Cümə günü, 2024-03-29, 6:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Peyğəmbərimizin (s) ordusunun əsgərlərinin durumu necə idi?
2014-01-07, 2:38 PM
Peyğəmbərimizin (s) ordusunun əsgərlərinin durumu necə idi?

Həzrət Peyğəmbərin (s) zamanı idi və hər tərəfdən kafirlər dini məhv etməyə çalışırdı. Müsəlmanlar səbirlə və var gücləri ilə kafirlərlə mübarizə aparırdılar. Möminlərin bu mübarizəsi sayəsində din ayaqda durmağa çalışırdı. Əgər o acı günlərdə səbir etməsəydilər, bu gün İslam dininin səsi eşidilməzdi. (Erfan)
 
Müsəlmanlar ilə kaiflrər arasında güclü çəkişmə baş vermişdi və Peyğəmbər (s) Əbu Qədaməni ordu rəhbəri təyin edib, bu çəkişməni yatızdırmaq üçün yollayır. Əbu Qədamə nəql edir: "Güc toplamaq və döyüş tədarükü görmək üçün hərəkət edirdim və birdən bir qadın məni çağırdı. Əhəmiyyət vermədim və yenə məni çağırdı. Qulaq asmadım və üçüncü dəfə çağıran zaman məcburi olaraq dayandım. Mənə yaxınlaşıb bir bağlama verdi və dedi: "Əbu Qədamə! Haqq cəbhəsinə yardım etməyi vacib bilirəm. Ancaq əlim dünya malından kasaddır. Cəbhəyə maliyyə yardımı edə bilmirəm. Ancaq başımın tükünü kəsib ondan kəndir hörmüşəm. Bəlkə cəbhədə yüyəni bağlamaq üçün sizə lazım oldu. Onu qəbul et və lazım olarsa, ondan istifadə et”.
 
Mən hərəkət etdim və cəbhəyə gəlib çatdım. Döyüşün qızgın yerində 10 və ya 11 yaşlı bir uşaq qaçıb mənə tərəf gəldi və dedi: "Oxlarım qurtarıbdır mənə üç dənə ox ver ki, qiya”mət günü Peyğəmbərin (s) hüzurunda sənə təhvil verim”. Soruşdum: "Haradansan?”. Dedi: "Mədinədənəm”. Soruşdum: "Niyə cəbhəyə gəlmisən?”. Dedi: "Allah eşqi məni bura gətirmişdir”. Ona üç ox verdim və hər biri ilə düşmənin bir əsgərini öldürdü. Ancaq kafir onun alnına bir ox vurdu. Tələsik başının üstünə gəldim və mənə bir bağlama verib dedi: "Bunu anama çatdır”. Sonra saçından kəndir hörən həmin qadının nişanəsini verdi və Həzrət Peyğəmbərə (s) salam verməyimi istədi. Mədinəyə gələn zaman anasının evini tapdım və qapını döydüm. Qapını bir kiçik qız uşağı açdı və anasını soruşdum. Həmin qadın qapıya gəldi və məni içəri dəvət etdi. Mənə dedi: "Təbrik üçün gəlmisən, yoxsa başsağlığı verməyə? Əgər övladım sağdırsa, başsağlığı ver, yox əgər şəhid olubsa, məni təbrik et”. Onu təbrik etdim və məni oğlunun otağına apardı. Otaqda heç bir əşya yox idi. Sadəcə otağın kənarına bir zəncir düşmüşdü. Göz yaşı tökərək mənə dedi: "Bu, mənim oğlumun otağıdır. Atası cəbhədə şəhid olmuşdu. Atası şəhid olandan sonra hər gün bu otağa gəlir və bu zənciri boynuna atıb ibadət edərdi. Allaha yalvarardı ki, ona da şəhadəti nəsib etsin. Axır ki, arzusuna çatdı”.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 821 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]