Çərşənbə axşamı, 2024-03-19, 6:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Entries in category: 62
Shown entries: 1-50
Pages: 1 2 »

Sort by: Tarix · Ad · Retinq · Serhler · Yukleme · Baxis
Ölüyə ağlamaq


Şiə əqidəsinə  olunan  iradlardan  biri də  ölüyə  ağlamaqdır.  Bəziləri ölüyə ağlamağı haram bilir və bu iddianı aşağıdakı hədislə isbat edirlər.

«قال رسول الله (ص): ان المیت لیعذب ببکاء اهله علیه»

Peyğəmbər (s) buyurub: Meyyit qəbirdə ailəsinin onun üçün ağladı üçün əzab olunar. (Səhihi Müslim, c.2, s.641; Səhihi Buxari, c.5, s.158)

Əqidə | Baxis: 1087 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Hacətiniz olsa, 10 dəfə "Ya Allah” deyin...

  (Ayətullah Cavad Amulinin əxlaq dərsindən)

 Dini təlimlərdə oxuyuruq ki, əgər günaha düçar olsan, tez bir zamanda yaxşı bir iş gör ki, həmin günahı aradan apara bilsin. Çünki əgər günah parçalanarsa, insanın varlığında çürüklər əmələ gətirər və onu kor və kar edər.

Əqidə | Baxis: 691 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-07-05 | Reytinq: 0.0/0 | Serhler(0)

Hidаyət və аzğınlıq Аllаhın əlindədir
Məkarim Şirazi 

1.Hidаyət və аzğınlığın növləri.
Məsələn, bir nəfər sizə əlində tutduğu bir ünvаnı göstərərək ünvаnı tаnımаdığını və sizdən kömək istədiyini bildirir. Sizin ünvаnı оnа tаnıtdırmаq üçün iki yоlunuz vаr. Biri оdur ki, оnа qоşulub istədiyi yеrə gətirib ünvаnı оnа göstərəsiniz. Ikincisi isə оdur ki, ünvаnın yеrini, nişаnəsini dеyib оnu tаnış еdəsiniz. Siz hər iki surətdə оnu öz məqsədinə çаtdırmış оlursunuz.
Əqidə | Baxis: 819 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-24 | Reytinq: 0.0/0 | Serhler(0)

İman edənlərin Məsuliyyəti


  Allahın iman edənlərə bildirdiyi ən böyük məsuliyyətlərdən biri, yaxşılığı əmr etmək və pisliyi daşınmağa çağırmaqdır. Bir Quran ayəsində bu şəkildə buyurulmuşdur:
Əqidə | Baxis: 682 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-24 | Reytinq: 0.0/0 | Serhler(0)

Qəflətdə olan alimlər barədə

(Erfan saytına istinadən)

Müqəddəs dinimiz elm adamlarının qəflətdə  olmasını çox məzəmmət edir və böyük təhlükə  hesab edir.

"(Səmavi) kitabı oxumağınıza baxmayaraq, camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!” ("Bəqərə” 44).

Əqidə | Baxis: 773 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-20 | Reytinq: 0.0/0 | Serhler(0)

Allahın gizli elmi

    İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Allaha bəda kimi heç bir şeylə təzim edilməmişdir”.

İmam Rza (ə) buyurur: "Allah heç bir peyğəmbərlərini məbus etməmişdir, məgər şərabın haram olması və bədanın iqrar edilməsi hökmü ilə”.

Əqidə | Baxis: 869 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-20 | Reytinq: 5.0/1 | Serhler(0)

İslam və Xristianlıq
Allah İslamı bəşəriyyət üçün son din olaraq bəyənib göndərdi və bu dinin arcıcıllığını müsəlman adlandırdı.
   Qurana görə, müsəlmanları orta (heç bir işdə iftira varmayan və səhlənkarlıq etməyən) və xeyrli ümmət olaraq təqdim edir.
Əqidə | Baxis: 884 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Qəbul olmayan tövbələr

 Tövbənin özünün xüsusi zamanı vardır. Əgər həmin vaxt keçərsə, tövbə qəbul olunmaz. Hədislərdən oxuyuruq ki, tövbə qapısı o qədər genişdir ki, bütün günahkarlar ora daxil ola bilirlər, ancaq həmin geniş qapı üç dəfə onların üzünə bağlanar.
Əqidə | Baxis: 842 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Öncə Allahın razılığını düşünməli

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! İlahi təqvaya haqqı olduğu qədər riayət edin və Allahın razılığını əldə etmək üçün çalışın. Əmin olun ki, dünya fanidir və axirət cavidandır. Ona görə də axirət üçün iş görün. Sanki heç dünyada olmamısınız, davamlı olaraq axirətdə olmusunuz. Ey insanlar! Dünyanın bütün insanları qonaqdırlar.
Əqidə | Baxis: 890 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-06-02 | Reytinq: 5.0/1 | Serhler(0)

İmam Əlinin (ə) ədalətini dərk etmək

 İmam Əli (ə) adil hökm çıxartmaqda misilsiz idi. Düşməni də, dostu da onun bu qabiliyyətini etiraf edirdilər. O, hər bir məsələdə aqilcəsinə və məntiqli hökmlər çıxardar və sanki qeybdən yardım alardı.

Əqidə | Baxis: 836 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-30 | Reytinq: 5.0/1 | Serhler(0)

Hədisin yazılma tarixi

Peyğəmbərdən (s) sonra ilk üç xəlifənin dövündə hədisin yazılması rəsmi şəkildə qadağan edildi. Tarixi sənədlərə əsasən olduqca dəyərli miras olan hədis üç xəlifənin dövündə yazılmamaqdan əlavə ciddi qadağa və müxalifətlə üzləşdi. Buna görə də Əhli-sünnə tarixçiləri hicrətin birinci əsrini hədisin yazılmasının qadağa əsri adlandırırlar.
Əqidə | Baxis: 744 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-22 | Reytinq: 5.0/1 | Serhler(0)

Bəsirət gözünün açılması


Allahı yada salmaq - bir çox ruhi və əxlaqi təsirlər qoyar.

Allahı yada salmaq - qəlb aydınlığına, Allahdan qorxmağa, bəsirətə, şeytanı (lən) tanımağa, günahların bağışlanmasına, elm və hikmətə səbəb olar.
Əqidə | Baxis: 918 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-21 | Reytinq: 0.0/0 | Serhler(0)

QURAN ÖYRӘNMӘYİN FӘZİLӘTİ

Peyğəmbər (s) buyurur:
«Həqiqətən Quran ilahi süfrədir, elə isə bacardığınız qədər ondan bəhrələnin».
Peyğəmbər (s) Muaz ibni Cəbələ tövsiyə edərək buyurur: «Ey Muaz! Әgər xoşbəxt insanlar kimi yaşamaq, şəhidlər kimi ölmək, məhşərdə azad olmaq qiyamət günü əmin-amanlıqda qalmaq, o günün qaranlıq və zülmətindən yaxa qurtarmaq, qızmar günlərdə kölgə və asayişdə olmaq, susuz olduğun günlərdə susuzluğunu dəf etmək,
Əqidə | Baxis: 705 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-20 | Reytinq: 5.0/2 | Serhler(0)

Quran niyə Ərəbcə olaraq endirilmişdir?

İlahi sünnələrdən biri insanların hidayəti üçün rəsulların göndərilməsidir. Rəsullar da insanlarla razılaşa bilmək üçün göndərildikləri bölgənin dilləriylə danışardılar. Dil insanlarla ünsiyyət qurmanın tək yoludur. Peyğəmbərlər də insanlarla ünsiyyət halında olmaq məcburiyyətində idilər.
Əqidə | Baxis: 776 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-18 | Reytinq: 0.0/0 | Serhler(0)

İlahi rəhməti cəlb etmək üçün çalışmaq

İslam dini - Allah Təbarəkə və Təalanın kamil bir proqramıdır. İnsanlara dünya və axirət səadəti bəxş edən bir dindir. İnsan İlahi rəhmət və feyz vasitəsilə həqiqi mömin və möminə olar. Bu rəhməti isə biz insanlar çalışaraq və səy edərək, cəlb etməliyik.
Əqidə | Baxis: 568 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-14 | Reytinq: 0.0/0 | Serhler(0)

Həzrət Peyğəmbərin (s) kəlamlarında adı çəkilən "ən”lər

Şeyx Səduq İmam Sadiqdən (ə) və o, da Peyğəmbərdən (s) nəql edir ki, buyurub:

"Ən dindar kəs o kəsdir ki, vacibatı yerinə yetirər.

Ən səxavətli insan o kəsdir ki, malının zəkatını verər.
Əqidə | Baxis: 614 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-14 | Reytinq: 0.0/0 | Serhler(0)

Ruhi rahatlıq əldə etməyin 6 yolu

Ruhi rahatlıq dedikdə, yəni fikrin və həyatın rahatlığı nəzərdə tutulur. İslam dininin nəzərinə görə, ruhi rahatlıq əldə oluna bilən bir həqiqətdir. Bunun bir neçə yolları vardır ki, onların bəzisinə işarə edək.

İmam Əli (ə) oğlu İmam Həsənə (ə) yazdığı məktubda buyurur: "Qəm və qüssəni Allah dərgahında bəyan et ki, qəmlərini aradan qaldırsın. Çətinliklərdə sənə yardım etsin”.

Əqidə | Baxis: 763 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-10 | Reytinq: 0.0/0 | Serhler(0)

Xeyir nədir? Xeyrin sirrini harada bilmək olar?

 Xeyir behiştdəki bulağın adıdır və mənbəsini Kövsərdən götürmüşdür. Kövsər isə mənbəsini ərşdən götürür. Bu bulağın üzərində vəsilərin və davamçılarının evləri inşa edilir.


Xeyir nədir?

İnsanların bu dünyadakı işləri xeyir və şər kimi iki hissəyə bölünür. Bəs xeyir nədir?
Əqidə | Baxis: 701 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-05-08 | Reytinq: 0.0/0 | Serhler(0)

"Əraf" surəsinin 180-ci ayəsindən çıxan bəzi dərslər

(mötəbər təfsirlər mənbələrinə istinadən)

وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ
"(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın.
Əqidə | Baxis: 597 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-21 | Reytinq: 0.0/0 | Serhler(0)

Dua etməkdə israrlı olaq

İmam Sadiq (ə) buyurur: "İnsan duadan başqa heç bir şeylə Allaha yaxınlaşmaz. Hər bir kiçik məsələyə görə onu cüzi hesab edib, dua etməyi boş buraxmayın. Çünki kiçik hacətlər də o Kəsin əlindədir ki, böyük hacətlər Onun əlindədir”.
Əqidə | Baxis: 840 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-21 | Reytinq: 5.0/1 | Serhler(1)

Məscid – dua etmək üçün ən gözəl məkan

İmam Sadiq (ə) Əhli-beyt (ə) davamçılarına əmr edir ki, çətinliyə düşən zaman məscidə getsinlər. Namaz qılandan sonra çətinliyinin aradan qalxması üçün dua etsinlər. Din alimləri də məsciddə dua etməyə xüsusi əhəmiyyət verərlər.
Əqidə | Baxis: 721 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-16 | Reytinq: 0.0/0 | Serhler(0)

İnsan necə Allahın məmuru ola bilər?

 Bir çoxlarımız izzətli olmağa meyilliyik. Ancaq onu əldə etməyin yolunu bilmirik.


Həyatımızda neçə dəqiqəni başqalarının çətinliyini həll etmək üçün ayırmısınız? Qəlbinizdə başqaları üçün nə qədər yer ayırmısınız? Ola bilsin ki, deyəsiniz, bizim öz problemlərimiz bizə bəsdir. Əgər ağlamalıyıqsa, gərək öz halmıza ağlayaq.
Əqidə | Baxis: 741 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-16 | Reytinq: 0.0/0 | Serhler(0)

İbadətdən ləzzət almaq üçün nələri etməli?

 İbadətdən, namazdan, Quran qiraətindən, duadan ləzzət almaq üçün bəzi zəminələrin və şərtlərin hazır olması zəruridir.

İbadətin nə üçün və Kimin üçün etdiyimizin, ona qarşı olan dərk və mərifətimizlə sıx rabitəsi vardır.
Əqidə | Baxis: 759 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-16 | Reytinq: 0.0/0 | Serhler(0)

Bizi qoruyan mələklər

 Yəqin ki, bir çoxlarımız həyatımız boyu təhlükəli anlar keçirmişik. Ancaq bu zaman bizə hansısa gizli bir qüvvənin yardımını hiss etmişik. Bəs bu qüvvə nədir və kimlərdir?


