Cümə axşamı, 2024-04-25, 11:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həzrət İbrahimin (ə) ölüm mələyinə verdiyi sual
2013-09-28, 5:56 AM
Həzrət İbrahimin (ə) ölüm mələyinə verdiyi sual

Mərhum Feyz Kaşani "Vafi” və "Şafi” adlı kitablarında belə yazır: "Quranın ən çox bəhs etdiyi peyğəmbərlərdən biri olan Həzrət İbrahim (ə) əyləşmişdi. Ölüm mələyi onun yanına gəlir. İbrahim (ə) ona deyir: Ölümüm yaxınlaşıbdır? Deyir: Yox. İbrahim (ə) deyir: O zaman ki, ölüm mələyi gəlir, deməli işin bitibdir. O, dedi: Hələ dünyada qalmaq üçün möhlətin vardır. İbrahim (ə) soruşdu: Nə üçün gəlmisən? Ölüm mələyi dedi: Səni görmək üçün gəlmişəm. İbrahim (ə) dedi: Canını aldığın insanın yanına gələndə əsl qiyafəndə gəlirsən? Dedi: Yox, Yaxşıların yanına bir cür gəlirəm, pislərin yanına başqa cür. İbrahim (ə) ona dedi: Yaxşı insanların yanına gəldiyin qiyafəni mənə göstər. Ölüm mələyi dedi: Başını çevir və mən o şəklə düşüm. İbrahim (ə) üzünü çevirib, ona baxanda bihuş olur. İbrahim (ə) deyir: Heç bir zülmkarın cəhənnəmə getməsinə ehtiyac yoxdur, səni görsələr bəsləridir”.
Ölüm mələyi - Allahın aynasıdır. O zaman ki, möminin yanına gələr, onun əksi ölüm mələyinin qiyafəsinə düşər. Mömin özünü ölüm mələyində görər. Kafir də özünü ölüm mələyində görər.
O zaman ki, insan qəlb gözü ilə ətrafa baxar, şad yaşayar, qüssə yeməz. O zaman ki, ətrafa Allahın gözü ilə baxar, görər ki, bütün aləm Yusif olmuşdur”.
 
(Erfan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 825 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]