 

   Bilirəm ki, dəfələrlə qəlbin sıxılmışdır. O qəlb ki, Mən orada qərar tutmuşam. O qədər sıxılır ki, hətta Mənim varlığımı belə unudursan. Ürəyinin sıxılmasının səbəbini özündən soruş. Mən hələ ki, varam və sənin Allahınam. Ruhun Məndəndir. Ancaq Mən istəmirəm ki, sən bu cür qalasan. İstəyirəm ki, dəyişib yaxşı olasan.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 613 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Hər bir bədən üzvünün zəkatı var

   İmam Sadiq (ə) buyurur: "Hər bir üzvün zəkatı vardır.

 

Gözün zəkatı - ibrətlə baxmaq və günaha göz yummaqdır.

 

Qulağın zəkatı - eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 713 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Əfv etmək
    Əfv etmək İlahi bir sifətdir. Uca Allah həmd və sənalar zamanı bu sifətlə zikr olunur ( "Nisa surəsi atə 43)
    Rəsulullah (s) buyurub:
    "Əməllərin ən yaxşısı əfv etməkdir"
    "Allah əfv etməyi sevir"
    "Bir-birinizi əfv edin ki, düşmənçilik aradan qalxsın"
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 635 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Allahdan qorxmaq və çəkinmək
    Ey əziz qardaş, Allahdan qorx, Onun əzəmət və cəlalına diqqət yetir, daim hesab günü haqda fikirləş, axirət əzabını xatırla!
    Ölümü, bərxəz aləminin çətinliyini və qiyamət günün əzabını təsəvvür et. Cənnət, Cəhənnəm, qorxan və çəkinən bəndələrin halını bəyan edən Quran ayələrini və rəvayətləri diqqətlə oxu, bu haqda dərindən fikirləş. (Uca Allah "Nazirat" surəsində buyurur:"
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 665 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Nəfsimə məktub...

Ey nəfsim! Sənə lap məəttəl qalıram! İçərisində rahatlıq olma-yan bir evdə rahatlıq istəyirsən.

Fani  olduğunu  bildiyin  dünyanın  dadını  çıxarmaq  istəyirsən.

Zövq və əyləncə istəyirsən hadisələrin aqibətinə baxmırsan.

Ey  nəfs!  Niyə  insanların  qarşısında  təqvalı,  saf  və  iffətli
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 635 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Dilin bəlaları
    Şübhəsiz ki, qeybət, böhtan, yalan, məsxərə, mübahisə, zarafat, boş-boş danışmaq, söyüş söymək və bu kimi xəbis əməllər dilin zərər gətirən bəlalarındandır.
    Deməli, dil insana başqa üzvlərdən daha çox zərər verir.
    Dil insanı yoldan çıxarmaq üçün Şüytanın ən çox xoşladığı bir alətdir. Hər kəs dilinə görə cəza çəkir. Belə ki, Şeytan insanın dilindən istifadə edərək əzaba, ağrıya və peşmançılığa aparır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 670 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Dini inanc qayğını ortadan qaldırır


İnsanlardakı ən əhəmiyyətli qayğılardan birinin də ölüm qayğısı olduğunu söyləyən mütəxəssislər, sözlərini belə davam etdirdi: "Böyük ölçüdə şəxsi idarənin kənarında olan ölüm gerçəyi, çoxu insanda böyük bir qorxu və qayğıya səbəb olar. Bununla birlikdə, bu ölüm qayğısı adamdan adama fərqlilik göstərər
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 700 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Günahkar gənc
 
          
Molla Fəthullah Kaşani "Mənhəcus-sadiqin” təfsirində və Ayətullah Kəlbasi "Ənisül-ləyl” kitabında nəql edir:
Malik Dinarın dövründə günahkar bir cavan dünyasını dəyişdiyi vaxt camaat onun cənazəsini gətirib bir zibilliyə atdı.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 680 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Qəlbin ismət pərdəsini yırtan günahlar
 
(Tebyan saytına istinadən)

İmam Cəfər Sadiq (ə) buyurur: "Heç kimin qeybətini etmə və heç kimin dalınca danışma ki, sənin də dalınca danışarlar. Heç kimə quyu qazma ki, özün ora düşərsən, necə ki, cəza verirsə, sənə də o cür cəza veriləcəkdir”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 668 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

ƏDƏB NƏDİR?
 
