Cadu kimə təsir edir? Cadunu və tilsimi aradan qaldırmaq üçün bəzi tövsiyələr - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 11:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Cadu kimə təsir edir? Cadunu və tilsimi aradan qaldırmaq üçün bəzi tövsiyələr
2013-10-07, 6:06 AM
Cadu kimə təsir edir? Cadunu və tilsimi aradan qaldırmaq üçün bəzi tövsiyələr

Allah Təalanın qüdrəti sayəsində dörd qeyri-adi qüvvələr mövcuddur ki, bunlardır:
1. Zəmimə qüvvələr.
2. Ayin qüvvələri.
3. Ruh qüvvələri.
4. Mənəvi qüvvələr.
 
Birinci qrupa daxil olan qüvvələrin özü də iki dəstəyə bölünür: şeytanlara və cinlərə.
Bu qrupa ona görə zəmimə, yəni əlavə qüvvələr deyilir ki, mahiyyəti insandan fərqlənir. Onlar müstəqil varlıqldardır. Əgər insanlar onları öz xidmətlərinə almaq istəsələr, gərək onların qüvvələrini özlərinə zəmimə etsinlər.
 
İkinci qrupa isə ayin qüvvələri daxildir.
Bu qüvvələr ədədlərdən, rəmzlərdən, cədvəllərdən istifadə edərək, meydana gəlirlər. Bu qüvvələr ayin çərçivəsində fəal olur. Ona görə də ona ayin qüvvələri deyirlər. Sehr, cadu, tilsim kimi.
 
Üçüncü dəstədə ruhi qüvvələr durur.
İnsanın ruhunu idarə edə bilməsi, gözü ilə əşyların yerini dəyişdirə bilməsi, havada uçmaq qabiliyyəti ruhi qüvvələrin məhsuludur.
 
Dördüncü dəstəyə isə mənəvi qüvvələr daxildir.
Allah bu qüdrəti itaət əhlinə və xüsusi bəndələrə əta edir. Yuxarıdakı üç dəstədən fərqli olaraq, bu qüvvə ruhla məna aləminin bağlılığını bildirir. Mərifətin əlaməti hesab edilir. Bu qüvvələrə kəramət deyirlər.
Birinci dəstədə olan qüvvələr bəzi işlərdə eyni cür hərəkət etdiklərinə baxmayaraq, ancaq aralarında bəzi fərqləri vardır. Onların müşətərək cəhətləri budur ki, insandan zəifdirlər.
Onların fərqləri.
Şeytanlar elə varlıqlardır ki, insanı vəsvəsə edir və düz yoldan azdırırlar. Onların başında İblis durur. İblis adi halda heç bir şeyə qadir deyildir. Nə insanın həyatına nüfuz edə bilər və nə də hansısa işə vadar edə bilər. Quranın buyurduğu kimi, şeytanın işi ancaq insanı pis şeylərə tərəf dəvət etməkdir. Yəni, şeytan günahı bəzəyər, onu vəsvəsə edər. İnsan da öz iradəsi ilə günahı işlədər.
Ancaq cinlər elə varlıqlardır ki, insan kimi mükəlləf və ixtiyar sahibidirlər. Həm İlahi vacibatları yerinə yetirmək qüdrətinə malikdirlər, həm də insanlar kimi kafir ola bilirlər. Ona görə də bəziləri mömin və bəziləri kafirdilər.
İnsan onlarla əlaqə saxlayıb onların qüvvəsindən istifadə edə bilərmi?
Adi vaxtda bu qüvvələrin insan həyatına daxil olması qeyri-mümkündür. Ancaq insanlar çirkin yollarla onlarla əlaqə yarada bilər. Mömin cinlər heç bir zaman bu cür insanlarla əlaqə saxlamır. Ancaq bəzi mömin cinlər alimlər və ariflərlə əlaqə saxlayırlar. Onların bu rabitəsi dini çərçivədə olur. Ancaq kafir cinlər insanların bu çirkin çağırşlarına aldanır və özlərini dinsiz insanların ixtiyarına verirlər. Onlara xəbər vermək vəzifəsini yerinə yetirirlər. Cinlərin bu dəstəsi ola bilər ki, imansız insanların vasitəsilə başqalarına cüzi təsir qoya bilsinlər. İmanlı insanlar Allahın izni ilə bu cür təsirlərdən amandadırlar. İman bir növ onları mühafizə edən bir laydır. Ancaq o insanlar ki, ilahi vacibatdan uzaqdırlar, ola bilsin ki, bu cür təsirlərə məruz qalsınlar. "Onun hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir”. ("Nəhl” 100).
O kəslər ki, zəif imana malikdilər, gərək bu məsələlərdə iki şeyə pənah aparsınlar. Birinci inanc və Allaha təvəkkül və ikinci isə bəzi zikrləri və əməlləri etmək. Quranın bəzi ayələri vardır ki, möcüzəvi təsirə malikdir. Birincisi "Ayətul-kürsüdür”, ikincisi "Fələq” surəsidir, üçüncüsü isə "Nas” surəsidir. İmam Sadiq (ə) Quranın başqa ayəsini də tövsiyə edərək, buyurur: "Təəcüblənirəm o kəsə ki, hiyləyə məruz qalır və bu zikrə pənah aparmır”. Həzrət (ə) sonra "Ğafir” 43-cü ayəsini tilavət edir”.
Ayətullah Behcət sehri, cadunu və tilsimi aradan qaldırmaq üçün bəzi tövsiyələr etmişdir. Alim buyurur:
1. Həmişə yanınızda balaca Quran olsun.
2. Muəzzəteyni ("Fələq” və "Nas” surələrini) deyin və təkrar edin.
3. "Ayətül-kürsünü” oxuyun və evinizə asın.
4. "Qul” ilə başlayan dörd surəni oxuyun : "Tövhid”, "Fələq”, "Nas”, "Kafirun”. Xüsusilə də yatan zaman.
5. Azan zamanı azanı bir qədər yüksək səslə deyin.
6. Gün ərzində 50 ayəni nisbətən yüksək səslə oxuyun.
Ayətullah Behcet buyurur ki, tilsimi və göz dəyməsini aradan qaldırmaq üçün sədəqə verin, "Nas” və "Fələq” surələrini deyin və "Lə həvlə vəla quvvətə illə billəh” zikrini deyin.
Həmçinin hədislərdə oxuyuruq ki, cinin şərini uzaq etmək üçün "Yasin” surəsini yazıb, yanınızda gəzdirin.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1162 | Downloads: 0 | Comments: 3 | Rating: 3.0/2
Total comments: 3
0   Spam
3 Ənfal   (2013-10-13 5:39 AM)
leyl, səlam aleykum. İxlas surəsinin ikinci adı varsa da bu da elə "Tovhid" dir. Allah qəbul eləsin!

0   Spam
2 leyl   (2013-10-12 8:57 PM)
ixlas sureside "Qul"la bawlayir onuda desek olar?

0   Spam
1 leyl   (2013-10-08 8:06 PM)
maraqlii...

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]