Şənbə günü, 2024-04-20, 10:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Müsəlman olan oğulun rəftarı anaya necə təsir etdi?
2013-10-07, 6:01 AM
Müsəlman olan oğulun rəftarı anaya necə təsir etdi?
 
 İbni Vəhəb, Zəkəriyya ibni İbrahimdən nəql edir: "Mən xristian dinində idim və sonra müsəlman oldum. Həccə getdim və o əyyamda İmam Sadiqin (ə) hüzuruna getdim. Ona dedim: "Mən xristian dinində idim. İndi müsəlman olmuşam. Allah qəlbimə İslam nurunu saldı və məni İslam dininə tərəf hidayət etdi”. Həzrət (ə) buyurdu: "Bəli, Allah səni hidayət edib”. Sonra üç dəfə buyurdu: "Allahım onu hidayət et”. Sonra buyurur: "Oğlum, Nə istəyirsənsə məndən soruş”. Dedim: "Atam, anam, arvadım və uşaqlarım xristian dinindədir. Anamın gözlərinin iki gözü kordur. Mən onlarla bir yerdə yaşayıram və bir qabdan yemək yeyirik”. Həzrət (ə) buyurdu: "Onlar donuz ət yeyirlərmi?”. Dedim: "Yox yemirlər, heç donuza toxunmurlar da”. Buyurur: "Onlarla yaşamaq və onların qabından yemək yemək sənin üçün azaddır. Anana diqqət et və ona yaxşılıq et. Öləndən sonra heç kimi qoyma ki, dəfn mərasimini boynuna götürsün, sən özün boynuna götür. Özün bu işləri gör, heç kimə mənim yanıma gəldiyini və məni Minada gördüyünü demə”.
 
Həcc mərasimindən sonra Kufəyə qayıtdım. Anama qarşı mehriban oldum, paltarını təmizlədim və bədənini yudum. Mənə dedi: "Oğlum, sən xristian idin və mənə bu qədər mehribanlıq etmirdin. İndi ki, səfərə gedib-gəlmisən, mənə qarşı rəftarın dəyişmişdir. Müsəlman olmusan?”.
 
Dedim: "Anacan, İslam Peyğəmbərinin (s) övladlarından biri mənə bunu tövsiyə etmişdir”. Anam dedi: "O, peyğəmbərdir?”. Dedim: "Yox, Peyğəmbərin (s) övladıdır”. Anam dedi: "Oğlum, bu peyğəmbərdir, çünki bu rəftar peyğəmbərlərə aid rəftardır”. Dedim: "Yox, anacan İslam Peyğəmbərindən (s) sonra peyğəmbər gəlməyibdir”.
 
Anam dedi: "Oğlum, sənin dinin - ən yaxşı dindir, onu mənə öyrət”. Mən İslam dinini ona öyrətdim və o, müsəlman oldu. Sonra namazı ona öyrətdim və o, bir gün vacib namazların hamısını qıldı. Həmin gecə anamın halı pisləşdi və mən şəhadətləri bir daha ona təlqin etdim. Dünyasını dəyişdi və səhər olan kimi müsəlmanlar onu dəfn etmək üçün yığışdılar və mən də qəbirinin üstündə namaz qıldım”.
 
(Erfan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 679 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]