*  Ədəb, söz mənası ilə, qanuni bir davranışda əks olunması lazım olan gözəl görünüşdür. Bu gözəllik, ya dindən qaynaqlanar və ya ağıllı insanların cəmiyyətləri nəzərində var olar. Dua edərkən və ya bir yoldaşla qarşılaşıldığında güdüləcək ədəb qaydaları kimi. Buna davranışın zərifliyi də deyilə bilər. Ədəb mütləq qanuni olan, qadağan olmayan mövzularda söz mövzusu ola bilər. Buna görə zülmün, xəyanətin, yalanın, çirkin və iyrənc işlərin ədəbi olmaz. Ayrıca ancaq iradə nəticəsni olan və birdən çox alternativi olan hərəkətlərdə reallaşa bilər.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 829 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 5.0/1 | Serhler(0)

Tələsməmək

   Tələsməkdən və gecikməkdən (Rəsulullah (s) buyururb: " Tələsmək Şeytandan, aramla hərəkət etmək isə Allahdandır" ("Camius-səadət" c.1, səh.274). Həmçinin, Allah-Təala "Qiyamə" surəsində buyurur: Xeyir, siz  tələsizsiniz və axirətinizə diqqət yetirmirsiniz") çəkin! Sözlərinə və əməllərinə diqqət yetir!
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 669 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Qəzəblənmək

   Əziz qardaş, bacardığın qədər qəzəblənmə və nəfsini mərhəmət zinətilə zinətləndir. Bil ki, bütün pisliklərin açarı qəzəbdir. Şiddətli qəzəb sahibini vaxtsız ölümə aparır. Rəsulullahdan (s) nəql edilən hədisdə buyurulur: "Sirkə balı xarab etdiyi kimi qəzəb də imanı zay edər" ( Usulul-kafi" c.2, səh.229)
    Qəzəblənməyin pis olduğunu bilmək üçün qəzəblənən insanın əməllərinə diqqət yetirmək kifayədir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 686 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Mərhəmət
   Mərhəmət göstərmək tələsməmək, əsəbi cilovlamaq və nəfsi tənzimləməkdir. Beləliklə, insanın qəzəbi asanlıqla hərəkətə gəlməz, sonda iztirab və ya peşmançılıq çəkməz. (Mərhəmət qəzəbləndikdə nəfsi tənzimləyir  və sahibini intiqam almaqdan çəkindirir)
    Çərhəmət və əsəbi cilovlamaq - hər ikisi gözəl əxlaqı xüsusiyyətlərdir.
    Mərhəmətin gözəlliyini vurğulamaq üçün elmə bərabər hesab edilən hədislərə müraciət etmək kifayətdir
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 706 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Ədəbsizlik
   Ey əziz qardaş, ədəbsizlikdən çəkin! Ədəbsizlik insanı Xaliqdən də, məxluqdan da uzaqlaşdırır (" Usulul-kafi" c.2, səh.242)
    Ədəbsiz insan daim əzab içində yaşayır. (Şeyx Kuleyni "Usulul-kafi" kitabının 2-ci cildinin 242-ci səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir:"Kimin əxlaqı pis olsa özünə əzab verər") Çünki həmin şəxs onu əsla tərk etməyən bir düşmənin əsiridir. ( Şeyx Kuleyni "Usulul-kafi" kitabında məsumlardan nəql edir: "Sirkə balı xarab etdiyi kimi, ədəbsizlik də imanı xarab edir")
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 689 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Mülayim olmaq
    Ey əziz qardaş, sözdə və əməldə sərt olmaqdan çəkin! Çünki sərtlik pis xüsusiyyətlərdən biri olduğu üçün insanlar bundan nifrət edər.  Sərtlik insanın həyat seyrinə xələl gətirir. Görmürsənmi, Allah öz Rəsuluna (s) yol göstərərək buyurur:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 623 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Xəstə ziyarəti


