Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Insanın hansı 2 ağzı var?
2013-09-28, 5:33 AM | |
Insanın hansı 2 ağzı var? Əllamə Həsənzadə Amulinin tövsiyələrindən: "İnsanın iki ağzı vardır: biri qulaqdır ki, ruhun ağızıdır. O biri isə ağızdır. Bu iki ağız çox möhtərəmdir. İnsan gərək onlara nəzarət etsin. Yəni, ora daxil olub xaric olana nəzarət etsin. O kəslərin ki, yemək əxlaqı yoxdur, iş əxlaqı da olmaz. O kəslərin ki, eşitmə əxlaqı yoxdur, danışmaq əxlaqı da olmaz. O zaman ki, insana daxil olanlar əxlaqsız şeylər olarsa, xaric olanlar da o cür olar. Yəni, qələmi əxlaqsız və yazdıqları zəhərlə dolu olar. İmam Əli (ə) buyurur: "Əməl bitki kimidir. Heç bir bitki sudan ehtiyacsız deyildir. Sular fərqlidir. Əgər su pak olarsa, bitki də pak olar və meyvəsi şirin olar. Əgər su çirkli olarsa, həmin bitki də çirkli və meyvəsi də acı olar”. Bunu bilin ki, səadət toxumunu qəlbinizin tarlasında əkməlisiniz. Bu yer ticarət yeridir. Vaxt da çox azdır. Qarşıda bizi əbədiyyət gözləyir. İmam Əli (ə) buyurur: "Susuz dəvələri görürsünüzmü ki, gözləri çaya dəyən kimi necə qaçırlar ki, bir-birini qabaqlasınlar və özlərini suya çatdırsınlar. Siz də Qurana, Peyğəmbərə (s) və onun itrətinə görə belə olun ki, İlahi xəzinədirlər”. Ona görə də həyat suyunun mənbəyi olan Quran və itrətə tərəf gəlin. Vaxt çox azdır və bizim də işimiz çoxdur. Bu gün və sabah etməyin. İmam Sadiq (ə) buyurur: "Əgər pərdələr götürülmüş olsa, siz o biri tərəfi görsəniz, görərsiniz ki, insanların əksəri təsvifə görə öz pis əməllərinin cəzasına düçar olarlar”. Təsvif, yəni bu gün-sabah etməkdir. Bahar və qış etməkdir, bu il və gələn il etməkdir. Vaxt yoxdur. Ona görə də ciddi çalışmalıyıq ki, özümüzü düzgün tərbiyə edək”. (Tebyan/ Deyerler.org) | |
Views: 784 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |