Bazar günü, 2024-12-22, 5:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Mərhəmət
2013-07-17, 5:22 AM
Mərhəmət
   Mərhəmət göstərmək tələsməmək, əsəbi cilovlamaq və nəfsi tənzimləməkdir. Beləliklə, insanın qəzəbi asanlıqla hərəkətə gəlməz, sonda iztirab və ya peşmançılıq çəkməz. (Mərhəmət qəzəbləndikdə nəfsi tənzimləyir  və sahibini intiqam almaqdan çəkindirir)
    Çərhəmət və əsəbi cilovlamaq - hər ikisi gözəl əxlaqı xüsusiyyətlərdir.
    Mərhəmətin gözəlliyini vurğulamaq üçün elmə bərabər hesab edilən hədislərə müraciət etmək kifayətdir (Təbərsi "Mişkatul-ənvar" kitabının 219-cu səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir: Rəsulullah(s) buyurur: And olsun Allaha ki, elmlə mərəhməti cəm etməkdən gözəl heç nə yoxdur"). Necə ki, bütün yeməklərin dadı onun duzu ilə ölçülür, mərhəmət də əxlaqın duzudur. Elə buna görə də insanın əxlaqı onun mərhəmətilə ölçülür.
    Əmirəl-möminin (ə) buyurub:
    "Mərhəmət cövhəri ağıl olan bir nurdur". (Ğurarul-hikəm" səh.286, 6412-ci hədis)
    "Mərəhmət ağlın tamamlayıcısıdır". (Ğurarul-hikəm" səh.286, 6411-ci hədis)
    "Mərhəmət möminin işini nizamlayır". (Ğurarul-hikəm" səh.286)
    "Mərəhmət möminin dostu və vəziridir" (Ğurarul-hikəm" səh.286)
    "İnsanın gözəlliyi onun mərhəmətidir"(Ğurarul-hikəm" səh.285, 6392-ci hədis)
    "Kim səni səfeh davranışlarla qəzəbləndirərsə, sən də onu gözəl mərhəmətlə qəzəbləndir" (Ğurarul-hikəm" səh.285, 6400-ci hədis)
    "Əgər mərhəmətli deyilsənsə, mərhəmətli olmağa çalış" (Usulul-kafi" c.2, səh.92)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 707 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]