Cümə günü, 2024-04-19, 5:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Təfəkkürü gücləndirəcək 7 üsul
2013-09-28, 5:43 AM
Təfəkkürü gücləndirəcək 7 üsul

Əgər təfəkkür və düşüncə hissi insanda canlı olmazsa, insan necə elm öyrənə bilər, insanlara necə xidmət edə bilər ki?
Əgər təfəkkür və düşünmə qüvvə zəif olarsa, həqiqətləri olduğu kimi dərk edə bilmərik. Bu cür hallarda məntiqli həll yolu odur ki, insan öz təfəkkür qüvvəsini inkişaf etdirsin. Təfəkkürü gücləndirmək üçün bir neçə yol vardır ki, onlara işarə edək:
 
1. Müəllimin tövsiyələrindən istifadə  etmək. İmam Əli (ə) səadətli insanlar qrupundan birinin tələbələr olduğunu bildirmişdir. Onlar təlim görür və ürəkyanan müəllimlər vasitəsilə düz yolu tapırlar.
 
2. Kitab və mütaliə ilə rabitədə  olmaq. İmam Sadiq (ə) buyurur: "Elmi mövzular haqqında çoxlu mütaliə etmək ağlı açar və çiçəkləndirər”.
 
3. Yer üzərində səyahət etmək və keçmişdəkilər haqqında mütaliə etmək. Quran insanları yer üzərində səyahət etməyə dəvət edir və buyurur: "De: «Yer (üzün)də gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!»”. ("Ənam” 11).
"(Ya peyğəmbər!) de: «Yer üzünü gəzib-dolaşın, baxın görün günahkarların axırı necə oldu!»”. ("Nəml” 69).
"(Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir»”. ("Ənkəbut” 20).
 
4. Kor-koranə təqliddən çəkinmək. Quran müşriklərin atalarına kor-koranə təqlid etməklərini məzəmmət edirdi. Allah Təala buyurur: "Onlar pis bir iş gördükləri zaman «atalarımızı belə gördük və bizə bunu Allah əmr etmişdir» deyərlər. De: «Allah əsla pis işə əmr etməz. Bilmədiyiniz bir şeyi Allaha nisbət verirsiniz?»”. ("Əraf” 28).
 
5. Alimlərlə rabitədə olmaq. İmam Əli (ə) buyurur: "Ağıllı insan üçün rabitəni kəsmək - nadanlara qoşulmağa bərabərdir”.
Həzrət Peyğəmbər (s) buyurur: "Yaxşı olar ki, aqil insan gecə və gündüzünü dörd hissəyə bölsün: onlardan biri dininə yardım edə biləcək alimlə oturub-durmaqdır”.
 
6. Bildiklərinə əməl etmək. İnsan zehnini çiçəkləndirən amillərdən biri də odur ki, insan bildiklərinə  əməl etsin. Belə bir ağıl daha yaxşı dərk etməyə başlayar. Ağılla əməl bir yerdə irəliləyər və qəlb məqamına çatar. Ondan sonra bir daha tək irəliləmək olmaz. İnsan bir addım atır və yüz addım onu apararlar. Ağıl insan vücudunu inkişaf etdirər. İmam Sadiq (ə) buyurur: "Mömin ağlı kamil olmayınca kamala çatmaz. Ağıl kamala çatmaz o haldan savayı ki, onda bu on xüsusiyyət olar: xeyri hamıya çatar, insanlar şərindən amanda olarlar. Özündə olan yaxşı əməlləri az görər, başqalarının yaxşı az işlərini çox görər. Əgər o, az çirkin iş görübsə, onu çox bilər. Əgər başqalarından çox sayda çirkin əməl müşahidə edərsə, onu az bilər. Əgər insanlar ondan çox şey istəyərsə, o, yorulmaz. Bütün ömrü boyu elm istəməkdən qalmaz. Xarlıq onun yanında izzətdən daha yaxşı və yoxsulluq sərvətdən daha sevimlidir. O, dünyada az ruziyə qənaət edər. Hər kimlə rastlaşar, deyər ki, o, məndən daha yaxşıdır. Özündən təqvalı ilə görüşən zaman onun qarşısında təvazökarlıq edər. Ancaq özündən pis olanı ilə görüşən zaman öz-özünə deyər ki, bu insan ola bilsin ki, zahiri cəhətdən məndən pis görünür. Ancaq batini daha yaxşıdır. Əgər cəmiyyətdə bu cür düşünərlərsə, əsrinin insanlarından üstün olar. Onlara rəhbərlik edər”.
 
7. Hiss orqanlarından istifadə etmək.
a) Yaxşı görmək.
"Məgər onlar dəvəyə baxmırlarmı ki, necə yaradılmışdır? Və göyü (görmürlər) ki, necə ucaldılmışdır? Və dağlara (baxmırlar) ki, (yerin səthinə) necə mıxlanmış və qamətləri dikəlmişdir? Və bu yeri (görmürlər) ki, necə döşənmiş və düzənlənmişdır?” ("Ğaşiyə” 17-20). "Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?”. ("Mulk” 3).
 
b) Yaxşı qulaq asmaq.
"(Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik»”. (Qəsəs” 55).
 
c) Təsvirlərdən istifadə etmək.
"Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz olması üçün onun ətrafına bir şey bükülər), Ulduzlar qaralıb (yerə) töküləcəyi zaman, Dağlar hərəkətə gətiriləcəyi (parça-parça olub dağılacağı) zaman, (O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz (on aylıq hamilə) dəvələr başlı-başına buraxılıb sahibsiz qalacağı zaman, Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman, Dənizlərin dolacağı və qaynayacağı zaman” ("Təkvir” 1-6).
 
d). Quran məsəlləri.
"Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar”. ("Bəqərə” 17). "Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər”. ("Bəqərə” 171).
 
Əbəs yerə hədislərdə deyilmir ki, bir saat düşünmək bir il ibadətdən daha üstündür. Ona görə də düşünmə qüvvəmizi və təfəkkürümüzü qüvvətləndirməyə çalışaq.
 
Hazırladı: Məşhədi Xanım,
(Tebyan saytına istinadən/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 761 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]