Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Tələsməmək
2013-07-17, 5:26 AM | |
Tələsməkdən və gecikməkdən (Rəsulullah (s) buyururb: " Tələsmək
Şeytandan, aramla hərəkət etmək isə Allahdandır" ("Camius-səadət" c.1,
səh.274). Həmçinin, Allah-Təala "Qiyamə" surəsində buyurur: Xeyir, siz
tələsizsiniz və axirətinizə diqqət yetirmirsiniz") çəkin! Sözlərinə və
əməllərinə diqqət yetir! Bil ki, bəşər övladının diqqətsizliyi
səbəbindən etdiyi əməllər onu ziyana sürükləyir və sonu peşmançılıqla
nəticələnir.(Əmirəl möminin (ə) buyurub:" Tələsmək peşmançılıq yaradır")
Hər bir tələsən və mənasız rəy sahibi başqalarının gözündə kiçilir,
qəlblərində isə etibarını itirir.
Böyük filosoflardan olan Sədi deyir: Bütün əməllər səbr və diqqətlə
görülməlidir. Tələsmək insanı gözdən salır. Səhrada yavaş-yavaç gedən
şəxsin mənzilə tələsəndən əvvəl yetişdiyini gözümlə görmüşəm. Çünki
sürətlə gedən at yolda yıxıldığı halda, yavaş-yavaş gedən dəvə öz yolunu
sona qədər fəth edir. ("Şeyx Küleyni özünün "usulul-Kafi" kitabının
ikinci cildinin 114-cü səhifəsində deyir: İmam Baqir (ə) buyurur: "
Allah tələsmədən görülən xeyir işləri sevər".) gunahkar-bende.ucoz.net | |
Views: 670 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |