Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Günahkar gənc
2013-07-17, 5:31 AM | |
Molla Fəthullah Kaşani "Mənhəcus-sadiqin” təfsirində və Ayətullah Kəlbasi "Ənisül-ləyl” kitabında nəql edir: Malik Dinarın dövründə günahkar bir cavan dünyasını dəyişdiyi vaxt camaat onun cənazəsini gətirib bir zibilliyə atdı. Həmin
gecə Malik Dinara yuxuda buyuruldu: "Bizim bəndəmizin bədəninə qüsl
ver, onu kəfənə bürü və salehlərin qəbristanlığında dəfn et.” Malik
soruşdu ki, «bu qədər günaha batmış insan necə bağışlana bildi?» Cavab
verildi ki, «o, can verdiyi vaxt ağlar gözlə belə deyirdi: "Ey dünya və
axirət sahibi, rəhm et o kəsə ki, nə dünyası var, nə axirəti.” ("ya mən
ləhud-dünya vəl-axirətu irhəm mən ləysə ləhud-dünya vəl-axirətu”).
Malik! Qapımıza gəlmiş hansı dərdliyə dəva qılmadıq?! Kim bizim
dərgahımıza üz tutub nalə çəkdi və istədiyi qəbul olunmadı?!» sibtayn.com | |
Views: 681 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |