Cümə axşamı, 2024-05-02, 9:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Xəbərlər arxivi

Təyyarədə ön cərgədə müsəlman bir şəxsin oturduğunu görən iki qeyri-müsəlman  dost onun kefinə soğan doğramaq  fikrinə düşürlər.Onlardan biri deyir:
Kateqoriya: Müxtəlif | 568 | Elave etdi: Ənfal | Tarix: 2013-10-13


 İmam Əli (ə) Muhəmməf Hənəfiyə etdiyi vəsiyyətdə buyurur: "Həqiqətən qadın reyhanədir (güldür). Ona görə də hər bir halda onunla mehriban ol və yaxşı bir yoldaşa malik ol ki, həyatın səfalı olsun”.
Kateqoriya: Müxtəlif | 584 | Elave etdi: Ənfal | Tarix: 2013-10-13


 İmam Sadiq (ə) buyurur: "Yaxşı deyildir, o məclisdə ki, günah olar və sizin əlinizdən bir şey gəlməz, orada iştirak edəsiniz”.
İmam Əli (ə) buyurur: "Əxlaqsız insanlarla oturub-durmaq imanın aradan getməsinə və şeytanın hazır olmasına səbəb olar”.
Kateqoriya: Müxtəlif | 529 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


Bu gün İmam Baqirin (ə) şəhadəti günüdür.  İmam Baqir (ə) hicrətin 57-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-abidinin (ə) vəfatı vaxtı (hicrətin 96-cı ilində) otuz doqquz yaşı var idi. 
Kateqoriya: Müxtəlif | 626 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


Əllamə Təbatəbai "salam” sözünün mənası haqqında buyurur ki, "salam” - sülhdə olmaq, amanda olmaq deməkdir. Salamlaşan insan qarşı tərəfə deyər ki, mən səninlə sülh və amandayam. Yəni, səninlə qardaşam. (Tebyan)
Kateqoriya: Müxtəlif | 662 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


İlahi rəhmətlə əhatə olunmuş can verən mömini mələklər qarşılamaqla yanaşı, İlahi Övliyalar da onun görüşünə gələrlər. Can verən zaman bu görüş onun ruhuna təskinlik verər.
Həqiqətdə bu, həmin möminin öz İmamı (ə) ilə yaratdığı o məhəbbətli rabitənin səmərəsidir. 
Kateqoriya: Müxtəlif | 595 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


İnsan şərafətli bir varlıqdır və yarandığı ilk gündən indiyə qədər hələ heç kim onu lazımlı qədər tanımamışdır.
İnsanı tədqiq edənlər isə deyirlər: İnsan tanınmamış bir varlıqdır.
Kateqoriya: Müxtəlif | 589 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


Ata və ananın ən mühüm vəzifələrindən biri budur ki, övladları ilə dostluq əlaqəsi yaradıb, onlarla qaşılıqlı anlaşmada olsun. Bunu bilmək lazımdır ki, bir ailənin müvəffəqiyyət qazanmasının rəmzi ata və ananın qarşılıqlı anlaşmasından asılıdır. Əgər həyat yoldaşları bir-birini başa düşmürlər və bir-birinə hörmət qoymurlarsa, övlad tərbiyəsində də o qədər mühüm nəticəyə çata bilməyəcəklər. 
Kateqoriya: Müxtəlif | 578 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


"Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı) bağışlamaz və ondan başqasını (yaxıd ondan kiçik günahları) istədiyi şəxs üçün (tövbəsiz) bağışlayar. Allaha şərik qoşan kəs həqiqətən böyük bir günah uydurmuşdur”. ("Nisa” 48).
Həmzəni öldürən Vəhşi Məkkəyə qaçır.
Kateqoriya: Müxtəlif | 598 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


İbni Vəhəb, Zəkəriyya ibni İbrahimdən nəql edir: "Mən xristian dinində idim və sonra müsəlman oldum. Həccə getdim və o əyyamda İmam Sadiqin (ə) hüzuruna getdim. Ona dedim: "Mən xristian dinində idim. İndi müsəlman olmuşam. Allah qəlbimə İslam nurunu saldı və məni İslam dininə tərəf hidayət etdi”. 
Kateqoriya: Müxtəlif | 615 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


Allah Təalanın qüdrəti sayəsində dörd qeyri-adi qüvvələr mövcuddur ki, bunlardır:
1. Zəmimə qüvvələr.
2. Ayin qüvvələri.
3. Ruh qüvvələri.
4. Mənəvi qüvvələr.

Kateqoriya: Müxtəlif | 620 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


İshaq ibni Əmmar İmam Sadiqdən (ə) soruşur: "Möminin 10 köynəyinin olması rəvadırmı? Buyurur: "Bəli”. Deyir: "Bəs 20 köynək necə?”. Buyurur: "Bunlar israf deyildir, bəlkə israf odur ki, rəsmi görüş üçün olan paltarı iş paltarın qərar verəsən”.
Kateqoriya: Müxtəlif | 610 | Elave etdi: Ənfal | Tarix: 2013-10-06


İstixarə müstəhəb əməllərdəndir. Bu haqda İmam Sadiq (ə) buyurur: "İki rükət namaz qıl və Allahdan xeyir istə. Şübhəsiz ki, Allah onun üçün xeyir və yaxşılıq qərar verəcəkdir”. Həzrət (ə) başqa yerdə buyurur: "Allah Təala buyurur: Bəndəmin bədbəxtliyindəndir ki, bir iş görsün və Məndən xeyir istəməsin”.
Kateqoriya: Müxtəlif | 589 | Elave etdi: Ənfal | Tarix: 2013-10-03


İmam Sadiq (ə) buyurur: "Allaha and olsun ki, o kəs ki, səcdənin haqqını verər və həqiqi səcdə edər, heç bir zaman ona ziyan dəyməz. Baxmayaraq ki, ömrü boyu hətta bu cür səcdəni bir dəfə etsə belə”.
İbadətlər içərisində səcdənin yeri başqadır. Çünki bu, elə bir ibadətdir ki, Həzrət Haqqın diqqətini həmişə cəlb edər. Əgər bu səcdəni qəlb hüzuru ilə yerinə yetirərəriksə, əcr və savabı daha çox olar.
Kateqoriya: Müxtəlif | 608 | Elave etdi: Ənfal | Tarix: 2013-10-03


Diş baxımına səthi yanaşdıqda 40 yaşdan sonra dişlərdə sümük əriməsi olur
Sümük əriməsi və dişəti çəkilməsi qadınların menepauza dövründən başlayır.
Kateqoriya: Müxtəlif | 570 | Elave etdi: Ənfal | Tarix: 2013-10-03


Hər bir insan bu dünyada özü üçün quyu qazar. Qəbirini özü darlaşdırar. Bir gün Peyğəmbər (s) bir qəbiristanlıqdan keçirmiş və sağ olanlara buyurur: "Bu ölülərin bir çoxu ki, bu qəbiristanlıqda dəfn olunublar, qəbirlərini dişləri ilə qazıblar”. 
Kateqoriya: Müxtəlif | 574 | Elave etdi: Ənfal | Tarix: 2013-10-03


Biz elə bir dövrdə yaşayırıq ki, bir çoxlarımız ancaq telefon və ya mesaj göndərməklə sileyi-rəhm edirik. Çünki qonaqlıq vermək və qonaq qarşılıyıb yola salmaq çətin bir işə çevrilmişdir.
Kateqoriya: Müxtəlif | 518 | Elave etdi: Ənfal | Tarix: 2013-10-03


Mərhum Feyz Kaşani "Vafi” və "Şafi” adlı kitablarında belə yazır: "Quranın ən çox bəhs etdiyi peyğəmbərlərdən biri olan Həzrət İbrahim (ə) əyləşmişdi. Ölüm mələyi onun yanına gəlir. İbrahim (ə) ona deyir: Ölümüm yaxınlaşıbdır? Deyir: Yox. İbrahim (ə) deyir: O zaman ki, ölüm mələyi gəlir, deməli işin bitibdir. 
Kateqoriya: Müxtəlif | 575 | Elave etdi: Ənfal | Tarix: 2013-10-03


"Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. ("Bəqərə” 18).
"Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. ("Həcc” 46).
"(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. ("İsra” 72).
Kateqoriya: Müxtəlif | 572 | Elave etdi: Ənfal | Tarix: 2013-10-03


Paxıllıq qorxulu bir xəstəlikdir ki, bəzən bu xəstəliyin atəşi insanın özünü yandırar. "Əlzuil-lamə” adlı kitabda paxıllıq haqqında maraqlı bir əhvalat nəql edilir: "Bağdadda bir kişi yaşayırdı. Qonşularından birinə paxıllıq edirdi. Var gücü ilə onun əleyhinə işlər görürdü.
Kateqoriya: Müxtəlif | 600 | Elave etdi: Ənfal | Tarix: 2013-10-03


İnsanlar tarix boyu tanımadıqları bu varlıqlara qarşı müxtəlif reaksiyalar nümayiş etdirmişdilər. Bu əqidələr qəlblərdən-qəlblərə ötürülərək, bizim nəslə qədər gəlib çatmışdır. Onların nəzərinə görə cinlər biz insanlara daima ziyan vurur və əziyyət verirlər. Nə zaman əlacsız xəstəliyə düçar olsalar, onu cinlərə nisbət verirlər.
Kateqoriya: Müxtəlif | 609 | Elave etdi: Ənfal | Tarix: 2013-10-01


Mömin o kəsə deyilir ki, imanlı olsun. Ancaq Quranın nəzərinə görə mömin o kəsdir ki, qəlbi imanla yanaşı ona uyğun gələn əmələ də malik olmalıdır. Yəni, insanın həm qəlbi imanı, etiqadı olmalıdır, həm də bu inanca uyğun əməl də etməlidir.
Kateqoriya: Müxtəlif | 605 | Elave etdi: Ənfal | Tarix: 2013-10-01


Cаvаb: Şеytаnın insаnlа rаbitәsi vә оnun tәsir imkаnı insаndаkı hеyvаni hisslәrin tәsirindәn hеç dә güclü dеyil. Аllаh insаnа hеyvаni mеyllәrlә yаnаşı düşüncә, vicdаn әtа еtmiş, әn üstün tаrаzlıq vә tәnzim vаsitәlәrini оnun iхtiyаrındа qәrаr vеrmişdir.
Kateqoriya: Müxtəlif | 575 | Elave etdi: Ənfal | Tarix: 2013-10-01


"Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. ("Kəhf” 28).
Kateqoriya: Müxtəlif | 623 | Elave etdi: Ənfal | Tarix: 2013-10-01


Allah bütün ailəmlərin rəssamıdır. Onun xəql etdiyi hər bir şey gözəldir. Allah Təala Özü haqqında buyurur: "O, yaratdığı hər şeyi gözəl yaratmışdır”. ("Səcdə” 7). Bunun da səbəbi odur ki, xəlq edənin özü gözəldir. Bu rəssamın çəkdiyi hər bir təsvir hikmətlə edilir və onda heç bir qüsur yoxdur, O, səhv edə bilməz.
Kateqoriya: Müxtəlif | 576 | Elave etdi: Ənfal | Tarix: 2013-10-01


İmamların (ə) elmi kamildir. Allah onlara elə bir mənəvi qabiliyyət vermişdir ki, digər bütün insanlardan fərqlidir. Əhli-beyt (ə) davamçısı olan bir cavan Musa ibni Cəfərin (ə) yanına gəlir və deyir: "Ey ibni Rəsulallah! Mənim ailəmin etiqadı sizinki ilə fərqlənirdi. 
Kateqoriya: Müxtəlif | 629 | Elave etdi: Ənfal | Tarix: 2013-09-29


nsanın mənəvi inkişaf və kamala çatması üçün əxlaqi fəzilətləri inkişaf etdirmək lazımdır. Əxlaqlı insan mənəvi dəyərlərlə bəzənər və bütün varlıqlardan üstün olduğunu sübut edər. Qurani-Kərim insanın özünü tərbiyə etməsinə xüsusi əhəmiyyət verir.
Kateqoriya: Müxtəlif | 593 | Elave etdi: Ənfal | Tarix: 2013-09-29


Məlumata görə üç fincan qəhvə, üç qutu enerji içkisi və ya qazlı içkilər beyin inkişafına maneə törədir
İnsanlar və məməlilər yetkinlik dövründə ağır yuxu nizamına sahib olduğundan daha çox gənclik vaxtlarında düzgün qidalanma əhəmiyyətlidir.
Bu beyinin lazımi inkişafı və aktivliyi üçün olduqca vacibdir.

Kateqoriya: Müxtəlif | 666 | Elave etdi: Ənfal | Tarix: 2013-09-29


Bir arif belə nəql edir: "Məni bir evə qonaq dəvət etdilər. Mən onları yaxşı tanımırdım. Nahar yeyəndən sonra təklif etdilər ki, istəyirsinizsə bir filmə tamaşa edək. Dedim, ixtiyar sizindir, ancaq bilmirdim ki, onlar hansı filmə tamaşa edəcəklər. 
Kateqoriya: Müxtəlif | 627 | Elave etdi: Ənfal | Tarix: 2013-09-29


İmam Əlinin (ə) bu nurani kəlamı onu göstərir ki, insan həyatında bacardığı qədər cəlbedici görünən haram dünyadan şiddətlə çəkinməlidir. Çünki əks halda dünya zahiri və cəlbediciliyi ilə rahatlıqla insan qəlbini fəth edə bilər. Belə bir vəziyyətdə deyə bilərik ki, dünyanın ölümcül təsiri insanın ətəyindən yapışar, insanın əbədi həyatını möcüzəli şəkildə öz mühasirəsi altına alar.
Kateqoriya: Müxtəlif | 622 | Elave etdi: Ənfal | Tarix: 2013-09-28


