Cümə axşamı, 2024-04-25, 0:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bir gün ölsəm, hara gedəcəyəm - deyə düşündünüzmü heç?
2013-07-24, 6:46 AM
Bir gün ölsəm, hara gedəcəyəm - deyə düşündünüzmü heç?

 

Bir gün ölsəm, hara gedəcəyəm - deyə düşündünüzmü heç?

İnsanlar Cəhənnəmə girmək üçün malını və canını verir. Təsəvvür edirsinizmi, pul verir Cəhənnəmə girə bilmək üçün.

Cənnət isə havayıdır.Cəhənnəmdən fərqli olaraq. Cənnətə girmək üçün bir qəpik belə ödəmirsiniz. Necəmi?

- Namaz neçəyədir? Namaz qılmaq üçün pul ödəmirsən.

- Dəstəmaz neçəyədir? Dəstəmaz üçün də sizdən pul istəyən yoxdur.

- Namuslu yaşamaq neçəyədir?

- Quran oxumaq neçəyədir?

- Günahdan, zinadan qorunmaq neçəyədir?

- Şərəfli yaşamaq neçəyədir?

Fikir verin, sadalanan heç nə üçün heç bircə qəpik də ödəmirsən. Lakin...

- Namussuzluq pul. Pul ödəyərək bunları edirsən: içki pul, zina pul, şərəfsizlik pul, qumar pul, ümumiyyətlə Cəhənnəmə gedən yolların demək olar ki, çoxu puldur.

Maraqlıdır ki, kimlərsə pulla Cəhənnəmi qucaqlayır, ancaq havayı Cənnətə girməyə çalışmır.

Cəhənnəmə girməyə marağın varsa, o zaman əməllərinin arasına bunları da qat:

- İnkarçı olacaqsan, Qurani-Kərimi bəyənməyəcəksən. Dinin əmrlərinə qarşı gələcəksən.

- Rüşvət və faiz alıb-verəcəksən. Yalan, dedi-qodu, qeybət, iftira- bunlarla qucaq-qucağa yaşayacaqsan.

- Halal-haram tanımayacaqsan. İnsanları aldadacaqsan.

- Namaz,Oruc, Zəkat kimi ibadətlərin səmtinə belə baxmayacaqsan.

- Yetim malını nüfuzuna keçirəcəksən. İsraf edəcəksən.

- Qul haqqını yeyib, bu haqla Axirətə köçəcəksən. Heç kimdən halallıq istəməyəcəksən.

- Yalan danışacaq, verdiyin vəədlərə əməl etməyəcək, sənə əmanət edənlərə xəyanət edəcəksən.

- Mənfəətin üçün hər şeyi, hətta mənliyini belə satacaqsan.

- Nəslin pozulması üçün planlar hazırlayıb, zina edəcəksən.

İnanmıram ki, bu cümlələri oxuyanlar arasında Cəhənnəmi dörd əlli qucaqlayanlar yoxdur. Ancaq indi sən qərar ver! Yanmaq üçün bu qədər məsrəfə və əziyyətə dəyərmi? Həmişə Cənnət Üçün Çalışın!!



İnternet materiallarından

islamaz.com


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 630 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]