Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Ədəbsizlik
2013-07-17, 5:21 AM | |
Ey əziz qardaş, ədəbsizlikdən çəkin! Ədəbsizlik insanı Xaliqdən də, məxluqdan da uzaqlaşdırır (" Usulul-kafi" c.2, səh.242)
Ədəbsiz insan daim əzab içində yaşayır. (Şeyx Kuleyni "Usulul-kafi"
kitabının 2-ci cildinin 242-ci səhifəsində İmam Sadiqdən (ə) nəql edərək
deyir:"Kimin əxlaqı pis olsa özünə əzab verər") Çünki həmin şəxs onu
əsla tərk etməyən bir düşmənin əsiridir. ( Şeyx Kuleyni "Usulul-kafi"
kitabında məsumlardan nəql edir: "Sirkə balı xarab etdiyi kimi,
ədəbsizlik də imanı xarab edir"). Bir şair nəsr üslubunda deyir;"Əgər ədəbsiz bir insan yaşamaq üçün uzaq ölkələrə qaçsa belə ədəbsizlik ondan əl çəkməyəcək"
Gözəl əxlaq övliyaların ən gözəl sifətidir. (Şeyx Kuleyni
"Usulul-kafi" kitabının 2-ci cildində səh.81-də İmam Zeynəlabidindən (ə)
nəql edərək buyurur: "Qiyamət günü tərəzidə qoyulacaq ən üstün əməl
gözəl əxlaqdır") Allah-Təala Qurani-Kərimdə buyurur: وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ "Həqiqətən də, sən böyük əxlaq sahibisən!" ("Qələm" surəsi, ayə 4) Rəsulullah (s) buyurur: "Qiyamət günü sizlərdən mənə ən yaxını və ən sevimlisi gözəl əxlaqa sahib olanınızdır" ("Usulul-Kafi" c.2, səh.81) "Sizlərdən mənə ən çox oxşayan gözəl əxlaqa malik olanınızdır" ("Biharul-Ənvar" c.71, səh.375-387) Əmirəl-möminin (ə) buyurub:
"Gözəl əxlaq üç şeydədir; Haramlardan çəkinməkdə, halal tələb etməkdə
və ailənin gəlirini artırmaqda" ("Biharul-Ənvar" c.71, səh.395) gunahkar-bende.ucoz.net | |
Views: 690 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |