Bazar günü, 2024-12-22, 5:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yemək və içmək
2013-07-16, 9:44 AM
Yemək və içmək

Yemək və içməyin hökmləri

    
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُواْ لِلّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

     «Ey iman gətirənlər! Sizə ruzi verdiyimiz pak nemətlərdən yeyin! Əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin». (Bəqərə surəsi, ayə 172)
     Bitki mənşəli yeməklər: Meyvə-tərəvəz və göyərtilərin insana zərəri olmadığı halda hamısı halaldır.
    
Heyvan mənşəli yeməklər

     1. Əti halal olan ev heyvanları:
     • inək;
     • qoyun;
     • dəvə.
     2. Əti məkruh olan ev heyvanları:
     • at;
     • qatır;
     • ulaq.
     3. Əti haram olan ev heyvanları:
     • it;
     • pişik və s.
     4. Əti halal olan vəhşi heyvanlar:
     • ceyran;
     • dağ keçisi.
     5. Əti haram olan vəhşi heyvanlar:
     • Bütün növ yırtıcı heyvanlar: canavar, pələng və s. kimi. (Lənkərani, T.m., məs.2703 və 2707; Sistani, T.m., məs.2640 və 2593)
    
     Yemək yeyəndə müstəhəb olan işlər
     1. Yeməkdən qabaq əlləri yumaq;
     2. Yeməkdən sonra əlləri yuyub dəsmalla qurulamaq;
     3. Ev sahibinin hamıdan qabaq yeməyə başlayıb hamıdan sonra çəkilməsi;
     4. Yeməyə başlayanda "bismillah" demək; amma əgər bir süfrədə bir neçə növ yemək olsa, hər birini yeməyə başlayanda "bismillah" demək müstəhəbdir.
     5. Sağ əllə yemək;
     6. Əgər bir neçə nəfər bir süfrənin başında otursa, hər kəsin öz qabağında olan yeməklərdən yeməsi;
     7. Tikələri kiçik götürmək;
     8. Yeməyi təcili və tələsən halda yeməmək, yeməyi uzatmaq;
     9. Xörəyi yaxşı. yaxşı çeynəmək;
     10. Yeməkdən sonra Allaha həmd etmək;
     11. Yeməkdən sonra dişləri yumaq; dişlərin dibində qalan yemək qalıqlarını çıxartmaq, ağzı yumaq, dişləri fırçalamaq.
     12. Meyvələri və göyərtiləri yeməzdən qabaq yumaq. (Lənkərani, T.m., məs.2711; Sistani, T.m., məs.2645)
Yemək yeyəndə məkruh olan işlər
     1. Tox halda yemək;
     2. Çox yemək;
     3. Yemək yeyəndə başqalarının üzünə baxmaq;
     4. Xörəyi qaynar halda yemək;
     5. Yediyi, yaxud içdiyi şeyi üfürmək;
     6. Süfrəyə çörək qoyulandan sonra başqa şeyləri gözləmək;
     7. Meyvəni tam yemədən atmaq. (Lənkərani, T.m., məs.2712; Sistani, T.m., məs.2646)
    
    
Su içməyin müstəhəbbatı
     1. Suyu sovuraraq içmək;
     2. Suyu içməzdən əvvəl «bismillah», axırda «əlhəmdu lillah» demək;
     3. Suyu üç dəfəyə içmək;
     4. Meyli olanda su içmək;
     5. Su içəndən sonra imam Hüseyn (ə) və onun əhli. beytini yad edib, qatillərinə lənət göndərmək. (Lənkərani, T.m., məs.2713; Sistani, T.m., məs.2647)
    
    
Su içməyin məkruhatı
     1. Çox su içmək;
     2. Yağlı yeməklərdən sonra su içmək;
     3. Qabın sınıq yerindən və dəstəyi olan tərəfdən su içmək. (Lənkərani, T.m., məs.2714; Sistani, T.m., məs.2647)
    
     İki məsələ:
     • Dovşanın ətini yemək haramdır. (Lənkərani, T.m., məs.2707; Sistani,"Minhacus-salehin”, c.3, məs.881)
     • Həşəratların bütün növləri haramdır. Çəyirtkə isə istisnadır, onu yemək halaldır. (Sistani: Ehtiyati-vacibə əsasən ... T.m., məs.2633)
    
     Pərvərdigara! Bizə həqiqi İslam maarifinə yiyələnməkdə yardımçı ol və bircə an da bizi qəflətdə saxlama! İlahi Amin.
     Doğru yola tabe olanlara salam olsun.
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 677 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]