Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Qəzəblənmək
2013-07-17, 5:24 AM | |
Əziz qardaş, bacardığın qədər qəzəblənmə və nəfsini mərhəmət zinətilə
zinətləndir. Bil ki, bütün pisliklərin açarı qəzəbdir. Şiddətli qəzəb
sahibini vaxtsız ölümə aparır. Rəsulullahdan (s) nəql edilən hədisdə
buyurulur: "Sirkə balı xarab etdiyi kimi qəzəb də imanı zay edər" (
Usulul-kafi" c.2, səh.229)
Qəzəblənməyin pis olduğunu bilmək üçün qəzəblənən insanın əməllərinə
diqqət yetirmək kifayədir. (Təbərsi özünün "Miftahul-ənvar" kitabının
323-cü səhifəsində deyilir:" İmam Sadiq (ə) buyurub: "Qəzəb bütün şər
işlərin açarıdır". Həmçinin İmam Əmirəl-möminin (ə) buyurub:
"Qəzəblənmə, qəzəbin əvvəli dəlilik, sonu isə peşmançılıqdır. Çünki
qəzəb öz sahibinin eyiblərini üstünü açır") | |
Views: 687 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |