Cümə günü, 2024-04-19, 12:22 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Dinin sevinməyə və şənlənməyə münasibəti
2013-12-22, 2:19 PM
Dinin sevinməyə və şənlənməyə münasibəti

Bir çox insanlar xüsusilə də cavanlar belə düşünürlər ki, dindarlıq şənlənməyin əleyhinədir. Onlar belə düşünür ki, o kəslər ki, daha çox dindardırlar, həyatdakı şənliklərdən daha az bəhrələnirlər. O kəslər ki, dinin əsaslarına daha az əməl edirlər, həyat ləzzətlərindən və şənliklərindən bəhrələnməkdə daha çox azaddırlar. Bu ehtimal düzdürmü? Onun mənşəyi nədir? Dindarlıq dedikdə nə başa düşürük? Həyatda şənlənmək dedikdə nə başa düşürük? (Tebyan)
Hər bir fərd və ya cəmiyyət ki, İslam etiqadlarına qarşı bilikləri daha dərin və ciddi olarsa, əməldə və rəftarda da İslam meyarlarına daha dəqiq əməl edərsə, dindar hesab edilər. Haqq din olan İslam dini insan səadətini təmin edir və həqiqi xoşbəxtlik yolunu göstərir. Səadət və xoşbəxtlik də bizim üçün qalıcı və həqiqi şənlik, sevinc yaradır. Ona görə də deyə bilərik ki, dindarlıq həqiqi şənlik və sevinclə təzadda deyildır. Dindar adı altında bəzi din iddiasında olan insanlar cəmiyyətdə din haqqında yanlış fikirlər yaradır ki, bunu da din ilə səhv salmaq olmaz. Din bizə tövsiyə edir ki, bir-birinizlə görüşən zaman üzünüzdə sevinc və şadlıq olsun. Hətta əgər bizim daxilimizdə qəm və qüssə olsa belə, onu başqalarına bildirməməliyik. Bu göstərişlərdən səhv nəticə çıxartmaq nəticəsində dindarlar haqqında yanlış fikirlər yaranmışdır.
İmamlarımız (ə) buyurmuşdular: "Bizim Əhli-beyt (ə) davamçılarımız, yəni həqiqi dindarlar, bizim şadlıq və sevincimizdə şaddırlar. Bizim qəm və qüssəmizdə isə qəmgindirlər”.
Hər bir halda dindarlığın həqiqi şadlıq ilə heç bir təzadı yoxdur. Ancaq bizim üçün şadlıq və sevinc nə deməkdir - onu da açıqlayaq.
Həqiqi dindarlıq səbəb olur ki, biz hər bir fərdi və ya maddi sevincimizlə kifayətlənməyək, o zaman ki, başqalarının rahatlığını təşkil etməyi öz rahatlığımızdan üstün tuturuq, o zaman bu sevinc daha dərin və daha qalıcı olur.
Şən həyat.
Şənlənmək dedikdə, həmin sevincli və müsbət hisslər aşılayan hal nəzərdə tutulur ki, hər bir kəs onu təcrübədən keçirtmişdir. Sevincli xəbər eşitmək, müvəffəqiyyət əldə etmək, qürurverici səhnələrə tamaşa etmək - insana sevinc və şadlıq gətirər. Ancaq hər bir şadlıq bizim üçün mühüm və əhəmiyyətli deyildir. Məsələn bir tələbə hansısa elmi bir tədqiqat aparanda, ona sevinc gətirəcək başqa işlərdən uzaqlaşır ki, bu tədqiqatının nəticəsini əldə etsin. O zaman ki, tələbə bu nəticəni və nailiyyəti əldə edir, sevinir. Bir fəhlə ruzi qazanmaq üçün həyatın çox sayda ləzzətlərini və sevinclərini arxada qoyur ki, ailəsinin rahatlığını təmin etmək üçün qazanc əldə etsin. O, bu yolda bir çox çətinliklərə və əziyyətlərə dözür və nəhayət istədiyi ruzini qazananda sevinir. Ona görə bu təbii bir haldır ki, daha böyük və qalıcı ləzzətlər əldə etmək üçün kiçik və daha alçaq ləzzətlərdən əl çəkməliyik. Əgər bu məsələ haqqında bir qədər düşünsək, görərik ki, sevincin və şadlığın özünün də təbəqələri vardır.
Sevincin növləri.
Sevinclər vardır ki, keçicidir. Bəziləri qalıcıdır, bəziləri həqiqidir və bəziləri bəyənilməyəndir. Bəziləri şəxsidir, bəziləri ailəvidir. Bəziləri dərindir, bəziləri səthidir. Bəziləri maddidir, bəziləri mənəvidir. Əlbəttə, hər bir sevinci əldə etmək üçün çalışıb, səy göstərmək lazımdır. Bu sevinci əldə etmək üçün bəzən müəyyən şeylərə də ehtiyac duyuruq, bəzən maddi şeylərə, bəzən də mənəvi.
Həyatda elə sevinclər vardır ki, çox bahalıdır, heç bir ağıllı insan onun üçün bu qədər pul xərcləməz. Ancaq bəzi sevinclər vardır ki, onun xərci azdır, ya da onun qədər dəyəri vardır ki, onun üçün nə qədər pul xərcləsən yenə də az olar.
Elə insanlar vardır ki, şəxsi sevinc və şadlıq əldə etmək onlar üçün hər şeydən üstündür. Onlar üçün başqalarıının əziyyətə düşəcəyinin heç bir fərqi yoxdur.
O kəs ki başqasının malını oğurlayaraq, özü üçün şənlənirsə, bu, həqiqi sevinc olmaz. Bəs şən həyat dedikdə nə nəzərdə tutulur?
Bəzən belə görünür ki, şən həyatın dərinliklərinə heç diqqət edilmir və şən həyat naqis meyarlarla tərif edilir. Cəmiyyətin əksər üzvləri maddi sevincləri qalıcı və mənəvi sevinclərdən üstün tuturlar. O cəmiyyədə ki, sərvətli insanların sayı çoxdur, bu cür insanlar maddi və zahiri sevinclərini müsəlman ölkələrinin əziyyətlə qazandığı mənəvi sevicnlərdən üstün tuturlar.
Şən həyatla dindarlıq arasındakı fərq dedikdə bu nəzərdə tutulur?
Əgər bu cürdürsə, deyə bilərik ki, bəli, dindarlıq belə "sevinc”lərlə təzaddadır. Əslində İslam dinin hədəfi də bu cür sevinclərin qarşısını almaqdır. Ona da diqqət etməliyik ki, bizim sevinclərimizin bir çoxu başqalarının yaratdığı şəraitdən qaynaqlanır. İnsanlara zülm olardı ki, ancaq maddi və zahiri sevinclə qənaətlənəydilər. Bu, insanlar üçün həqiqi məhrumluq və həqiqi ləzzətlərdən uzaq olmaq olardı.
Aydındır ki, həyatın şadlıqları, şəxsi şadlıqlar - maddi və ötücüdür. Bu həqiqətləri inkar etmək olmaz. Hər bir insanın bu sevinclərə ehtiyacı vardır. Din bu təbii ehtiyacları nəinki inkar etməmiş, hətta onun düzgün olması üçün yollar da göstərmişdir. Ancaq mühüm budur ki, dindar fərd və ya cəmiyyət üçün həyat sevinci ancaq dünyəvi şadlıqlarla məhdudlanmır. Bu, fasiqlərdir ki, həyatın ancaq zahiri və maddi hissəsini görürlər. Onlar əbədi və axirət həyatından qafildirlər. Biz əgər həqiqi dindar olsaq, ancaq dünya sevinci ilə qənaətlənməməliyik. Əbədi sevincləri yaddan çıxartmamalıyıq. Əgər biz dünyəvi sevinc axtarışında olarıqsa, gərək elə sevinc dalınca olaq ki, dindarlığımızla uyğun gəlsin. Əlbəttə ki, dinin bütün hökmlərinə əməl edərək, bu axtarışda olmalıyıq.
Onu da qeyd etmək lazımdır ki, bəzi cavanların axtarışında olduqları sevinc və ləzzətlər dindən uzaq ləzzətlərdir və islah olunmalıdır.
Beləliklə, deyə bilərik ki, dindar bir insanın həyatda sevinməyə və qəmgin olmağa haqqı vardır. Hər bir insan kimi, dindarlar da ailə, şəxsi məsələlərindəki sevinclərinə, nailiyyətlərinə görə sevinirlər.
Ancaq onlar bu zahiri sevinclə qənaətlənmir, həm də axirət səadətini təmin edəcək sevinclər ardıncadırlar. Yəni qalıcı və əbədi bir ləzzət olan ibadət və itaət dalımcadırlar ki, bu da mənəvi sevincdir və bu sevinc elə bir şadlıqdır ki, onu maddi sevinclə nə müqayisə etmək olar, nə də mənəvi sevinci maddi sevincə dəyişmək olar.
Allah bizlərə də bu həqiqi sevinc və ləzzəti nəsib etsin, inşəallah.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 902 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]