Şənbə günü, 2024-12-21, 6:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

4 vacibata görə 7 mənfəət
2013-12-16, 5:27 PM
4 vacibata görə 7 mənfəət

Allah Quranda insanları düzgün rəhbərliyə itaətə dəvət edir. Düzgün rəhbərliyi tanımaq çətin bir iş deyildir - peyğəmbərlər (ə), İmamlar (ə), fəqihlər.
 
Tövbə.
Əgər ibadətinizdə eyb olubsa, əgər təqvanızda eyb vardırsa, əgər düzgün rəhbərə lazımlı qədər itaət etməməsinizsə, hələ ki, sağsınız - tövbə edin. İbadətdəki ləng olmağınızı tövbə ilə aradan qaldırın.
Əgər bir il vacib namazlarını qılmamısansa, tövbə et, və əlbəttə ki, qəzalarını qıl. Oruc tutmamısansa, tut. Əgər xümsün varsa, ödə. Müxtəlif günahlara düçar olmusansa, aradan qaldır.
Ey Allahın aşiqləri! İbadəti, təqvanı, rəhbərliyi və tövbəni tərk etməyin. Allah bu dörd vacibata əməl edən bəndələrinə yeddi mənfəət söz vermişdir. Belə ki, Allah buyurur ki, siz Mənimlə dörd ticarət edin, Mən də bu dörd ticarətin qarşısında elə bu dünyada sizə yeddi mənfəət və fayda verəcəyəm. Bu vədə nisyə deyildir, nağdır. Onlara nəzər salaq:
1. Günahların bağışlanması. ("Nuh” 4). Allah bütün keçmiş günahları bağışlayar. Bu Allahın vədəsidir və buna inanın. Əgər qəlbinizdə Allaha desəniz ki, mən bu gücə gedib, vəzifəm olan ibadəti yerinə yetirəcəyəm, təqvalı olacağam, rəhbərə itaət edəcəyəm, tövbə edəcəyəm, bütün keçmiş günahlarını Allah bağışlayar.
2. Uzun ömür. ("Nuh” 4). Bu dörd məsələyə əməl edənin ömrü uzun olar. Allah sizi qoruyar ki, qəzaya düşməyəsiniz, əlacı olmayan xəstəliklər sorağınıza gəlməsin. Siz uzun ömürlü insanları görmüsünüz. Allahın abidlər, təqva, itaət, tövbə əhli haqqında etdiklərinin şahidi olmusunuz.
3. Səma bərəkəti. ("Hud” 52). Yağış və qar lazım olan zaman yağar. Allahı imtahana çəkin, bir ay ərzində həqiqi bəndə olun, təqvalı olun, vilayətin həqiqi itaətkarı olun, tövbə edin və baxın görün səma və göylər sizinlə necə sövdələşmə edirlər.
4 və 5. Mal və övladla yardım etmək. ("Nuh” 12). "Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin”. Övlarınıza görə qüssə yemək yerinə, onları sizə yardımçı qərar verər.
6 və 7. Bərəkətli həyat. "Bütün torpaqlarınızı abad edərəm”. "Bütün çaylarınızı sularla dolduraram, bulaqlarınızı daşdıraram”.
Ancaq bütün bu yeddi mənfəət dörd vacibatı yerinə yetirən zaman olar. Allah bizə bu vacibatları yerinə yetirməyi nəsib etsin.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1085 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 Günahkar-Bəndə   (2013-12-29 10:48 PM) [Daxil et]
Günahların bağışlanması. ("Nuh” 4). Allah bütün keçmiş günahları bağışlayar. Bu Allahın vədəsidir və buna inanın. Əgər qəlbinizdə Allaha desəniz ki, mən bu gücə gedib, vəzifəm olan ibadəti yerinə yetirəcəyəm, təqvalı olacağam, rəhbərə itaət edəcəyəm, tövbə edəcəyəm, bütün keçmiş günahlarını Allah bağışlayar.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]