Əgər təfəkkür və düşüncə hissi insanda canlı olmazsa, insan necə elm öyrənə bilər, insanlara necə xidmət edə bilər ki?
Əgər təfəkkür və düşünmə qüvvə zəif olarsa, həqiqətləri olduğu kimi dərk edə bilmərik. 
Kateqoriya: Müxtəlif | 633 | Elave etdi: Ənfal | Tarix: 2013-09-28


Müasir dövrümüzün ən böyük bəlalarından biri də körpələrin siqt edilməsidir. İnsan müasir dövrdə yaşamağına baxmayaraq, təfəkkürü hələ də cahiliyyət dövründə qalmışdır.
Müasir həyat bir tərəfdən bizi irəli aparır və bir tərəfdən də həyatımıza olan mənfi təsirlərini müşahidə edə bilərik.
Kateqoriya: Müxtəlif | 621 | Elave etdi: Ənfal | Tarix: 2013-09-28


"Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız” ("Bəqərə” 187).
Ərlə arvadın bir-birinin üzərində haqqı vardır. Allah Təala qadınları kişilərin və kişiləri də qadınların libası qərar vermişdir. Kişinin həyat yoldaşına diqqət etməsi o məsələlərdəndir ki, İslam dini ona böyük əhəmiyyət verir.
Kateqoriya: Müxtəlif | 637 | Elave etdi: Ənfal | Tarix: 2013-09-28


Yeməkdə ifrat etmək bir müsəlmana yaraşmayan əməllərdəndir. Ona görə də bir müsəlman necə yemək yeməlidir? Bunu hədislərə nəzər salaraq öyrənək.
 
İmam Əli (ə) buyurur: "Çox yemək yeməkdən çəkinin ki, qəlbi daşlaşdırar, namaza qarşı tənbəllik mənbəyidir, bədəni xəstələndirər”.
Kateqoriya: Müxtəlif | 666 | Elave etdi: Ənfal | Tarix: 2013-09-28


Əllamə Həsənzadə Amulinin tövsiyələrindən: "İnsanın iki ağzı vardır: biri qulaqdır ki, ruhun ağızıdır. O biri isə ağızdır. Bu iki ağız çox möhtərəmdir. İnsan gərək onlara nəzarət etsin. Yəni, ora daxil olub xaric olana nəzarət etsin. O kəslərin ki, yemək əxlaqı yoxdur, iş əxlaqı da olmaz. O kəslərin ki, eşitmə əxlaqı yoxdur, danışmaq əxlaqı da olmaz.
Kateqoriya: Müxtəlif | 686 | Elave etdi: Ənfal | Tarix: 2013-09-24


Rəhmət sözü "rəhm” sözündən götürülmüşdür və mənası mehribanlıq və şəfqət deməkdir. İlahi rəhmət o deməkdir ki, xeyir, xeyir sahibinə verilsin və o miqdarda ki, ona layiqdir. Yəni, Allah Təala hər bir kəsə tutumu və layiq olduğu qədər xeyir verərsə, bu İlahi rəhmət deməkdir.
Kateqoriya: Müxtəlif | 608 | Elave etdi: Ənfal | Tarix: 2013-09-24


İnsanın Allaha dua etməsi Həzrət Adəmin (ə) zamanından başlamışdır. Allah Adəmi (ə) xəlq edəndən və o, da qadağan edilmiş ağacdan yedikdən sonra yerə sürgün edilir və əlini dua üçün açır. Müqəddəs kəlmələrdən istifadə edərək, Allahdan əfv və bağışlanma istəyir. Belə ki, oxuyuruq:  
Kateqoriya: Müxtəlif | 642 | Elave etdi: Ənfal | Tarix: 2013-09-24


Yersiz mübahisə etmək daxili nəfslərdən qaynaqlanır və insana ziyandan başqa bir şey gətirmir. İnsan başqasının sözünə və ya əməlinə irad tutaraq, etiraz məqamına gəlib çatır. Qarşı tərəfə tənə vurmaq istəyir və onu təhqir edir. Özünün ondan üstün olmağını sübut etməyə çalışır.
Mübahisə elə bir mövzudur ki, hər birimiz həyatda onunla qaşılaşmışıq. Bəzən onun nə qədər çirkin əməl olduğudan qafil olmuşuq.
721 | Elave etdi: Ənfal | Tarix: 2013-09-24


 Müaviyyə (lən) həccə gedən zaman Mədinədə qaldığı küçədən keçirdi. Keçdiyi yerdə bir qrup Qureyşlini görür. Onlar Müaviyyəni görən kimi ayağa qalxırlar, İbni Abbasdan başqa.
Müaviyyə İbni Abbasa deyir: "Ey İbni Abbas! Necə olur ki, dostların ayağa qalxır, ancaq sən yox? 
Kateqoriya: Müxtəlif | 603 | Elave etdi: Ənfal | Tarix: 2013-09-24

« 1 2 ... 4 5 6 7 8 ... 66 67 »