Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Əfv etmək
2013-07-17, 5:39 AM | |
Əfv etmək İlahi bir sifətdir. Uca Allah həmd və sənalar zamanı bu sifətlə zikr olunur ( "Nisa surəsi atə 43) Rəsulullah (s) buyurub: "Əməllərin ən yaxşısı əfv etməkdir" "Allah əfv etməyi sevir" "Bir-birinizi əfv edin ki, düşmənçilik aradan qalxsın" "Sizə əfv etməyi tövsiyə edirəm, çünki əfv etmək insanın izzətini artırır".("Usuli-Kafi" c.2, səh 88) İmam Zeynəlabidin (ə) uca Allaha minacatda buyurub: "Ey Rəbbim, Sən özünü əfv edən adlandırmısan, məni əfv et!" (Səhifeyi Səccadiyyə" 11-ci dua)
Bil ki, günah nə qədər böyük olsa, onu əfv etmək daha böyükdür"
(Rəsulullah (s) buyurub: " Sizə dünya və axirət əxlaqının nə olduğunu
deyimmi? Səni xatırlamayanı xatırlamaq, səni məhrum edənləri məhrum
etməmək və sənə zülm edənləri bağışlamaq")
Bir şair nəsr formasında əfv etmək haqda deyir: " Pisliyə pislik
etmək asandır, lakin yaxşı insan pislik əvəzində yaxşılıq edəndir". | |
Views: 636 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |