Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
İlahi tərbiyə: Qurani əxlaq
2013-07-16, 9:55 AM | |
Sevdiklərimizi necə tərbiyyə etməliyik? Bəs tərbiyyə verdikdən sonra onlara necə təlim verməliyik? Onları ayr-ayrı mərhələlərdə aparmalıyıq, yoxsa bir yerdə? Quranda təlim-tərbiyyənin sevgi və mərhəmətdən qaynaqlanmalı olduğundan xəbər verilir.
Rəhman" surəsinin ilk iki ayəsinə diqqət yetirək:" Rəhman!
(Mərhəmətli olan Allah!), (Öz peyğmbərinə) Quranı öyrətdi". Demək, hər
şeydən əvvəl, tərəf müqabilimizə sevgi və mərhəmət göstərməli, onun
könlünü ələ almalı və artıq bundan sonra təlim-tərbiyə mərhələsinə
başlamaq lazımdır. Yəni nəyisə öyrənmək istəyiriksə, hər seydən əvvəl,
sevgi və mərhəmətin qaynağı olmalı və artıq bundan sonra əzizlərimizə
istədiklərimizi öyrədə bilərik. Quranı oxuduqca təlim0-tərbiyyənin nə
qədər asanlaşdığını görür, lakin yaşadıqca onu nə qədər
çətinləşdiyimizin şahidi oluruq. Peyğəmbərlərimizin timsalında
təlim-tərbiyyə üsulundan söz açan Allah onun iki mərhələdən ibarət
olduğunu xəbər verir: "...onları (günahlardan, şirk və çirkablardan)
təmizləyər, onlara kitabı və hikməti (Quranı və şəriəti) öyrədər" Yəni
kütləyə təlim-tərbiyə vermək üçün, ilk növbədə, onun mənəvi təmizliyinə
nail olmalı və artıq bundan sonra təlim vermək istiqamətində lazımi
addımlar atmaq lazımdır. Lakin bir çox hallarda təlim-tərbiyyənin
mahiyyətini dərk edə bilməməyimiz onun hardan və necə başlamalı və
bitməli olduğumuzu da bilmirik. Çünki hər şeyə maddi gözlə baxır və hər
şey barədə rasional hesablamalar aparırıq. Bir çox həqiqətlərin
mahiyyəti məna aləmində dərk olunur və onun hesabı da məna aləmində
(Allahın nəzərində) aparılır. Təlim də, tərbiyyə də həqiqətin dərk
olunması ilə müyəssər olur və bunun üçün heç də kağız-qələmə
dəftər-kitaba ehtiyac yoxdur. Həqiqəti dərk edə biləcək könül olsa
yetər. Həqiqəti dərk edən elə bir könül ki, Kəhf əshabı məktəb görmədən,
kimsədən dərs almaq onu boş mağarada dərk etdi. | |
Views: 713 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |