Bazar günü, 2024-12-22, 5:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Məad

Qəbrin dəhşətini necə yüngülləşdirmək?
2013-11-29, 10:39 PM
Qəbrin dəhşətini necə yüngülləşdirmək?

 Axirət aləminə ən qorxulu səfərlərdən biri - qəbir evidir. "Mən lə yəhzərəhul fəqih” kitabında yazılıb ki, meyiti qəbirin kənarına gətirən zaman onu o dəqiqə qəbirə qoymayın: "Çünki, qəbirin dəhşəti onu bürüyər. Bu qəbirdə olacaqlardan Allaha pənah aparar. Ona görə də yaxşı olar ki, meyiti qəbirin kənarında bir qədər saxlayasınız ki, axirət evinə və əzablara hazır olsun”.
Əllamə Muhəmmədtəqi Məclisi qəbir haqqında belə deyir: "Ruh bədəndən ayrılandan sonra heyvani ruh ölər. Ancaq natiqə nəfsi diri olar. Onun bədənə aiddiyyəti tamamilə qırılmamışdır. Qəbirin dəhşəti, Munkərlə Nəkirin sual-cavabı və bərzəx əzabının dəhşəti onu bürüyər ki, başqaları üçün də ibrət olsun. Hamı fikirləşsin ki, bu hadisə onu da gözləyir”.
Həsən Bəsridən Yunisə çatan hədisdə belə nəql edilir ki, İmam Kazımdan (ə) eşitmişəm ki, buyurur: "Ölünü qəbirin kənarına aparanda ona möhlət versinlər ki, Munkərlə Nəkirə cavab vermək istedadını əldə edə bilsin”.
Şeyx Bəhayi nəql edir ki, bəzi alimlərin ölən zaman həsrət çəkdiklərini görürdülər. Ondan soruşanda ki, bu nə haldır ki, sən düşmüsən? Deyər: "Uzun səfərə gedən insana görə nə gümanınız var ki, Munisi olmadan dəhşətli qəbirə daxil olar və Adil bir hakimin hüzuruna gedər ki, öz rəftarına görə Onun yanında heç bir hüccəti olmaz”.
Həzrət Peyğəmbərin (s) səhabələrindən olan Bərə ibni Azəb belə nəql edir: "Biz Peyğəmbərin (s) xidmətində idik. Onun nəzəri bir məhəllədə toplaşan insanlara dəydi. Soruşdu: "İnsanlar niyə toplaşıblar?”. Dedilər ki, qəbir qazmaq üçün toplaşıblar. Həzrət (s) qəbir sözünü eşidən kimi ora tərəf tələsdi. Özünü qəbirə çatdırdı və onun kənarında dizi üstə oturdu. Mən o biri tərəfdən Həzrətin (s) yanına getdim ki, görüm nə edir? Gördüm ki, şiddətlə ağladı və sonra üzünü bizə tutub buyurdu: "Ey mənim qardaşlarım! Özünüzü bu cür hadisəyə hazır edin”.
Qətəb Ravəndi nəql edir ki, Həzrət İsa (ə) anası öləndən sonra onu səsləyir və deyir: "Ey ana! Mənimlə danış. Dünyaya qayıtmaq istəyirsən?”. Dedi: "Bəli, çox soyuq bir gecədə Allaha namaz qılmaq üçün və isti bir gündə oruc tutmaq üçün. Ey oğul! Bu yol çox təhlükəlidir”.
Həzrət Fatimə (s.ə) İmam Əliyə (ə) vəsiyyət edən zaman buyurmuşdu: "Mən vəfat edən zaman özün mənə qüsl ver, məni kəfənlə, namaz qıl və qəbirə daxil et. Qəbirdə qoy və üzərimə torpaq tök. Başımın yanında və üzümlə üzbəüz əyləş və mənim üçün çoxlu Quran oxu və dua et. Çünki bu, elə bir vaxtdır ki, ölünün diri ilə ünsiyyət bağlmağa ehtiyacı olan vaxtdır”.
Seyyid ibni Tavus Peyğəmbərdən (s) nəql edir: "Meyit üçün ilk qəbir gecəsindəki çətin saatlar kimi saatlar keçmir. Sədəqə verməklə ölünüzə rəhm edin. Əgər sədəqə vermək üçün bir şey tapmırsınızsa, iki rükət namaz qılın. Həmin namazın birinci rükətində bir dəfə "Həmd” oxuyun və iki dəfə "Tövhid” oxuyun. İkinci rükətində "Həmdi” bir dəfə və "Təkasuru” 10 dəfə oxuyun. Salam verib deyin: "Allahummə salli alə Muhəmməd (s) və Ali-Muhəmməd (ə), vəbəs səvabəha ila qəbiri zəlikəl-meyyit filan ibni filan”. Yəni, Allahım, Muhəmmədə (s) və onun ailəsinə salam göndər və bu namazın savabını da bu ölüyə yaz. Bu zaman  Allah Təala həmin meyyitin qəbirinə min mələk göndərər. Hər bir mələk onun qəbirinin darlığını genişləndirər, o zamana qədər ki, İsrafil sur çalar və kubra Qiyaməti başlayar. Namaz qılana həsənə verər və məqamını 40 dərəcə ucaldar”.
Meyitin qəbir əzabını yüngülləşdirmək üçün müstəhəbdir ki, iki rükət namaz qılınsın. Birinci rükətdə "Həmd” surəsi və "Ayətəl-kürsü”, ikinci rükətdə isə "Həmd” və 10 dəfə "Qədr” surəsini oxusun. Salam verəndən sonra desin: "Allahummə salli alə Muhəmməd (s) və Ali-Muhəmməd (ə), vəbəs səvabəhə ila qabri filan ibni filan”. (Filan ibni filanın yerinə meyitin adını və tasının adını demək)
İmam Baqirdən (ə) belə bir hədis vardır: "Hər kim namazın rükusunu tamamlayar, qəbir əzabına düçar olmaz”.
 
(İslami saytlara istinadən/ Deyerler.org)
Category: Məad | Added by: Ənfal
Views: 1165 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]