İmam Hüseyn (ə) yəvmul-vurudda kimə şəfaətçi olacaqdır? - İmam Hüseyn (ə) - Əhli-Bəyt - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 1:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhli-Bəyt » İmam Hüseyn (ə)

İmam Hüseyn (ə) yəvmul-vurudda kimə şəfaətçi olacaqdır?
2013-11-29, 10:35 PM
İmam Hüseyn (ə) yəvmul-vurudda kimə şəfaətçi olacaqdır?

 Şəfatin lüğəvi mənası iki şeyin və ya iki nəfərin bir-birinin yanında qərar tutmasıdır. İslam dinində, Quranda və Əhli-beytdən (ə) gələn hədislərdə şəfaət bu mənadadır ki, şəfaət olunan şəxs münasib olmayan şəraitdən qurtular və şəfaətçi ilə rabitə quraraq bağışlanmağa layiq olar. (Tebyan)
Bu cür şəfaətə iman bəsləmək həqiqətdə günahkar insanların islah və tərbiyə olunması üçün ali bir məktəbdir.
Qiyamət günü şəfaət verəcək mübarək insanlardan biri də İmam Hüseyndir (ə). Həzrət Peyğəmbərin (s) buyurudğu kimi İmam (ə), tufana düşənlər üçün bir nicat gəmisidir. Həm dünyada insanın əlindən tutar, həm də axirətdə. Aşura ziyarətində oxuyuruq: "Allahım, giriş günündə Hüseynin (ə) şəfaətini nəsibim et və həqiqi addımlarımı İmam Hüseyn (ə) və qanlarını Hüseynə (ə) fəda edən dostları ilə bir yerdə Öz yanında sabit və möhkəm et”.
 
Bəs yəvmul-vurud nədir?
Vurud sözü lüğətdə suyun mənbəyinə və yerinə aid edilir. Yəvmul-vurud sözü Qiyamət gününə işarədir. Çünki həmin günü bütün insanlar Allah dərgahına daxil olacaq və hesaba çəkiləcəklər. Ona görə də Qiyamət gününə giriş və daxil olma günü də deyirlər. Həmin gün hamı cəhənnəmə daxil olacaqdır və mömin olmayanlar oradan çıxa bilməyəcəklər. "Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq”. ("Məryəm” 71-72).
Hədislərdə də bu sözə rast gəlmək olur. Belə ki, hədislərin birində oxuyuruq: "Pərvərdigara! Əgər giriş günündə bizi Öz ehsanına çatdırmasan, munkərə verilən cəzada şərik olarıq”. (Yəni, onlarla heç bir fərqimiz olmaz).
Həzrət Peyğəmbər (s) həmin günü Həzrət Fatimənin (s.ə) məqam və fəziləti haqqında buyurur: "Allah Təala ona vəhy edəcəkdir ki: "Ey Fatimə! Məndən istə ki, sənə əta edim. Məndən təmənna et ki, səni razı salım”. Fatimə (s.ə) deyər: "Mənim Allahım! Sən arzu və arzudan da ucasan. Səndən istəyirəm ki, mənim dostlarıma və itrətimin dostlarına atəşdə əzab verməyəsən”. Allah ona vəhy edər: "İzzət və cəlalıma və məqamımın əzəmətinə and olsun ki, Mən iki min il əvvəl ki, səmanı və yeri xəlq etmişdim, Özümə and içmişəm ki, sənin dostlarını və itrətinin dostlarını atəşlə əzab verməyəm”.
Həzrət Peyğəmbər (s) buyurur: "Məni və Əhli-beytimi (ə) sevmək 7 çox dəhşətli yerdə fayda verər: ölən zaman, qəbirdə, Qiyamət günü, əməl dəftəri verilən zaman, hesab zamanı, tərəzi yanında və Siratdan keçən zaman”.
Şəhid Mütəhhəri şəfaət sözünün mənasını izah edən zaman demişdir: "Avam insanların bir çoxu elə zənn edir ki, Peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (s.ə,) və Məsum İmamlar (ə), xüsusilə də İmam Hüseyn (ə) o qədər nüfuza malikdir ki, əməl zamanı Allahın iradəsini dəyişdirə bilirlər. Əgər kimsə güman etsə ki, "Allah Təalanın razılığını əldə etməyin yolları vardır, İmam Hüseyni (ə) razı etməyin fərzən başqa yolu vardır və bu ikisi ayrı-ayrılıqda insan səadətini təmin edə bilər, böyük bir zəlalətə düçar olmuş olar. Bu yanlış gümanda belə deyilir ki, Allah bir şeylə razı olur, ancaq İmam Hüseyn (ə) başqa bir şeylə. Allah namazı, orucu, həcci və sair vacibatları yerinə yetirməklə razı olur, ancaq İmam Hüseynin (ə) bu işlərlə əlaqəsi yoxdur və onu razı salan əməl budur ki, onun üçün və övladları üçün göz yaşı tökək. İmam Hüseynin (ə) hesabı Allahın hesabından ayrıdır. Belə nəticəyə gəlmək olur ki, Allahı razı salmaq çətindir. Çünki çox sayda işlər görmək lazımdır ki, O, razı olsun. Ancaq İmam Hüseynin (ə) razılığını əldə etmək asandır, ancaq göz yaşı töküb, sinə vurmaqdır. Onun Allah dərgahında nüfuzu vardır və bizə şəfaət edəcəkdir. Günahlar hər nə qədər çox olursa-olsun bir göz yaşı ilə aradan gedər”. Şəfaət haqqında belə bir düşüncədə olmaq nəinki yanlışdır, həm də Rübubiyyətdə şirk etməkdir. Eyni zamanda İmam Hüseynə (ə) xəyanətdir”.
Həqiqətdə şəfaət xüsusi dini meyarlara malik olan bir əməldir. Şəfaət olunan şəxsdə bəzi sifətlər olmalıdır ki, buna layiq olsun. Hesab vermədən heç kim şəfaət oluna bilməz.
 
/Deyerler.org/

Category: İmam Hüseyn (ə) | Added by: Ənfal
Views: 535 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]