Bir çox İlahi mələklər Allahın əmri ilə insanları bəla və təhlükədən hifz edərlər. Bu mələklərə Həfizə mələklər deyilir.
Əqidə | Baxis: 756 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-15 | Reytinq: 0.0/0 | Serhler(0)

Allah Təala insanda qorxu və ümidin vəhdətini görmək istəyir

Allah Təalnın mübarək sifətlərindən biri - Səttardır. Yəni bəndələrinin eybini gizlədər. Əhli-beytdən (ə) nəql edirlər:"Ey Allahım! Gözəllikləri aşkar edirsən, çirkinlikləri gizlədirsən”.İnsanın çirkin əməllərini gizlətmək Allahın mehribanlığından və rəhmətindən irəli gəlir.

Əqidə | Baxis: 745 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-12 | Reytinq: 3.5/2 | Serhler(0)

Fürsətləri qənimət bilmək

Allah Rəsulundan belə bir hədis var:

"Həqiqətən, sizin həyatınızda Rəbbinizin nəsimləri var. Diqqətli olun ki, ona üz tutasınız”2

Yəni, bəzən sizin Rəbbiniz tərəfindən rəhmət yelləri əsir, diqqətli olun və çalışın ki, onlardan bəhrələsiniz.
Əqidə | Baxis: 703 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Həyatda uğur qazanmaq üçün hansı yolu seçməli?

Biz insanlar həmişə sevirik ki, harada oluruqsa-olaq, uğur qazanaq. Cəmiyyətin ən qabaqcıl insanlarının sırasında olmaq istəyirik. Çünki bunun özü bir növ kamal hesab edilir. Bəs bu hadisə niyə hamımızın başına gəlmir?
İnsan həyatında proqramsız olmamalıdır. Səadət və tərəqqisinə hansı yoldan çatacağını proqramlaşdırmalıdır.
Əqidə | Baxis: 803 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-12 | Reytinq: 0.0/0 | Serhler(0)

Zikri-kəsir nədir? İlahi zikrin mükafatı necədir?

İnsana çox sayda şeytani vəsvəsələr hücum edir və bunun səbəbi insanın Allahdan qəflətdə olmasıdır. Onun mübarizə yolu isə zikri-kəsirdir. Zikri-kəsir nədir? Yəni, bütün varlığınla Allaha diqqət etməkdir.

Əgər insan bütün varlığı ilə Allaha diqqət edərsə və bunu tərk etməzsə ruhuna və nəfsinə nur bəxş edər.
Əqidə | Baxis: 666 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-10 | Reytinq: 0.0/0 | Serhler(0)

Bir dəqiqə ərzində edə biləcəyimiz əbədi işlər
 
Bir dəqiqədə beş dəfə «Fatihə» surəsini səlis oxuya bilərik. O «Fatihə» surəsi ki, bir dəfə oxunmasına 1400 savab verilir. Beş dəfə oxumaqla, 7000 savab qazanmış olarıq.

Bir dəqiqədə on dəfə «İxlas» surəsini oxuya bilərik. On dəfə «İxlas» surəsini ixlasla oxumaqla, üç dəfə Quranı xətm etmiş olarıq.
Əqidə | Baxis: 727 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-07 | Reytinq: 5.0/1 | Serhler(0)

İbadətin şərti: ruhu Allaha təslim etmək

"Və (yada salın) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kə’bənin) təməlini ucaldırdılar (və deyirdilər): «Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!»”. ("Bəqərə” 127).
Əqidə | Baxis: 529 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-07 | Reytinq: 0.0/0 | Serhler(0)

Allahın "səssiz çubuğu” – istidrac nədir?
İmam Əli (ə) buyurur: "Ey Adəm övladı! Nə zaman görsən ki, Allah nemətlərini davamlı olaraq sənə göndərir, halbuki sən itaətsizlik edirsən, bu zaman qorx!”.

Kiçik olanda nə zaman nadinclik etsəydim, nənəm mənə deyərdi: "Balaca, nadinclik etmə! Allahın çubuğu səssizdir və gec və tez səni cəzalandıracaqdır”.
Əqidə | Baxis: 715 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-06 | Reytinq: 5.0/1 | Serhler(0)

"Fatihə” - Allahla bəndə arasında bölünən surə

 "Fatihə” – "Həmd” surəsi Allahın Rəhim və Rəhman adı ilə başlanır. Allaha sitayiş və Onun Camal və Cəlal sifətlərini sayaraq, ibadət və duanın yolunu bizə öyrədir. Hidayətə dəvət ilə surə bitir.
Əqidə | Baxis: 751 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-06 | Reytinq: 5.0/1 | Serhler(0)

Ömrü uzun etməyin üsul və vasitələri

"Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır”. ("Nisa” 78).

Bəşərin bu düyadakı ən böyük arzularından biri - uzun ömür sürməkdir. Elə bir ömür istəyir ki, heç bir zaman sona çatmasın. Uzun illər öz arzularına çatmaq üçün çalışmaq istəyir. Uzun ömürlü olmaq - bəşər üçün bir kabusa çevrilmişdir.
Əqidə | Baxis: 682 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-06 | Reytinq: 5.0/1 | Serhler(0)

40 mövzu 40 həqiqətn (11)

15. QIRX İNCƏLİK
1-Ən vəfasız söz Kufədir.
2-Qadının ən gözəl ismət paltarı hicabdır.
3-Aclıq ağılı artırır.
4-Ən böyük dərd nadanlıqdır, tələskən və səbirsiz adam özü-özünün düşmənidir.
5-Məğlubiyyətə uğramaq qələbəyə nail olmaq üçün bir körpüdür.

Əqidə | Baxis: 632 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-04 | Reytinq: 0.0/0 | Serhler(0)

40 mövzu 40 həqiqətn (10)

14. QOHUMLUQ ƏLAQƏLƏRİ
1-Qohumluq iki növdür:
a) Nəsəbi (soy, nəsil);
b) Səbəbi.
Qan qohumluğuna nəsəbi qohumluq deyilir, məsələn ata, ana, bacı, qardaş, əmi, dayı, bibi, xala, baba, nənə və onların övladları nəsəbi qohumlardır. Səbəbi qohumluq isə evlənmək, süd vermək və s. vasitələrlə yaranır, məsələn, ərlə-arvad arasında hər iki tərəfin qohumluğu.

Əqidə | Baxis: 698 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-04 | Reytinq: 0.0/0 | Serhler(0)

40 mövzu 40 həqiqətn (9)

13. İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİ VƏ AŞURA ZİYARƏTİNİ OXUMAQ

1-Allah-taala Öz pak və müqəddəs zatına and içmişdir ki, hər kəs imam Hüseyn (ə)-ı Aşura ziyarətini – istər yaxından, istərsə də uzaqdan – oxumaqla ziyarət etsə, onun ziyarətini qəbul edəcəkdir.
2-Hər kəs onu (İmamın haqqına arif olan halda) oxusa, behiştə daxil olar.
Əqidə | Baxis: 698 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-04 | Reytinq: 0.0/0 | Serhler(0)

40 mövzu 40 həqiqətn (8)

12. YALAN DANIŞMAQ
1-Yalan danışmaq böyük günahlardandır. Allah-taalanın Qurani-kərimdə lənət etdiyi şəxslərdən biri də yalançıdır. Belə ki, "Nur” surəsinin 7-ci ayəsində buyurulur: "Əgər yalan deyirsə, Allah ona lənət etsin!”
2-İmam Rza (ə) buyurmuşdur: "Düz danışın və yalandan uzaq olun.”(Biharul-ənvar”, 78-ci cild, səh. 347.)

Əqidə | Baxis: 625 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-04 | Reytinq: 0.0/0 | Serhler(0)

40 mövzu 40 həqiqətn (7)

11. SALAVAT VƏ ONUN FƏZİLƏTİ

1-Allah-taala Qurani-kərimdə buyurur: "Həqiqətən, Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! (Siz də) Peyğəmbərə salavat göndərin, salam deyin və (onun əmrinə) tabe olun!” ("Əhzab” surəsi, 56-cı ayə. )
Əqidə | Baxis: 631 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-04 | Reytinq: 0.0/0 | Serhler(0)

40 mövzu 40 həqiqətn (6)

10. ƏXLAQ USTADIMIZIN NƏSİHƏTLƏRİ

1-Bütün işlər sənə asan olsun deyə, ölümü həmişə yad et.
2-Qeybət etmə, töhmət vurma, həsəd və paxıllıq etmə, çox danışma, gözü naməhrəmə baxmaqdan saxla, haqq sözlərə qulaq as, gecə namazını yaddan çıxartma, hər an zikrlə məşğul ol, təfəkkür et və hər gün özündən hesab çək.
Əqidə | Baxis: 805 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-04 | Reytinq: 0.0/0 | Serhler(0)

40 mövzu 40 həqiqətn (5)

9. PEYĞƏMBƏR (S)-İN ABDULLAH İBNİ MƏSUDA NƏSİHƏTLƏRİ
Abdullah ibn Məsud deyir: Günlərin birində səhabələrdən beş nəfərlə – şiddətli qıtlığa düçar olduğumuz halda, – həzrət Peyğəmbər (s)-in hüzuruna gedib, ərz etdik: "Ya Rəsuləllah! Bu qıtlıq nə vaxta qədər davam edəcəkdir?” Həzrət buyurdu:

Əqidə | Baxis: 622 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-04 | Reytinq: 0.0/0 | Serhler(0)

40 mövzu 40 həqiqətn (4)

8. İMAM ƏLİNİN (Ə) QIRX SƏHABƏSİ

O, Peyğəmbər (s)-in əmisi oğlu, imam Əli (ə)-ın səfiri, nümayəndəsi və İslam ordusunun sərkərdəsi idi. İmam Əli (ə) uşaqlıq çağlarından ona İslam maarifini öyrətməyə başladı. O, fiqh, təfsir və təvil elmlərində, hətta ənsab elmində başqalarından tam şəkildə fərqlənirdi. Peyğəmbər (s) onun haqqında belə dua etmişdi: "İlahi! Onu din alimi et və Quranın təvilini ona öyrət.”1-Abdullah ibn Abbas:
Əqidə | Baxis: 652 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-04 | Reytinq: 0.0/0 | Serhler(0)

40 mövzu 40 həqiqət (3)

4. "YEDDİ” HAQQINDA QIRX NÖQTƏ

1-Həzrət Peyğəmbər (s) yeddi şeyi tövsiyə etmişdir: 1-Müsəlman şəxsin dəfn mərasimində iştirak etməyi. 2-Xəstənin görüşünə getməyi. 3-Asqıran şəxsə afiyət (sağlam ol) deməyi. 4-Məzluma kömək etməyi. 5-Salam verməyi. 6-Dəvəti qəbul etməyi. 7-And içənin xahişini yerinə yetirməyi.("Xisal”, 2-ci cild, səh. 4. )
Əqidə | Baxis: 758 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-03 | Reytinq: 0.0/0 | Serhler(0)

40 mövzu 40 həqiqət (2)
3. AXİRƏT SƏFƏRİ

1-Əbuzər demişdir: "Ey camaat! Sizlərdən biriniz səfərə getmək istədikdə, özünüzlə kifayət qədər azuqə və yol ehtiyatı aparırsınız. Lakin bilin ki, axirət səfərinə gedəndə, azuqə aparmaq daha vacibdir.”
2-Hər gecə camaat öz yataqlarına getdikləri zaman imam Əli (ə)-ın səsi ucalardı. Belə ki, qonşuların hamısı o həzrətin səsini eşidərdilər. O həzrət buyurardı:
Əqidə | Baxis: 550 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-03 | Reytinq: 2.0/1 | Serhler(0)

40 mövzu 40 həqiqət (1)
1."QIRX” KƏLMƏSİ HAQQINDA QIRX İNÇƏLİK

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs qırx gün müddətində əməllərini ixlasla yerinə yetirsə, elm və hikmət çeşmələri onun qəlbindən dilinə cari olar.”("Səfinətul-bihar" c.2, səh.667)
Əqidə | Baxis: 721 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-03 | Reytinq: 0.0/0 | Serhler(0)

