Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Ərin həyat yoldaşı ilə rəftarında zəruri olan 3 şey
2013-10-14, 6:13 AM | |
Ərin həyat yoldaşı ilə rəftarında zəruri olan 3 şey İmam Əli (ə) Muhəmməf Hənəfiyə etdiyi vəsiyyətdə buyurur: "Həqiqətən qadın reyhanədir (güldür). Ona görə də hər bir halda onunla mehriban ol və yaxşı bir yoldaşa malik ol ki, həyatın səfalı olsun”. Ərlə arvadın bir-birinə qarşı haqları vardır. Əgər hər ikisi öz haqqına riayət edərsə, həyatları şirin və safalı olar. Ancaq onlara riayət etməmək həyatı acı edər. Kişinin qadına yaxşılıq etməsi o məsələlərdəndir ki, İslam dinində çox tövsiyə edilir. (Tebyan) İmam Sadiq (ə) buyurur: "Ərin həyat yoldaşına qarşı rəftarında üç şey zəruridir: onun sevgisini və meylini özünə cəlb etmək, qarşılıqlı anlaşma, onunla xoş əxlaq olmaq”. İmam Kazım (ə) buyurur: "Kişinin həyat yoldaşı üçün bəzənməsi qadının iffətinin artma amillərindəndir”. İmam Əli (ə) buyurur: "Bir gün Peyğəmbər (s) bizə gəldi və Fatimə (s.ə) o biri tərəfdə əyləşmişdi. Mən mərci təmizləyirdim. Həzrət (s) buyurdu: "Ey Əbəl Həsən!”. Dedim: "Ləbbeyk, ey Rəsualllah!”. Həzrət (s) buyurdu: "Məndən eşit və mən Pərvərdigar tərəfindən danışıram. O kişi ki, evdə həyat yoldaşına yardım edər, onun üçün çox sayda orucun və gecə ibadətinin savabı hesab edilər. Ey Əli! Ailəsinə o kəslər xidmət edər ki, siddiq, şəhid, ya da Allahın dünya və axirət xeyiri istədiyi kəslər olar”. Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir kişi ki, həyat yoldaşının pis əxlaqına görə Allaha səbir edərsə, Allah hər dəfə bu səbrinə görə Eyyubun (ə) bəlalar qarşısında səbrinin savabı qədər ona savab verər”. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim arvadını zülm üzündən vurarsa, mən Qiyamət günü onun düşməni olaram. Qadınlarınızı vurmayın. Hər kim onu zülm üzündən vurarsa, Allah və Peyğəmbərinə (s) itaətsizlik etmiş olar”. Həyat yoldaşınızın mehriyyəsi sizin boynunuzda olan borcdur ki, onu vermək vacib və bilərəkdən təxirə salmaq günahdır. Abdullah ibni Abbas nəql edir: "Peyğəmbər (s) vəfatından əvvəl Mədinədəki son xütbəsində elə tövsiyələr burumuşdu ki, gözlər ağlar və qəlblər qorxmuşdu: "Hər kim arvadına mehriyyəyə görə zülm edərsə, Allah yanında zinakar hesab edilər. Qiyamət günü Allah ona buyurar: "Mənim bəndəm! Kənizimi Öz əhdimlə sənin əqdinə gətirdim. Ancaq sən Mənim əhdimə əməl etmədin”. Ona görə də Allah o qadının haqqını tələb etməsini Öz öhdəsinə götürür. O kişinin bütün yaxşı əməllərini qadına hesab edir. Ancaq o qadının haqqı əda edilməz. Ona görə də əmr edilər ki, o kişini atəşə atsınlar”. /Deyerler.org/ | |
Views: 1269 | Downloads: 0 | Rating: 5.0/2 |
Total comments: 0 | |