Bazar günü, 2024-12-22, 5:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Camaat nə deyər?
2013-07-24, 6:42 AM
Camaat nə deyər?


Dünyaya gəlmək istəyirdim. Ümumi xəstəxanada. Babam anama dedi:
–Ancaq özəl xəstəxanada.

Anam soruşdu:–Niyə? ...

Dedi:–Camaat nə deyər?!...

Məktəbə getmək istəyirdim. Küçəmizin başındakı məktəbə. Anam dedi:
–Ancaq özəl məktəbə!

 Atam soruşdu:
–Niyə?

 Anam dedi:
–Camaat nə deyər?!...

Humanitar fənlərə marağım var idi. Atam dedi:
–Ancaq riyaziyyat!

Soruşdum:
–Niyə?

 Dedi:
–Camaat nə deyər?!...

Kəndli bir qızla evlənmək istəyirdim. Bacım dedi:
–Ancaq mən öləndən sonra...

Soruşdum:–Niyə?

 Dedi:
–Camaat nə deyər?!...

İstəyirdim ki, toya ayıracağım pulu öz həyatım üçün sərmayə edim. Atam və anam dedilər:
–Ancaq bizim cənazəmizin üstündən keçdikdən sonra.

Soruşdum:
–Niyə?

Dedilər:
–Camaat nə deyər?!...

İstəyirdim ki, cibimə uyğun olaraq şəhərin aşağısında bir ev kirayələyim. Anam dedi:
–Vay olsun mənə!

Soruşdum: –Niyə?

Dedi:
–Camaat nə deyər?!...

Evlilikdən sonra ilk qonaqlığımız idi. Sadə və səmimi olmasını istəyirdim. Arvadım dedi:
–Bu tezlikdə məğlubiyyət?!

Soruşdum:
–Niyə?

 Dedi:
–Camaat nə deyər?!...

İstəyirdim qədim modelli bir maşın alım. Cibimə uyğun. Həm də əlimin əsası olsun. Arvadım dedi:
–Allah məni öldürsün!

Soruşdum:
–Niyə?

Dedi:
–Camaat nə deyər?!...

Uşağım dünyaya gəlirdi. Ümumi xəstəxanada. Atam dedi:
–Ancaq özəl xəstəxanada.

Soruşdum:
–Niyə?

 Dedi:
–Camaat nə deyər?!...

Uşağım məktəbə getmək istəyirdi, təhsil fənnini seçmək istəyirdi, evlənmək istəyirdi...

Ölmək istəyirdim. Qəbir məsələmdə mübahisə oldu. Oğlum dedi:
–Qəbiristanlığın aşağı tərəfində.

Arvadım fəryad etdi. Qızım soruşdu:
–Nə olub?

Dedi:
–Camaat nə deyər?!...

Camaat... Qardaşım mənim əza məclisim üçün sadə bir məscidi danışdı. Bacım göz yaşı tökdü və dedi:
–Camaat nə deyər?!...

Qəbiristan tərəfindən sadə bir baş daşını məzarım üstə qoydular. Amma qardaşım dedi:
–Camaat nə deyər?!...
Özü mənim üçün üzərində mənim şəkilim həkk olunmuş bir qəbir daşı sifariş verdi.

Hazırda mən burada, dar bir çalada məskunlaşmışam. Həyatımı davam etdirmək üçün bütün var-dövlətim bir cümlədən başqa bir şey deyil: –Camaat nə deyər?!... O camaat ki, bir ömür onların nə deyəcəyi barədə nigaran idim, bir an olsun belə mənim üçün nigaran deyillər.

 

Mənbə: Partosokhan.ir

Tərcümə etdi: M. Əhmədov

islamaz.com


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 669 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]