Bazar günü, 2024-12-22, 4:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Acgözlük
2013-07-16, 9:51 AM
Acgözlük
   Ey əziz qardaş, qarnına ibadətdən çəkin. Çünki zəlillik, axmaqlıq, alçaqlıq kimi fasiq əməllər və həmçinin bir çox zərərlərin mənşəyi qarındır. (Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: "Qəlblərinizi çox yemək və içməklə öldürməyin, çünki qəlb sanki bir toxum kimidir, çox suvardıqca tələf olur").
    Əgər qarın olmasaydı, o zaman quş tələyə düşməz və ovçu öz tələsini hazırlamazdı.
   Bil ki, qarın bir çox bəlası olduğu kimi aclığında bir o qədər faydası vardır. Aclıq qəlbi nurlandırır, zühni gücləndirir, insan minacat vasitəsilə həqiqi ləzzəti hiss edir, zikrin və ibadətin şirinliyini dadır, Qiyamət gününü xatırlayır, pisliyi əmr edən nəfsin zəifliyi aşkar olur, itaət və ibadət asanlaşır, insan qənaətcil olur, bədəni sağlamlaşır və xəstəlikləri sağaldır. ("Əxlaq" , Seyid Abdulllah Şübbər, səh.153)
    Beləliklə, qarına ibadət edənlər özlərini müalicə etməli, qarını aclığın faydalarından məhrum etməməli, peyğəmbərlərin, böyük alimlərin və ariflərin yolu ilə getməlidirlər. Çünki onlar bu zirvələrə aclığı dadaraq çatmışlar.
    Qarına ibadət edənlər ya aclıqla mələklərə, ya da toxluqla heyvanlara şərik olmağı seçə bilərlər.
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 684 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]