SÜNNİLӘR VӘ ŞİӘLӘRİN QUR’AN BARӘSİNDӘ GÖRÜŞLӘRİ.
Qur’an Hәzrәti Peyğәmbәr (s.ә.v.)-ә nazil olan Allahın kәlamıdır vә heç bir batil ona yol tapmamışdır. Qur’ani-Kәrim müsәlmanların әhkam, ibadәt vә e’tiqadları ilә bağlı müraciәt etdiklәri әn üstün vә mükәmmәl qaynaqdır. Hәr kim Qur’ana şәkk etsә vә yaxud onu tәhqir etsә islamdan çıxmış sayılır. Bütün müsәlmanlar Qur’anın müqәddәsliyi, hörmәti vә ona әmәl etmәk baxımından hәmfikirdirlәr.
Əqidə | Baxis: 555 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-03 | Reytinq: 0.0/0 | Serhler(0)

Şielik meqamının izahi haqqında aye ve revayetler

Hafiz Əbu Nəim İsfahani Əhməd ibn Əbdullah, üləmayi-ə’zəm, mühəddis, böyük və dəyərli əhli-sünnət mühəqqiqlərindəndir. İbn Xəllaqan «Vifyətul-ə’yan» kitabında onu belə tərif etmişdir: «O, ən böyük etibarlı hafizlərdən və ən elmli mühəddislərdəndir.
Əqidə | Baxis: 1127 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-03 | Reytinq: 0.0/0 | Serhler(0)

QURANDA ŞƏKK EDƏNLƏR HAQQINDA

Diqqət yetirmək lazımdır ki, Qurani-Kərim "şəkk edənlər” dəlil və sübut sorağında olanlar mənasında deyil. Məqsəd xəstəliklə bağlı olan şəkkə düçar olub, yəqinə çatmağı və şəkk-şübhənin aradan qalxmasını qeyri-mümkün bilən şəxslərdir. Buna əsasən, Qurani-kərimdə şəkk edənlər iki qrupa bölünür:
Əqidə | Baxis: 480 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-03 | Reytinq: 0.0/0 | Serhler(0)

QURANDA YƏQİNLİK
Predikatın predmetə isbatı, eləcə də predikatın predmetdən inkarının qeyri-mümkünlüyünə, hər iki hadisədə birinci və ikinci etiqadın aradan getməməsinə "yəqin”lik deyilir. Buna əsasən "yəqin”in dörd şərti var. Bu şərtlər daxilində güman və şəkk, hətta nadanlıq yəqinlik çərçivəsindən xaric olur. Çünki güman və şəkdə predikatın sübut olunmasında, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyündə yəqinlik mövcud deyil.
Əqidə | Baxis: 779 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-02 | Reytinq: 0.0/0 | Serhler(0)

QURANDA KÜFR
Quran baxımından kafirlərin küfrünün və Allahı inkar etmələrinin əsas səbəbi ya psixoloji çatışmamazlıq, ya da nadanlıqdır.
İmam Məhəmməd Baqirdən (ə) belə bir rəvayət nəql olunmuşdur: "İnkara səbəb olan hər şey küfrdür.”("Mizanul-hikmə”, 8-ci cild, səh. 399, hədis: 17391. )
Quran ayələri də bu həqiqəti açıqlamışdır: kafirlərin yəqinliyi yoxdur,("Tur” surəsi, ayə: 36. )
Əqidə | Baxis: 619 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-02 | Reytinq: 0.0/0 | Serhler(0)

QURANDA ŞİRK (ALLAHA ŞƏRİK QOŞMAQ)
İmam Sadiq (ə) buyurmuşdur: "Küfr (Allahın inkarı) şirkdən öndədir; çünki küfr yalnız Allaha, şirk isə Allahdan qeyrilərinə də aid edilir.”(Yenə orada, 8-ci cild, səh. 399, hədis: 17394. )
Ümumiyyətlə, Quran baxımından, şirki iki hissəyə bölmək olar: etiqadda şirk, əxlaqda şirk. Lakin incəliklərə varsaq, əxlaqi şirkin də etiqadi şirkdə sonuclandığını görəcəyik. Bu məsələ ilə əlaqədar Quran ayələri məcmusundan aşağıdakı nöqtələri aydınlaşır:
Əqidə | Baxis: 677 | Yukle: 0 | Elave etmis: Ənfal | Tarix: 2013-04-02 | Reytinq: 0.0/0 | Serhler(0)

1-50 51-62