    İctimai əxlaqın aşkar nümunələrindən biri xəstələri ziyarət etməkdir. Xəstəni ziyarət etmək dinimizdə savab əməllərdəndir; istər eyni şəhərdə olsun, istər başqa bir şəhərə gedərək olsun; istər qohumlar və yaxınlardan olsun, istər dost və tanışlardan olsun, istərsə də kimsəsiz olan qəribə və xarici xəstələr olsun.
    Sədinin dediyi kimi: "Sağlamlığın dəyərini, bir müsibətə düçar olan kimsə bilər. "[1]
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 671 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Düşmənçilik və söyüş
   Ey əziz qardaş, düşmənçilikdən və kin-küdurətdən uzaq ol! Çünki bunların səmərəsi peşmançılıq, dünya və axirət açarı, izləri isə iztirab, lənət və təhqirdir. Bunların xəbis sifətlərdən olduğuna heç bir şebhə yoxdur. Xüsusilədə söyüş və təhqirin. ("Rəsulullah (s) buyurub:"Mömini söymək  fasiqlikdir, öldürmək küfrdür, qeybətini etmək günahdır və malının hörməti onun qanının hörmətidir")
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 651 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Özündən razı qalmaq  
Ey əziz qardaş, ücbdən (Özündən razı qalmaq) və nəfsə ibadətdən çəkin! Ücb elə bir günahdır ki, toxumu küfr, torpağı nifaq, suyu fitnə-fəsad, budaqları cəhalət, yarpaqları zəlalət, meyvəsi isə lənət və ədəbi Cəhənnəm alovudur. (Nəql edilən rəvayətdə Allah-Təala davuda (ə) buyurur: "Ey Davud, günahkarlara müjdə ver, möminlərə isə xəbərdarlıq et!
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 659 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-17 | Reytinq: 0.0/0 | Serhler(0)

Təkəbbür və təvazökarlıq
    Ey əziz qardaş, heç zaman təkəbbürlük etmə! Təkəbbürlü insanlar Qiyamət günü sanki kiçik qarışqa formasında həşr olunacaqdır. bütün insanlar onları tapdalayıb keçəcək, onların Allah yanında nə qədor-qiyməti, nə də ki, hörməti olacaqdır ("usulul-kafi" c.2, səh.235)
    Allah-Təala Qurani-Kərimdə buyurur:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 703 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Peyğəmbərimizin (s) yemək yeyən zamanı etdiyi dua

  O zaman ki, Peyğəmbərimiz (s) yemək yeyərdi, bu duanı oxuyardı: "Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”.

İmam Əli (ə) buyurur: "Peyğəmbər (s) üçün yemək gətirdilər. O Həzrət (s) barmağını yeməyin ortasına salır və qaynar olduğunu görəndə buyurardı: "Qoyun soyusun ki, bərəkəti çox olsun. Allah bizə qaynar yemək verməmişdir”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 478 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

İlahi tərbiyə: Qurani əxlaq
    Sevdiklərimizi necə tərbiyyə etməliyik?
    Bəs tərbiyyə verdikdən sonra onlara necə təlim verməliyik? Onları ayr-ayrı mərhələlərdə aparmalıyıq, yoxsa bir yerdə?
    Quranda təlim-tərbiyyənin sevgi və mərhəmətdən qaynaqlanmalı olduğundan xəbər verilir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 712 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Daşürəkli olmaq
    Daşürəkli olmaq elə bir çənfi xüsusiyyətdir ki, Adəm övladı bu hala düşdükdə başqalarının ağrı və müsibətləri ona təsir etməz. Bu halın mənşəyi biganəlik qüvvəsinin artmasıdır. ("Camius-səadət" c.1, səh.369)
    Zülm, başqalarına əziyyət vermək, məzlumların çağırışına cavab verməmək, fəqir və ehtiyacı olanlara əl tutmamaq və bu kimi digər mənfi xüsusiyyətlər ürəyin daşlanmasının nəticəsidir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 604 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Acgözlük
   Ey əziz qardaş, qarnına ibadətdən çəkin. Çünki zəlillik, axmaqlıq, alçaqlıq kimi fasiq əməllər və həmçinin bir çox zərərlərin mənşəyi qarındır. (Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: "Qəlblərinizi çox yemək və içməklə öldürməyin, çünki qəlb sanki bir toxum kimidir, çox suvardıqca tələf olur").
    Əgər qarın olmasaydı, o zaman quş tələyə düşməz və ovçu öz tələsini hazırlamazdı.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 683 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Dünya sevgisi
   Ey əziz qardaş, dünya sevgisindən uzaq ol! çünki dünya sevgisi bütün xətaların səbəbidir. ("Usulul-kafi" c.2, sə.238)  Yalnız dünyanı hədəfləyən insanın əməli fasiq olar.
    Dünya insana ölemdən sonrakı həyat üçün verilən bir şansdır. Yəni dünyanın faydası ölümdən sonra başlayır. İnsan savab və axirət səmərəsi üçün düya tələb etməlidir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 667 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Hamı tərəfindən sevilmək mümkündürmü?

