Cümə günü, 2024-03-29, 1:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Insanın problemləri dünyadakı əməlləri ilə sıx bağlıdır
2013-06-27, 9:01 AM

Insanın problemləri dünyadakı əməlləri ilə sıx bağlıdır

 

 Allahın ən böyük hikmətlərindən biri budur ki, insanları əməllərinə görə bəzən bu dünyada cəzalandırır. Bu cəza əzab şəklində onlara nazil olur.

Quran dastanları içərisində oxuyuruq ki, bir şəhərdə təhlükəsizlik və sülh hakim idi. Hər tərəfdən başlarına ruzi yağardı. O zamana qədər ki, şəhər əhli bu nemətlərə küfr etdilər. Allah da onların bu küfrünə görə onlara aclığı dadızdırır.

İnsanın təbiətlə rabitəsi olduğu kimi, Xaliqlə də rabitəsi vardır. Allah Təala hər bir bəndəsinin rəftar və əməlini imtahana çəkər. Nə zaman bəndəsinin rəftarını bəyənməzsə, qəzəblənər. Bu zaman bəndəsinə əzab nazil edər.

Bu əzabların bəzisi bəndəsinə bu dünyada nazil olar və bəziləri Qiyamətdə və axirətdə. Dünyada nazil olan əzablar müxtəlif cür özünü büruzə verə bilər. Bəziləri üçün xəstəlik, bəzilərinə hadisə, bəzilərinə isə övlad acısı, bəzilərinə ticarətdə iflas, bəziləri üçün isə hədəfə çatmamaq kimi büruzə verir. İctimai bəlalara psixologi xəstəliklər, qəhətlik, zəlzələ, sel kimi bəlaları misal çəkmək olar.

"Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. ("Bəqərə” 155).

 

İmam Əli (ə) buyurur: "Təqva və pəhrizkarlıqla möhkəm olan köklər həlak olmaz. Təqva əhli olan millətin tarlası susuz qalmaz”.

İmam Sadiq (ə) buyurur: "O zaman ki, cəmiyyətdə zina yayılar, zəlzələ onu titrədər”.

Ancaq bu, o demək deyildir ki, hara bəla gəlsə, həmin yerin insanlarını günahla ittiham etmək lazımdır. Çünki biz bunu bilmərik, bu bəlaların səbəbini bilən ancaq Allahdır.

 

Hər bir müsəlman öz rəftar və əxlaqına görə məsuliyyətlidir. Bir müsəlman zalım olmamalıdır, günaha bulaşmamalıdır, özü üçün İlahi qəzəbə şərait yaratmamalıdır.

İlahi qəzəbə səbəb olan günahlar: töhmət, Allahı yada salmaqdan qafil olmaq, peyğəmbərlərə iman gətirməmək, paxıllıq, küfr, İlahi ayələri inkar etmək, Allahın əmrlərinə müxalifətlik etmək, zülm, sələm, haram mal, insanları çəkidə aldatmaq və sair...

Müsəlman bilməlidir ki, Quranın vəd etdiyi əzab və bəlalar ancaq keçmişə aid deyildir. Bəlkə hər bir məkan və zamana aiddir. Yəni insan hansı zaman və məkandan asılı olmayaraq əgər günah işlədərsə, mütləq cəzalandırılacaqdır - həm bu dünyada və həm də axirətdə. Allah adildir, aləmi öz hikməti ilə idarə edər. Heç kim Ona hikmətində yardım etməz. Ancaq bir şey qətidir ki, heç bir küfr cəzasız qalmaz.

 

(Tebyan/ Deyerler)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 602 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]