Cümə günü, 2024-03-29, 12:42 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Quşun dimdiyindən dənizə düşən damcı nəyi simvolizə etdi?
2013-09-28, 5:52 AM
Quşun dimdiyindən dənizə düşən damcı nəyi simvolizə etdi?

Allah bütün ailəmlərin rəssamıdır. Onun xəql etdiyi hər bir şey gözəldir. Allah Təala Özü haqqında buyurur: "O, yaratdığı hər şeyi gözəl yaratmışdır”. ("Səcdə” 7). Bunun da səbəbi odur ki, xəlq edənin özü gözəldir. Bu rəssamın çəkdiyi hər bir təsvir hikmətlə edilir və onda heç bir qüsur yoxdur, O, səhv edə bilməz.
Allahın müqəddəs varlığı sonsuz gözəldir və sonsuz gözəl olan da gözəllikdən başqa bir şey yaratmaz. Quran buyurur ki, baxmaq həm gözlə olmalıdır, həm də ağılla. Əgər baxan zaman ağıl gözlə bir yerdə olmazsa, məntiqsiz baxmaq olar. "Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır” ("Tariq” 5). Burada məqsəd gözlə baxmaq deyildir, ağıl gözü ilə baxmaq nəzərdə tutulur. Yəni, ağıl gözü ilə özünə bir nəzər salmalıdır ki, nədən yaradılmışdır. Nəzər salmalıdır ki, əvvəl necə olmuşdur və sonra da ana bətnində necə inkişaf edib, dünyaya gəlmişdir. Necə böyümüş və həddi-büluğa çatmışdır.
Allah buyurur ki, mən sizə elmimin az bir hissəsini vermişəm. Əlbəttə bu elm ancaq bir insanın yanında deyildir. Keçmişdəkilərlə gələcəkdəkilər arasında bölünmüşdür. Allah buyurur: "Həqiqətən biz Loqmana hikmət əta etdik” ("Loqman” 12). Bu cür insanların elmi sabit və möhkəm elmdir. Müvəqqəti deyildir. Yəni, bu elmi Allahdan alıblar və bu elm heç vaxt dəyişməz. Bu sahədə də insanların həqiqi müəllimləri peyğəmbərlər (ə) və İmamlar (ə) olublar.
Musa ibni İmranın (ə) elmi nur, rəhmət və hidayətdir. Bu sözlər Quranda Musanın (ə) elmi haqqında gəlmişdir. Onun elmi böyük idi və bir gün Allaha ərz edir ki, bu aləmdə məndən də alimi varmı? Allah buyurur ki, var. Musa (ə) deyir: "Mənə o alimə tərəf gedən yolu göstər ki, onun şagirdi olum”. Allah Məcməyil-Bəhreyn adlı bir yerdə yaşayan həmin alimin ünvanını ona verir. Bu aləmin nişanəsi budur ki, o zaman suyun kənarında yemək yeyirsən, süfrəndə olan bişmiş balıq suya düşəndə diriləcəkdir. Həmin balığı təqib et və o alimə çatacaqsan. Ölü orada dirilər və bu alimin bu qədər bərəkəti vardır. Balıq suya düşür və məlum olur ki, alim haradadır. Musa (ə) həmin alimlə ilk rastlaşdığı an soruşur: "İstəyirəm ki, sizin xidmətinizdə olum”. Alim Musaya (ə) deyir: "Mənim elmim çox ağırdır və sənin ona taqətin çatmaz”.
Musa (ə) deyir: "Mən istəyirəm ki, sizin yanınızda olum və elminizdən istifadə edim”. Quran buyurur ki. həmin alim elminin bir hissəsini işə salır və Musanın taqəti çatmır. Musa soruşur: "Bu işi niyə etdin?”. Alim deyir: "Səninlə ilk görüşdüyümdə dedim ki, taqətin çatmaz”. Bəli, budur Allahın hikməti. Allah o kəslərə Öz elmindən əta edir ki, ona taqəti çatsın, əks halda kafir olar.
O insanın ki, qəlbi ölübdür, ağlı da ölər. İnsanıın həyatı onun elmindən, biliyindən və mərifətindən asılıdır.
Başqa bir hədisdə oxuyuruq: "Həmin alimlə Musa (ə) dayanmışdılar. Bir sərçə gəlir və sudan bir damcı götürür. Sonra da göyə uçur və dimdiyini tərpədir və götürdüyü su suya düşür və sonra uçub gedir.
Cəbrayıl (ə) nazil olur və Musadan (ə) bunun səbəbini soruşur. Musa (ə) cavab verir ki, bilmirəm. Sonra da həmin alimdən soruşur və o, da cavab verir ki, bilmirəm. Məlum olur ki, həmin alimin də elminin həddi məhduddur. Allahın elmi tamamilə başqa bir şeydir. Cəbrayıl deyir: "Ey Musa və alim. Allah məni gəndərib ki, sizə deyim: bu dənizi və bu damcını gördünüz. Gələcəkdə iki nəfər gələcəkdir və onlardan biri axırıncı peyğəmbərdir. O birisi isə onun canişini və vəsisidir. Siz iki nəfərin elmi bu damcı qədərdir. Ancaq o ikisinin elmi bu dəniz qədərdir””.
İmam Hüseyn (ə) buyurur: "Ey Allah! Əgər ruzigarın ömrünü mənə versəydin və mən bütün ömrüm boyunca şükürdən başqa bir iş görməsəm belə, Sənin verdiyin nemətin, yəni atam Əlinin (ə) şükrünün öhdəsindən gələ bilmərəm”.
 
(Erfan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 634 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]