Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Nəfsimə məktub...
2013-07-17, 5:35 AM | |
Ey nəfsim! Sənə lap məəttəl qalıram! İçərisində rahatlıq olma-yan bir evdə rahatlıq istəyirsən. Fani olduğunu bildiyin dünyanın dadını çıxarmaq istəyirsən. Zövq və əyləncə istəyirsən hadisələrin aqibətinə baxmırsan. Ey nəfs! Niyə insanların qarşısında təqvalı, saf və iffətli görünməklə məşğul olub qaranlığa bürünüb insanların ətraflarına çəkildikləri vaxt sanki səni görmürmüş kimi ALLAHa üsyan etməyə cürət edirsən. Ey nəfs! Sənə nə olur, sanki ondan əmin olmusan kimi dün-ya-ya güvənirsən. Əvvəlkilərin vəziyyətlərini xatırlamırsanmı? Onlar həyatlarını dünyaya hədiyyə etmişlər idilər, birdə baxdılar ki dünya onlara əcəllərini gətirmiş və nemətləri atəşə çevirmiş. Bilmirsənmi ki, dünya hiyləçidir, məqsədləri və vəziyyətləri dəyişdirəndir. Bu halda ona necə güvənərsən? Hər hansı bir anda ölüm sənə hücum edib səni içində olduğun şeydən çıxara bilər və səni bir diyardan onun üçün hazırlanmadığın başqa bir diyara apa-rar. Orada sənin vəziyyətin nə olar ey nəfs! Ey nəfs! Cənnəti istədiyini iddia edirsən amma onun üçün heç çalışmadın. Atəşdən qorxduğunu iddia edirsən amma ondan heç qaçmadın! Əgər Cənnətə girsən orada nemətləndiriləcəyini, əgər Cəhənnəmə girsən orada əzaba uğrayacağını öyrənmədinmi? Ey nəfs! Nədən səni hər itaətə məcbur etdiyimdə tənbəlləşib məndən qaçır, yorğunluq və məşəqqəti bəhanə edir bir günah gördüyündə isə ona qaçırsan? Ey nəfs! Mənə doğrunu söylə! Nə istəyirsən? Xoşbəxtlikmi, bədbəxtlikmi? Rifahmı, əzabmı? Ey nəfs! Sənə and içərəm ki, xoşbəxtlik və rifah ancaq ALLAHa itaətdə vardır. Bədbəxtlik və əzab isə günahlarda vardır. Mənimlə razısanmı? Səndən ümid et-diyim şey budur... iman.ge | |
Views: 636 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |