Çərşənbə günü, 2024-04-24, 6:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Dostluq etmək barədə dinimizin tövsiyələri
2013-07-07, 5:48 AM

Dostluq etmək barədə dinimizin tövsiyələri


 

  İnsanın ictimai qabiliyyətlərindən biri - dost tapmaqdır. Bəzilərinin bu sahədə xüsusi istedadları vardır. Yəni, bu insanların ictimai rabitə qurmaq bacarığı daha yüksəkdir. Bəzilərdə isə bu qabiliyyət daha məhduddur. İmam Əli (ə) buyurur: "Ən gücsüz insan o kəsdir ki, dost tapmaqda gücsüz olar. Ondan da gücsüzü o kəsdir ki, dostlarını əldən verər”.

 

Allah yolunda dost tapmaq

Ən yaxşı dostluq - o dostluqdur ki, Allah yolunda olar. Həzrət Peyğəmbər (s) buyurur: "Allah üçün möminin möminlə dostluğu - imanın ən böyük hissəsidir. Həqiqətən o kəs ki, Allaha görə dostluq edər, Allaha görə düşmənçilik edər - Allahın seçilmişlərindən olar”.

 

İmam Sadiq (ə) buyurur: "O kəs ki, Allaha görə başqası ilə dostluq edər, Qiyamət günü nurlu minbərlərdə olarlar. Nur simalarını, bədənlərini və minbəri aydınlandırar. Deyilər: "Onlar Allah görə dostdurlar””.

 

İmam Rza (ə) buyurur: "O kəslər ki, Allah yolunda dostluq edər, Qiyamət günü nur minbərləirndə qərar tutar ki, nur üzlərini, əndamlarını və minbərləri nura boyayar. Məlum olar ki, onlar Allah yolunda bir-biri ilə dostdurlar”.

 

Bir nəfər İmam Sadiqdən (ə) soruşur: "Siz deyirsiniz ki, zər aləmində bütün ruhlar toplaşar. Bu dünyada bir-bir ilə tanış olanlar o biri dünyada da tanış olarlar. O kəslər ki, tanış deyildirlər, dünyada da tanış deyildirlər”. İmam (ə) buyurur: "Bəli, həqiqət elə budur. Çünki Allah bütün insanlardan əhd almışdır. (Tövhidi, Peyğəmbərin (s) nübuvvətini və İmamların (ə) vilayətini qəbul etmişdilər). Onlar ruhlar idilər.

"O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qafil idik» deyəsiniz”. ("Əraf” 172). O günü o kəs ki, başqası ilə ülfət və üns bağlayar, bu dünyada da onunla ülfət bağlayar. O kəs ki, başqası ilə ülfət bağlamaz, bu dünyada da onunla ülfətdə olmaz”.

 

İmam Əli (ə) oğlu İmam Həsənə (ə) dörd nəfərlə dostluq etməməyi tövsiyə edir və buyurur: "Oğlum! Axmaqla dostluq etməkdən çəkin. Çünki sənə xeyir vermək istəsə, ancaq ziyan verər. Paxıl ilə dostluqdan çəkin, çünki çox ehtiyacın olan şeyi səndən əsirgəyər. Pis əməl sahibi ilə dostluqdan çəkin. Səni ən az qiymətə satar. Yalançı ilə dostluqdan çəkin ki, o ilğıma bənzəyər. Uzağı sənə yaxın və yaxını uzaq göstərər”.

İmam Baqir (ə) buyurur: "Dörd nəfərə yaxın durma və qardaş olma: yelbeyn, acgöz, qorxaq, yalançı ilə. Yelbeyn sənə fayda vermək istəyən zaman, nadanlığı üzündən sənə ziyan vurar. Acgöz səndən alar, ancaq sənə heç nə verməz. Qorxaq ehtiyac olan zaman səndən, hətta ata və anasından belə qaçar. Yalançı düz danışsa da, heç kim inanmaz”.

 

İmam Sadiq (ə) buyurur: "Dostluğun şərtləri vardır: Hər kim bu şərtlərin hamısına və ya bəzisinə riayət edərsə, onu dost saymaq olar. O kəsdə ki, bu şərt olmaz, onu dost hesab etmək olmaz. Bu şərtlər ibarətdir: 1.Batini və zahiri eyni olsun.  2. Sənin izzətini öz izzəti və sənin eybini öz eybi bilsin. 3. Əgər məqama və ya sərvətə çatsa, onda heç bir dəyişklik olmasın. 4. Onun qüdrət və gücü səni istədiyin şeyə çatmaqdan saxlamasın. 5. Giriftar olan zaman səni buraxmasın”.

 

İmam Əli (ə) buyurur: "Həqiqi dost o kəsdir ki, qardaşını üç şeydə qorusun: giriftar olanda, öləndə və qaib olanda (yəni başqa yerdə olanda)”.

 

Həzrət Peyğəmbər (s) buyurur: "Üç şey vardır ki, insanın müsəlman qardaşı ilə dostluğuna səfa verər: həmişə onunla xoş üzlə rəftar edin, məclisdə oturan zaman onun üçün yer açın, onu sevdiyi adı ilə çağırın”.

 

Dostlarımızı bu şərtlərə uyğun seçək və onlarla Allaha xatir dostluq edək.

 

(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 640 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]