Ana bətnində uşağı məhv edənlərə Allahın dörd vədi - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:28 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ana bətnində uşağı məhv edənlərə Allahın dörd vədi
2013-09-28, 5:40 AM
Ana bətnində uşağı məhv edənlərə Allahın dörd vədi

Müasir dövrümüzün ən böyük bəlalarından biri də körpələrin siqt edilməsidir. İnsan müasir dövrdə yaşamağına baxmayaraq, təfəkkürü hələ də cahiliyyət dövründə qalmışdır.
Müasir həyat bir tərəfdən bizi irəli aparır və bir tərəfdən də həyatımıza olan mənfi təsirlərini müşahidə edə bilərik. Əxlaqdan, rəftardan, həyat tərzindən tutmuş, hər bir şey müasir dövrün təsiri altına düşmüşdür. O biri tərəfdən isə texnikanın inkişaf etməsi həyatımıza rahatlıq gətirir. Ancaq bütün bu tərəqqiyə baxmayaraq müasir insan hələ də cahildir və hələ də kamil rəftar və əxlaqa malik deyildir.
Müasir dövrün cahil təfəkküründən biri də körpələrin siqt edilməsidir (ana bətnində məhv edilməsidir). Halbuki, Allah Təala Quran vasitəsilə cahil ərəblərə uşaqlarını istər ana bətnində olsun, istərsə də doğulmuş olsun - öldürməməyi əmr etmişdir. Bunu cinayət adlandırmışdır.
Körpələrin siqt edilməsinin səbəbi nədir? Quran bu haqda da bizə yardım edir və lazımlı məlumat verir:
1. Ailə iqtisadiyyatından qorxuya görə.
2. Övladın iqtisadi məsələsindən qorxuya görə.
3. Övladın gələcək iqtisadi qorxusuna görə.
4. Övladın aqibətinin xeyirli olmaq qorxusuna görə.
 
Quran ayələrindən belə nəticəyə gəlmək olar ki, insan bu sahədə Allahdan çox şeytana itaət edir. "Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və (hər şeyi) biləndir”. ("Bəqərə” 268).
 
Allah Təala birinci səbəbə görə belə cavab verir:
Əgər sizin övladınızı siqt etməkdə məqsədiniz ailənizin iqtisadi qorxusudursa, Mən zəmanət verirəm ki, sizin iqtisadi vəziyyətiniz əvvəlkindən yaxşı olacaqdır. "Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı - (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin”. ("Ənam” 151).
 
Allahın ikinci səbəbə görə cavabı:
Əgər sizin övladınızı öldürməkdə məqsədiniz övladınızın iqtisadi ehtiyaclarını ödəməmək qorxusudursa, indi ki, özünüzün və həyat yoldaşınızın ehtiyaclarını təmin edə bilirsiniz, ancaq körpə bir uşağın ehtiyaclarını təmin edə bilməyəcəksiniz? Mən zəmanət verirəm ki, övladınızın iqtisadi ehtiyacı da təmin ediləcəkdir. "Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən onları öldürmək böyük günahdır”. ("İsra” 31).
 
Allahın üçüncü səbəbə görə cavabı:
İnsanların bəzisi cəmiyyətdə ədalətsizlik görüb, övladlarını bu vəziyyətdən qorumaq üçün öldürürlər. Belə olan halda Allah gözəl bir yol tövsiyə edir. "Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun”. ("Nisa” 9).
 
Allahın dördüncü səbəbə görə cavabı:
Bəziləri övladının gələcəkdə əxlaqsız olmasından və pis yollara getməsindən qorxub onu siqt edirlər. Onlara belə cavab vermək olar ki, övladınızın gələcəyindən qorxu hissi keçirtmək onu öldürmək üçün səbəb deyildir. Çünki ata və ananın vəzifəsi övladını saleh böyütmək üçün bütün səylərini sərf etməsidir.
Bunu qeyd etmək lazımdır ki, övladını siqt etmək bir günah sayılmır, bəlkə bir neçə günah hesab edilir. Belə ki, Allah bu haqda buyurur: "Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır)”. ("Maidə” 32).
 
Allaha Təalaya sui-zənn etməkdir. Allah insana övlad verir və insan sui-zənn edir ki, onu saxlamaq üçün Allah ruzi verməyəcəkdir. "Bir çox canlılar var ki, öz ruzilərini əldə edə bilmirlər (quruda və suda yaşayan heyvanların bir çoxu kimi). Onlara da, sizə də ruzini Allah verir. O, eşidən və biləndir”. ("Ənkəbut” 60).
Bəli, hər kim övladını siqt etmək istəyir, Allahın bu dörd vədini eşitsin və sonra qərar versin. Bu işi görmək həm günahdır və həm də cahiliyyət dövrünün əlamətidir. Bu əməl cəmiyyətin bünövrəsini sarsıda bilər.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 303 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]