Cümə günü, 2024-03-29, 1:12 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bəsirəti açan və bağlayan əməllər
2013-09-28, 5:57 AM
Bəsirəti açan və bağlayan əməllər

"Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. ("Bəqərə” 18).
"Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur”. ("Həcc” 46).
"(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. ("İsra” 72).
Bu ayələrdən belə nəticə çıxartmaq olar ki, İlahi yolu tanımaq və Siratül-müstəqimdə düzgün irəliləmək üçün düşünməyə, dərkə və təfəkkürə ehtiyac vardır. Təfəkkür sayəsində insan ağlı və qəlbi çiçəklənər və dirilər. İnsanın qəlb gözü çiçəklənən zaman bəsirəti açılar. Məhz bu zaman haqq yolunu kamil şəkildə tanımaq olar. Bəsirətin köməyi ilə bu yolda irəliləmək olar. İslam dini də bəsirət və agahlıq dinidir.
Allah Təala buyurur: "(Ya Peyğəmbər,) de: «Bu, mənim yolumdur. Mən və mənə tabe olan hər bir kəs bəsirət və gözüaçıqlıqla Allaha tərəf dəvət edirik. Allah bütün eyb və nöqsanlardan pak (və uzaq)dır”. ("Yusif” 108).
 
Bəs kimə bəsirətli deyilir?
İmam Əli (ə) buyurur: "Görən o kəsdir ki, eşidər və düşünər, nəzər salar və bəsirətli olar. Öyüdlərdən ibrət alar, sonra aydın yolda hərəkət edər. O, bu yolda məhvə düşməkdən və yolunu azmaq mərhələsində qərar tutmaqdan çəkinər”.
Həzrət (ə) başqa yerdə buyurur: "Dünya qəlbi kor olanların son görmə sərhədidir ki, ondan sonrasında heç bir şeyi görməz. Görənin baxışları dünyaya nüfuz etməz. Bilir ki, ondan sonra axirət evidir. Deməli görən dünyadan axirətə səfər edər. Qəlbi kor olan isə dünyaya tərəf səfər edər”.
Bunu da nəzərə almaq lazmdır ki, bəsirətli olmaq şərt deyildir. Ömrünün axırına qədər bəsirətli qalmaq mühümdür. Əgər kimsə bəsirətli qalmaq istəyirsə, gərək bəsirəti aradan apara biləcək amillərdən çəkinsin.
 
Bəsirəti zəiflədən amillər:
"Bu, aləmlər üçün yalnız bir öyüd-nəsihətdir. Sizdən (əqidə, əxlaq və əməldə) düzgün olmaq istəyənlər üçün.” ("Təkvir” 27-28).
Yəni, insan öz yolunu özü seçir, əgər hidayət yolunu seçərsə, düz irəliləyər. Əgər əyri yolları özündən uzaqlaşdırmazsa, müstəqim yolda irəliləyə bilməz.
"Sən (o) korqəlbliləri azğınlıqdan düz yola gətirən deyilsən! Sən (öz dəvətini) yalnız (təbiətlərinin tələbinə görə) iman gətir(ə bil)ənlərə eşitdirə bilərsən. Elə buna görə də (fitrətlərinə uyğun olaraq onlar Bizim müqabilimizdə) təslimdirlər”. ("Nəml” 81).
 
Bəli, Peyğəmbər (s) və İmamlarımız (ə) ona görə seçiliblər ki, bizi düz yola hidayət etsinlər. Bizi yolumuzu azmaqdan qorusunlar. İmam Əli (ə) belə buyurardı: "Ey insanlar! Mənə sual verin və hər nə istəyirsinizsə, Qiyamət gününə qədər hər nə lazımınızdırsa, cavabını sizə deyim. Düz yoldan azmayasınız”.
 
Həzrət (s) başqa yerdə buyurur: "Uzun arzular bəsirət gözünü kor edər”.
Bununla yanaşı deyə bilərik ki, bəsirət gözünü kor edə biləcək günahlar: insanları təhqir etmək, xoşagəlməz sözləri dilə gətirmək, yalan yerə şəhadət vermək, möminin qeybətini etmək, kiməsə böhtan atmaq.
 
Bəsirət gözünü həmişə açıq saxlayan əməllər: Allahı həmd və təsbih etmək, nemətinə şükür etmək, ehsanları etiraf etmək və nemətlərini saymaq.
 
(Erfan/ Deyerler.org)


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 766 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]