  Bu dünyada elə bir insan yoxdur ki, hamı tərəfindən sevilməsini istəməsin. İnsan bu hədəfinə çatmaq üçün çox yolları imtahandan keçirir. Məsələn, diqqəti cəlb etmək üçün çoxlu pul xərcləyir. Ya da saatlarla aynanın qarşısında əyləşir və özünüi gözəlləşdirməklə məşğul olur.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 618 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Әmәlsiz аlim şеytаn kimi...


İslam alimlərə böyük dəyər verdiyi kimi onların xətalarının da təhlükəsi haqda hadəslərə malikdir

Hәzrәt Pеyğәmbәr (s) buyurub: "Аlimin хәtаsı tәbil sәsi kimidir ki, tеzliklә cаmааtа yеtişәr. Аmmа cаhilin хәtаsını оnun nаdаnlığı örtәr.”

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 722 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Yemək və içmək

Yemək və içməyin hökmləri

    
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُواْ لِلّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

     «Ey iman gətirənlər! Sizə ruzi verdiyimiz pak nemətlərdən yeyin! Əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin». (Bəqərə surəsi, ayə 172)
     Bitki mənşəli yeməklər: Meyvə-tərəvəz və göyərtilərin insana zərəri olmadığı halda hamısı halaldır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 676 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Şeytanla düşmənçilik

Şeytanın itaətindən uzaqlaşmadıqca  Allaha sığınmağın həqiqətinin yaranmadığı məlumdur. Günaha bulaşan şəxs şeytanın qarşısında kiçilməkdədir. Qurani-Məcid buyurur: "Onu düşmən tutun.” O, sizin çətin düşməninizdir. Siz də onunla dostluq deyil, düşmənçilik edin. Ona itaət etmək dostluğun göstəricisidir. Bu çətin düşmənin daim pusquda olduğunu, bəşəri bir an belə rahat buraxmayacağını bilin. Əgər özünü amanda bilsən, xəbərsiz bir cahilsən.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 647 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-16 | Reytinq: 0.0/0 | Serhler(0)

ŞƏXSİYYƏTLİ RUHLAR VƏ BÖYÜK İNSANLIQ
İndiyə qədər açıqlanan bütün məsələləri özünə pərəstişliyin böyük nümunələrindən hesab etmək olar. Bunların heç birini yüksək şəxsiyyətlilik adlandırmaq olmaz. Psixoloji və fəlsəfi baxımdan aydınlaşdırılan məsələlərdən biri də, insanın daxilində — Quranın təbirincə desək, fitrətində bu cür böyüklük hissindən başqa yüksək insaniyyət hissinin də mövcud olmasıdır.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 683 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-15 | Reytinq: 0.0/0 | Serhler(0)

ŞƏXSİYYƏT BAXIMINDAN İNSANLARIN QİSMLƏRİ
Şəhid Mütəhhəri insan «şəxsiyyətinin» potensial qüvvə şəklində olmasını, eləcə də bu şəxsiyyətin insanların məhz öz iradə və ixtiyarı ilə aktuallaşmasını nəzərə alaraq, onları üç dəstəyə bölüb deyir: Qurani-kərimdə insan üçün üç mənsəb zikr edilmişdir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 660 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-15 | Reytinq: 0.0/0 | Serhler(0)

ƏMANƏT MƏSULİYYƏT DEMƏKDİR
İndi isə görək əmanət nədir? Biz «yəhmilnəha» kəlməsindən onun mənasını başa düşə bilərik. Maddi və cismani deyil, məsuliyyətli bir vəzifədir. Rəvayətlərdə deyilir ki, əmanət, məsuliyyət, təklif (dini borc), vəzifə və qanun deməkdir. İnsan həyatı vəzifə və təkliflər əsasında yaşanılmalıdır. Gərək onun üçün qanunlar təyin olunsun. O da bu məsuliyyəti öz öhdəsinə götürməlidir. Bu xüsusiyyətlər insandan başqa heç bir varlıqda mövcud deyildir.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 696 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Dostluq etmək barədə dinimizin tövsiyələri

   İnsanın ictimai qabiliyyətlərindən biri - dost tapmaqdır. Bəzilərinin bu sahədə xüsusi istedadları vardır. Yəni, bu insanların ictimai rabitə qurmaq bacarığı daha yüksəkdir. Bəzilərdə isə bu qabiliyyət daha məhduddur. İmam Əli (ə) buyurur: "Ən gücsüz insan o kəsdir ki, dost tapmaqda gücsüz olar. Ondan da gücsüzü o kəsdir ki, dostlarını əldən verər”.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 666 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-07 | Reytinq: 0.0/0 | Serhler(0)

