Bazar günü, 2024-12-22, 5:11 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Xəstə ziyarəti
2013-07-17, 5:16 AM
Xəstə ziyarəti


    İctimai əxlaqın aşkar nümunələrindən biri xəstələri ziyarət etməkdir. Xəstəni ziyarət etmək dinimizdə savab əməllərdəndir; istər eyni şəhərdə olsun, istər başqa bir şəhərə gedərək olsun; istər qohumlar və yaxınlardan olsun, istər dost və tanışlardan olsun, istərsə də kimsəsiz olan qəribə və xarici xəstələr olsun.
    Sədinin dediyi kimi: "Sağlamlığın dəyərini, bir müsibətə düçar olan kimsə bilər. "[1]
Sağlamlıq, bilinməyən ilahi nemətlərdən biridir. Xəstələnən bir kimsə, dostların və qohumların yolunu və hal-əhval soruşmalarını gözlər və  bu işdən məmnun olar.
    Çoxlu mükafata və Xaliq ilə məxluqun razılığına səbəb olan ən yaxşı işlərdən biri də, məhz xəstələri ziyarət etməkdir.
    İslamda bu əməlin xüsusi bir qaydası vardır. Onlardan bəziləri bunlardır: İnsanın, xəstənin halını soruşmaq üçün onun yanına getməsi, (əgər xəstənin özü, daha çox oturmanızı istəyib israr etməsə) az oturması, xəstənin əlini tutması, nəbzini yoxlaması, əlini onun alınına qoyması, xəstəyə dua etməsi, ondan dua xahiş etməsi və s. Ancaq bunları yerinə yetirməyə çalışarkən xəstəyə və ailəsinə bir zəhmət səbəbi olmamağa diqqət edilməlidir. [2]
    Xəstəni ziyarət etməyə gedərkən, əlində, günün şərtlərinə və mədəni ənənələrə görə məşhur olan münasib bir hədiyyə də aparmaq çox yaxşıdır.
    İmam Sadiqin (ə) xidmətçilərindən biri belə deyir: "Tanışlardan biri xəstələndi. Biz, dostlarla birlikdə onun ziyarətinə getmək üçün yola çıxdıq. Yolda İmam Sadiqlə (ə) qarşılaşdıq. İmam soruşdu: "Hara?" "Filan şəxsin ziyarətinə gedirik" - dedik. İmam: "Durunuz" - dedi. Biz dayandıq. İmam soruşdu: "Görəsən alma, armud kimi bir şey yanınızda varmı?" "Xeyr, bunlardan heç biri yoxumuzdur" - dedik. İmam buyurdu: "Xəstənin yanına aparmaq üçün, onunla xoşbəxt olduğunu, onun rahatlamasına səbəb olduğunu bildiyiniz bir şey varmı?"[3] 
    Bu, indiki psixologiya elmində və yeni inkişaf edən tibbi müalicələrdə belə xəstəni yaxşılaşdıran bir tövsiyə olaraq bildirilməkdə və yerinə yetirilməsi istənilməkdədir.
    Xəstələrin evinə gedib-gəlmək, onları ziyarət etmək, vəziyyətlərini soruşmaq peyğəmbərlərin əxlaqı olub, əlaqələrin möhkəmlənməsi, dostluqların və ailəvi yaxınlaşmanın səbəbidir.
    İslam Peyğəmbəri (s) də xəstələrin ziyarətinə gedərdi. Hətta bir dəfə yəhudi olan bir xəstə qonşusunun ziyarətinə belə getdiyi yazılmışdır. [4]
    Ziyarətlərdə əhəmiyyətli olan və onları qiymətli hala gətirən; Allah üçün edilməsi və təmiz bir ürəklə reallaşdırılmasıdır. Hətta dostluq, yoldaşlıq, iş və mövqe baxımından arada heç bir əlaqənin olmadığı xəstələrin ziyarətinə getmək də əhəmiyyətlidir. Bu, xəstənin sahibsiz, kimsəsiz, xarici və qəribə olduğu və hər kəsdən daha çox ziyarətçilərin yollarını gözlədiyi vəziyyətlərdə hiss edilməkdədir. Xəstələrin ziyarəti ilə əlaqədar rəvayətlərdə gözə dəyən "Fillah” (Allah yolunda və Allah üçün) sözü, əslində bu həssas nöqtəyə işarə etməkdədir.

Qeydlər
1.    Gülüstan, səh. 8.
2.    Məkarim əl-əxlaq, səh. 11.
3.    Yenə orada, səh. 361.
4.    Yenə orada, səh.359.
www.tebyan.net
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 672 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]