Ən möminlər – insanlarla ən xoşrəftar olanlardır - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 11:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ən möminlər – insanlarla ən xoşrəftar olanlardır
2013-09-28, 5:50 AM
Ən möminlər – insanlarla ən xoşrəftar olanlardır

 İnsanın mənəvi inkişaf və kamala çatması üçün əxlaqi fəzilətləri inkişaf etdirmək lazımdır. Əxlaqlı insan mənəvi dəyərlərlə bəzənər və bütün varlıqlardan üstün olduğunu sübut edər. Qurani-Kərim insanın özünü tərbiyə etməsinə xüsusi əhəmiyyət verir. Məsumlar (ə) Qiyamət günü özlərinə ən yaxın olacaq möminlərin xoş əxlaqlı möminlər olduğunu vurgulayırlar. Belə ki, Peyğəmbəri-Əkrəm (s) buyurur: "Qiyamət günü mənə ən yaxın olanınız, sizlərdən düz danışanınızdır, əmanətə əda edəniniz, əhdinə vəfa edəniniz, xoş əxlaqlı olanınız və sizlərdən insanlara yaxın olanınızdır”.
Bəziləri belə fikirləşirlər ki, xoş əxlaqlı olmaq başqaları ilə qarşılaşan zaman gülərüzlü olmaqdır. Ancaq bu, yanlış təsəvvürdür. Gülərüzlü olmaq məsələnin kiçik bir hissəsidir. Əxlaq dedikdə bütün gözəl əxlaqi xüsusiyyətlərə malik olub, rəzilliklərdən uzaq olmaq nəzərdə tutulur. O zaman ki, riya, təkəbbür, həsəd, nifaq, təəsübkeşlik, yalançılıq insandan uzaqlaşar, pak sifətlərə bürünər.
Quran əxlaqi fəzilətləri nur adlandırmışdır və ona malik olmaqla insan Haqqın nuruna bürünmüş olar.
İnsanlarla ünsiyyət zamanı ancaq gözəl əxlaqa malik olan şəxs yaxşı rəftar edə bilər. Əxlaqı yaxşı olmayan insan zülmət içindədir və o, əxlaqi fəzilətlərdən bəhrələnməz. Təcrübə göstərir ki, dünyada olan bir çox zalımlarda əxlaqi fəzilətlər mövcud deyildir.
İmanı olmayan insan Allahın haqqına təcavüz etdiyi kimi, əxlaqı olmayan insan da insanların hüququna təcavüz etmiş olar. İmanı olmayan insan özü də başqalarının hüququna təcavüz edər.
İmam Səccad (ə) buyurur: "Mənə elə bir nur qərar ver ki, onun vasitəsilə insanlar arasında başıuca olum”. Həzrətin (ə) Allahdan istədiyi həmin nur, ruhi gözəlliklər nurudur. Hər bir müsəlman əxlaqi fəzilətlərə malik olması üçün rəzillikləri özündən uzaqlaşdırıb, ruhunu təmizləməlidir.
Bunun üçün də əvvəl insan öz hədəfini müəyyən etməlidir. Dünyanı ancaq ləzzətlərdə və maddi istəklərinin yerinə yetirilməsi üçün bir vasitə kimi görən insan, necə İlahi insana çevrilə bilər? Bu cür insanlarda iradə süst olur və hər cür rəzillikləri törədə bilərlər.
Ancaq o kəslər ki, bu dünyanı axirət üçün vasitə görürlər və əməlləri ilə axirətləri üçün azuqə toplayırlar, can və ruhlarında əxlaqi fəzilətlər üçün zəminə hazırlamış olarlar. Əgər insan bu dünyanı müvəqqəti yer hesab edərsə, rəzilliklərdən uzaq olar.
Imam Əli (ə) buyurur: "Bu dünya o kəs üçün düzlük dünyasıdır ki, onunla düzgün rəftar edər. O kəslər üçün sağlam bir evdir ki, ondan bir şey başa düşürlər. O kəs üçün ehtiyacsız bir saraydır ki, ondan azuqə toplayarlar. O kəs üçün nəsihət yeridir ki, ondan nəsihət götürərlər. Məscid Allahın dostlarının və Allah mələklərinin namazqılan yeri, Allah vəhyinin nazil olduğu məkan və Haqq Övliyalarının ticarətxanasıdır. Onlar burada Haqqın rəhmətini əldə ediblər. Behişti öz mənfəətləri qərar veriblər”.
Əmr ibni Səyid deyir: "Həzrət Sadiqə (ə) ərz etdim: "Mən ildə bir dəfə sizi ziyarət etməyə müvəffəq oluram. Mənə lütfən nəsihət verin”. İmam (ə) buyurdu: "Sənə saleh əməli, nəcibliyi, ibadətdə səyi və xəlqə xidməti tövsiyə edirəm. Onu bil ki, günahdan özünü saxlamasan heç bir səyin fayda verməyəcəkdir”. Bəli, o kəs ki, əxlaqi fəzilətlərə malik deyildirsə, haram mal yeməkdən və harama batmaqdan qorxmaz.
İmam Baqir (ə) buyurur: "Ən çətin ibadət - nəciblikdir”.
İmam Museyi-Kazım (ə) buyurur: "Mən atamdan çox eşitmişəm ki, buyurub: "Əhli-beyt (ə) davamçılarından o kəs bizdən deyildir ki, qadınları onun təqvasını tərif etməsin. O kəs bizim dostlarımızdan deyildir ki, on min nəfərlik şəhərdə o, ən nəcibli olmasın”.
Əgər mömin öz imanını qorumaq istəyirsə, gərək əxlaqını gözəlliklərlə bəzəsin. Rəzilliklərdən uzaq olsun. Yəni, əxlaqlı bir insan olsun.
 
(Erfan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 267 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]