ATA QATİLİ ÇOX YAŞAMAZ

    Mütəvəkkil, (Abbasi xəlifəsi) Əli (ə) övladlarıyla qatı düşmən idi. O, İmam Hüseynin (ə) hərəmi ətrafında dəfn olunmuş səhabələrdən on yeddisinin qəbrini dağıtdırmışdı. Onun xilafət etdiyi dövrdə ələvilərə, xüsusilə də Mədinə şəhərində yaşayan seyyidlərə çox əzab-əziyyət edirdilər. Bu ağır vəziyyət 247-ci (h.q) ilə qədər davam etdi. Amma Mütəvəkkilin ölümündən sonra oğlu Müntəsir hakimiyyətə gəldi və vəziyyət tamamilə dəyişdi.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 713 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-01 | Reytinq: 5.0/1 | Serhler(0)

ATASINA ƏL TUTMAYAN KASIB OLAR


Nəql olunur: "Peyğəmbərin (s) zamanında kasıb bir kişi yaşayırmış. Bu kişinin varlı bir oğlu var idi ki, əsla atasına əl tutmazdı.
Bir gün bu kasıb kişi Peyğəmbərin (s) hüzurunda öz övladından gileylənib dedi:
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 709 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-01 | Reytinq: 0.0/0 | Serhler(0)

ANANI UNUTMAĞIN AQİBƏTİ

Nəql olunur ki, Bəni-İsrail tayfasından olan Curəyh adlı cavan oğlan biyabanda xüsusi bir yerdə ibadətlə məşğul olardı. Onun bu ibadət və bəndəliyini görən bir çoxları, o cümlədən də dövrün padşahı Curəyhə mürid olmuşdular.


Gözəl əxlaq dinin yarısıdır | Baxis: 763 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-01 | Reytinq: 5.0/2 | Serhler(0)

Allahın razılığını qazanmaq üçün nə edək?

   Həzrət İmam Cəfər Sadiq (ə) Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətlərində belə buyurduğunu nəql edir: "Mənim ümmətimdən olan hər kəs Allahın razılığını qazanmaq üçün qırx hədis əzbərləsə, Allah Təala Qiyamət günü onu peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə məhşur edər. Bunlar çox gözəl dostlardır”.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 748 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-30 | Reytinq: 5.0/3 | Serhler(0)

Allahla ünsiyyət yaratmaq üçün nə etməli?

  Hər kim başqası ilə ünsiyyət bağlamaq və ona yaxın olmaq istəyirsə, gərək elə bir əməl etsin ki, qarşı tərəf də ona etimad edə bilsin. Onun rəftarlarını bəyənsin. O kəs ki, Allahla yaxın olmaq istəyir, gərək elə rəftar etsin ki, Allahın nəzərini cəlb edə bilsin.
Gözəl əxlaq dinin yarısıdır | Baxis: 666 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-30 | Reytinq: 5.0/1 | Serhler(0)

Insanın problemləri dünyadakı əməlləri ilə sıx bağlıdır

 

  Allahın ən böyük hikmətlərindən biri budur ki, insanları əməllərinə görə bəzən bu dünyada cəzalandırır. Bu cəza əzab şəklində onlara nazil olur.

Quran dastanları içərisində oxuyuruq ki, bir şəhərdə təhlükəsizlik və sülh hakim idi. Hər tərəfdən başlarına ruzi yağardı. O zamana qədər ki, şəhər əhli bu nemətlərə küfr etdilər. Allah da onların bu küfrünə görə onlara aclığı dadızdırır.

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 633 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-27 | Reytinq: 0.0/0 | Serhler(0)

Bu 4 şey insanın qəlbini fərahlandırır və qəmi aradan aparır

İmam Rza (ə) ətrlə bağlı buyurur: "4 şey insanın qəlbini fərahlandırır və qəmi aradan aparır. Ətir vurmaq, bal yemək, təbiətə baxmaq və sürücülük. Kişiyə yaraşmır ki, gündəlik ətirdən istifadə etməsin. Ən azı gün aşırı, bu da mümkün olmasa hər cümə istifadə etməlidir.” (Biharul ənvar cild 73, səhifə 140)

Gözəl əxlaq dinin yarısıdır | Baxis: 671 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-26 | Reytinq: 5.0/1 | Serhler(1)

1-50 51-100 ... 201-250 251-300 301-350 351-400 401-450 ... 501-550 551-599