Main »
Həzrət Peyğəmbərin (s) zamanı idi və hər tərəfdən kafirlər dini məhv etməyə çalışırdı. Müsəlmanlar səbirlə və var gücləri ilə kafirlərlə mübarizə aparırdılar. Möminlərin bu mübarizəsi sayəsində din ayaqda durmağa çalışırdı. Əgər o acı günlərdə səbir etməsəydilər, bu gün İslam dininin səsi eşidilməzdi. |
Nar fəslində bir meyvə vitrininin yanından keçirdim və bu vitrinə qırmızı rəngli və iri o qədər nar yığmışdılar ki, görəni özünə tərəf cəlb edir və narı almaq üçün insanı təhrik edirdi. Mən də nar almaq üçün bu vitrinə yaxınlaşdım və çox təəccübləndim. |
"Nəhcul-bəlağə” başdan başa nəsihətlərlə və tövsiyərlərlə dolu bir kitabdır. Əgər onlara qulaq assaq, dünya və axirət səadətinə çata bilərik. |
Övladlarımıza məhəbbət göstərmək - mühüm və həssas mövzulardan biridir. Bu sevgi uşağın şəxsiyyətinin formalaşmasına böyük təsir qoyur. Valideynlərin bir çoxu bu məsələ haqqında lazımlı məlumata malik olmadıqlarından övladlarına qarşı məhəbbətdə ya ifrat edirlər, ya da təfrit. |
Meyiti kəfənləməyin və dəfn etməyin xüsusi ədəb və qaydası vardır ki, İslam dini ona xüsusi əhəmiyyət verir. Həzrət Peyğəmbər (s) buyurur:"Hər kim ölünü kəfənləyərsə, Allah ona behişt sundusundan və ipəyindən libas geyindirər”. |
Qadın da bir insandır. Özü də böyük bir insan. Qadın cəmiyyətin tərbiyəçisidir. Qadın ağuşunda insanlar yetişir. İnsanları qadınlar tərbiyələndirir. Ölkələrin səadəti və bədbəxtliyi qadın vücuduna bağlıdır. Qadın öz düzgün tərbiyəsi ilə insan yetişdirir, öz düzgün tərbiyəsi ilə ölkələri abadlaşdırır. |
Yoxsul qohumlara maddi yardım etmək başqalarına yardım etməkdən daha dəyərlidir. İmam Əli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: "O kəsdən başla ki, onun xərcini sən verirsən: anan, atan, bacın, qardaşın. Sonra hər kim daha yaxındırsa. Sədəqə o zaman qəbul olmur ki, qohumlarından biri möhtac və kasıb olsun”. |
Xəstəliklər həyatın xoşagəlməz hallardır ki, hər insan onunla qarşılaşır. Ancaq mühüm olan odur ki, biz bu xəstəliklərə necə yanaşırıq. Çünki əgər xəstəliklərə qarşı lazımlı səbiri göstərsək, bərəkətli nəticələr gətirə bilər. |
Xeybər döyüşü sona çatan zaman Xeybərin qəniməti müsəlmanlar arasında bölünür. Zeynəb adında bir yəhudi qadın kabab olmuş bir quzunu hədiyə olaraq Peyğəmbərə (ə) və səhabələrinə verir. Ancaq bu quzunu verməmişdən qabaq səhabələrdən soruşur ki, Peyğəmbər (s) quzunun hansı tərəfini daha çox sevir? Səhabələri də qolunu daha çox sevdiyini söyləmişdilər. |
"Təqvalı olun ki, bəlkə nicat tapasınız”. ("Bəqərə” 189). Nicat yolu dörd həqiqətlə olur: zillətsiz izzət, cəhalətsiz elm, yoxsulluq olmayan sərvət, ölüm olmayan həyat. Bütün bunların hamısı təqvalı qəlbdən çıxar. |
Qadın - gözəllik, iffət və zəriflik mənbəyidir. Kişi isə bu gözəlliklərdən təsirlənən tərəfdir. Ona görə də İslam, qadınlar üçün hicabı iffət hesab etmiş və İslami dəyərləri qoruyan hər xanımın ona əməl etməsini vacib buyurmuşdur. |
Həqiqətən də düşündürücü sualdır. Saniyələr, dəqiqələr, saatlar, günlər, aylar, illər və ömrümüz. Günlərimiz çox sürətlə keçir. Başımız qarışır işə, ailəyə, qayğılarımıza və bir də görürük ki, axşamdır, gecədir, yatmaq, istirahət vaxtıdır. |
Bəzi vaxtlar özümüzü o qədər süst hesab edirik ki, addım belə atmaq istəmirik. Gündüzlər gecə olur, gecələri gündüz olur. Deyirik ki, sabah mütləq hansısa işi görməyə başlayacağam. Ancaq sabah, olur, iki gün keçir, üç gün keçir, hələ də həmin işi görmürük. |
Bir çox insanlar xüsusilə də cavanlar belə düşünürlər ki, dindarlıq şənlənməyin əleyhinədir. Onlar belə düşünür ki, o kəslər ki, daha çox dindardırlar, həyatdakı şənliklərdən daha az bəhrələnirlər. O kəslər ki, dinin əsaslarına daha az əməl edirlər, həyat ləzzətlərindən və şənliklərindən bəhrələnməkdə daha çox azaddırlar. |
Ailə haqqını Peyğəmbərlərdən (s), Məsum İmamlardan (ə) gözəl yerinə yetirən yox idi. Həzrət Peyğəmbərin (s) həyatına tamaşa edəndə görmək olur ki, o, həm rəsul idi, həm də yaxşı ailə başçısı idi. Ona nazil olan vəhyləri insanlara çatdırmalı, onları düz yola hidayət etməli idi. O, elə bir insan idi ki, ailəsinin haqqını gözəl yerinə yetirərdi. O, deməzdi ki, mən peyğəmbərəm və vəzifəm ağırdır. |
İmam Sadiq (ə) buyurur: "Allaha and olsun, o kəs ki, səcdənin haqqını verər və həqiqi səcdə edər, heç bir zaman ziyana düşməz. Baxmayaraq ki, ömrü boyu ancaq bir dəfə bu cür səcdə edibdirsə”. |
İnsan həyatı o zaman pak və kamil olur ki, qəlbində Allahı yada salır və onun köməyi ilə həyatın bütün fəsadları və cazibəsi ilə mübarizə aparır. Zahiri və daxili şeytanların əlini kəsir. Həqiqətdə namaz möhkəm dayaq və şeytanla mübarizədə İlahi köməkçidir. İnsanlar onun vasitəsilə Allahla rabitələrini möhkəmləndirirlər. |
O kəslər ki, Allahın halal və haramına riayət etmirlər, cəhənnəm yolunun yolçularına çevrilirlər. Əmirəl-möminin (ə) xütbələri toplusu olan "Nəhcul-bəlağə”yə diqqət edəndə görmək olur ki, İmamın (ə) kəlamlarının əsas mehvəri - təqvadır. |
Yuxu - ölümün qardaşıdır. İmam Cavaddan (ə) soruşurlar: "Ölüm nədir?”. Həzrət (ə) buyurur: "Ölüm həmin yuxudur ki, hər gecə sorağınıza gəlir. Ancaq zamanı uzundur, insan ondan Qiyamət gününə qədər ayılmaz”. (Tebyan) Ölüm və yuxu: fərqləri və oxşarlıqları. |
Allah Quranda insanları düzgün rəhbərliyə itaətə dəvət edir. Düzgün rəhbərliyi tanımaq çətin bir iş deyildir - peyğəmbərlər (ə), İmamlar (ə), fəqihlər. |
İmam Sadiq (ə) buyurur: "Mömin üçün ən gözəl libas - təqva libasıdır”. Çünki libas elə bir şeydir ki, insanın zahiri eybini örtür. İnsanı soyuqdan və istidən qoruyar. Təqva, Qiyamət günündə insanı bu günün əzablarından və əziyyətlərindən hifz edər. Ona görə insan üçün ən gözəl libasdır. Təqva libası insanı həm zahiri və həm də batini çirkinliklərdən qoruyar. (Erfan) |
Allahın nəzərinə görə boşanma bəyənilməyən bir əməldir. Boşanma qadınla kişi arasında olan müştərək bir qərardır. Bəzən kişi təlaq üçün addım atır, bəzən də hər ikisi bu işə razı olduqlarını bildirirlər. (Erfan) |
Ruhların dünya əhli ilə əlaqəsi necədir? İnsan bir aləmdən başqa aləmə keçəndə əvvəlki aləmdən xəbərdar olur və məlumatlı halda bu dünyaya qədəm basır. Belə ki, uşaq 9 ay ana bətnində inkişaf edir və dünyaya gələn zaman anasının hisslərindən və bu dünyaya aid olan bəzi məsələlərdən xəbərdar halda doğulur. |
İmam Sadiq (ə) buyurur: "Allah övladlarına şiddətli dərəcədə əlaqəsi olan ata və anaya rəhm edər. Mələklər deyərlər: "Allahım! Nə xəbərdir? Ona niyə bu qədər lütf edirsiniz?”. Buyurar: "Övladlarına olan şiddətli məhəbbətinə görə””. (Erfan) |
Biz dəfələrlə şeytanın dastanını eşitmişik. Ancaq şeytanın bu əhvalatından necə ibrət götürəcəyimizə diqqət etməmişik. Əgər ibrət götürsəydik, onun getdiyi yolu getməzdik. |
Həzrət İsa (ə) səfər edən zaman bir çobana rast gəlir. Onunla söhbət edir. Deyir: "Ey çoban, ömrünü çobanlığa sərf etmisən. Əgər elm və bilik əldə etməyə sərf etsəydin daha yaxşı olardı”. Çoban deyir: "Ey, Allahın peyğəmbəri! |
Bəs necə edək ki, İmamın (ə) buyurduğu həmin insanlardan olaq? Allahın sevdiyi bu qrupa necə daxil olaq? İmam (ə) bunun yolunu Quranda görür. Çünki Quran bizim hidayət kitabımızdır və bizə yol göstərən bir nurdur. Əgər Quran olmasaydı, biz nə edəcəyimizi bilməyəcəkdik. |
Xoş əxlaqa malik olan insanın sağlam bədəni, güclü ruhiyyəsi və gözəl həyatı vardır. O, həyatında səadətə nail olmaq qabiliyyətinə malikdir. Xoş əxlaqa malik olmaq dindarlığın açar ünsürü və insan müvəffəqiyyətinin mühüm amilidir. |
Yol getmək sadə bir məsələ kimi görünsə də, insanın daxili və əxlaqi halından xəbər verər. Çünki insanın ruhiyyəsi hər bir əməlində özünü göstərər. |
İnsanların bu dünyada çox sayda çətinliklə üzləşməsinin səbəblərindən biri də budur ki, insan Allah Təala yanındakı məqamından xəbərdar deyildir. Ona görə də öz qədrini bilmir və hacətlərinin həyata keçməsi üçün əlindən gələni edir. |
Şəfatin lüğəvi mənası iki şeyin və ya iki nəfərin bir-birinin yanında qərar tutmasıdır. İslam dinində, Quranda və Əhli-beytdən (ə) gələn hədislərdə şəfaət bu mənadadır ki, şəfaət olunan şəxs münasib olmayan şəraitdən qurtular və şəfaətçi ilə rabitə quraraq bağışlanmağa layiq olar. |
İnsan həyatda hər gün bir çox çətinliklərlə üzləşir. Ola bilsin ki, namaza layiqli səviyyədə diqqət göstərə bilmir. Belə ki, namazı diqqətlə və qəlb hüzuru ilə qılmaq - hər bir möminin arzusudur. (Tebyan) |
"Mənayi-əxbar” kitabında İmam Səccad (ə) bizlərə bəzi günahları və onların xeyir əməllərinə qoyduğu təsirləri tanıtdırmışdır. (Tebyan) 1. Bəzi günahlar insanın peşman olmasına səbəb olar. |
Axirət aləminə ən qorxulu səfərlərdən biri - qəbir evidir. "Mən lə yəhzərəhul fəqih” kitabında yazılıb ki, meyiti qəbirin kənarına gətirən zaman onu o dəqiqə qəbirə qoymayın: "Çünki, qəbirin dəhşəti onu bürüyər. |
Biz hamımız Allahın nəzarətinin altındayıq. O, hikmət sahibi bizim bütün əməllərimizi görür və fikirlərimizdən xəbərdardır. Qiyamət gələn zaman, İlahi məhkəmə qurulan kimi Allah onları gözlərimizin önündə nümayiş etdirəcəkdir. |
On dörd Məsumu (ə) tanımaq - zəruri və mühüm məsələlərdəndir. Bu məsələni dərk etməkdə heç bir üzr və bəhanə qəbul olunmaz. Hər kim bu dünyadan İmamını (ə) tanımadan köçərsə, ölümü cahiliyyət dövrünün ölümü kimi olar, özü isə kafirlər və münafiqlərlə bir tutular. |
İnsan daima nəfsinin istəkləri ilə mübarizə aparmalıdır. Çünki əgər mübarizə etməsə, bütün mehribanlıqlar və yaxşılıqlar nəfsimizin xidmətində olar. Bu zaman nəfs bütün yaxşılıqları tapdalayaraq, onları sənin əlindən çıxardar. (Tebyan) Qabil ibadət əhli olmasına baxmayaraq, cinayət işlədir. |
Çox sayda hədislərdə həyanın təsirlərinə toxunulmuşdur. Onlardan bəzilərinə işarə edək. 1. Allaha məhəbbət. Həzrət Peyğəmbər (s) buyurur: "Allah həyalı insanı sevir və inadkar insanın həyasızlığına nifrət edir”. (Tebyan) 2. İffət. İmam Əli (ə) buyurur: "Həyanın səmərəsi iffətdir”. |
Namaz - insanın Allahla görüşməsinin ən ali vaxtıdır. Namaz - ruhun ləzzətidir. Qürbün mərhələləri vardır ki, onların ən alisi namazdır. Namaz mömini meraca aparar. (Tebyan) Ayətullah Behcətə (r) namazla bağlı bəzi suallar verilmiş və alim də cavab vermişdir ki, bunlara işarə edək. |
Əgər insan elə bir ictimai mühitdə yaşayırsa ki, bu mühit İslam həqiqətlərinin dərk olunmasında bir maneədir, bu insanın aqibəti necə olacaq? Diqqət etsək görərik ki, yer üzündə əksər insanlar üçün ictimai maneələr mövcudur. İslam və Əhli-beyt həqiqətlərinin təbliğ olunduğu cəmiyyətdə yaşayanlar Allaha şükr etməli və həqiqi iman qazanmaq üçün səy göstərməlidir. |