Cümə günü, 2024-03-29, 7:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Dəstəmaz-Namaz » Dəstəmaz-Namaz

Səcdənin haqqı nədir? Həqiqi səcdə necə olur?
2013-12-16, 5:19 PM
Səcdənin haqqı nədir? Həqiqi səcdə necə olur?
 

İmam Sadiq (ə) buyurur: "Allaha and olsun, o kəs ki, səcdənin haqqını verər və həqiqi səcdə edər, heç bir zaman ziyana düşməz. Baxmayaraq ki, ömrü boyu ancaq bir dəfə bu cür səcdə edibdirsə”. (Erfan)
 
İslamda səcdənin xüsusi yeri vardır. Bütün ibadətlər içərisində səcdə kimi Allah Təalanın diqqətinə layiq ibadət olmamışdır. Allah dərgahında heç bir ibadət qəlb hüzuru ilə yerinə yetirilən səcdə qədər savaba, faydaya və mükafata layiq deyildir.
 
Bütün şərtləri ilə yerinə yetirilən, təvazökarcasına və insanın bütün varlığını özündə cəmləşdirən səcdə, bəndənin kamalından xəbər verir. Səcdə - bəndəliyin, eşq və məhəbbətin nişanəsidir. Bəndə o zaman ki, səcdəyə gedir, demək istəyir ki, heç bir şey onun üçün mühüm deyildir. Ancaq Allahı görür, Allahı istəyir və Allahı çağırır.
 
Səcdənin lüğətdəki mənası.
 
Lüğət əhli, xüsusilə də Qurani-Məcidin təfsirçiləri və hədisşünasları – Əllamə Məclisi kimi - səcdəni belə mənalandırmışdılar. Allah Təalanın müqəddəs dərgahında təvazökarlığın və ibadətin son həddi. İstər iradə ilə yerinə yetirilsin, istərsə də cəbr və məcburiyyətlə olsun. Ancaq yer üzünün haradasında olursa-olsun, bitkilər iradəsiz öz Mövlalarına səcdə edirlər. Ancaq heyvanlar bitkilərdən bir sinif üstün olduqlarından, bitkilər kimi, ancaq daha mənalı şəkildə Allah Təalaya səcdə edərlər.
İnsan kimi əql və dərrakə sahibləri bəzi orqanları onun iradəsindən asılı olmayaraq, səcdə edirlər. Buna onun dünyaya gəlməsini, qəlbinin vurmasını, qanın bədəndə dolaşmasını və ölümünü misal göstərmək olar.
 
Ancaq iradə cəhətindən iki qrupdurlar. Onların bir qrupu mələklərdir ki, başdan-ayağa xataları yoxdur və bütün varlıqları ilə Allaha səcdə edərlər. Yəni öz Mövlaları qarşısında təvazökar və ibadətin son hədindədirlər. Heç bir zaman Həzrət Haqqın əmrlərindən boyun qaçırtmırlar.
 
O biri qrup - insanlardır ki, iki tayfaya bölünürlər. Onların bir qrupu Həzrət Haqqın bəndəsi və əmrlərini yerinə yetirən, halal və haramına riayət edənlərdirlər. Bu cür insanları mömin, sadiq və saleh insanlar adlandırırlar və Quran bu cür insanları "sacidin” adlandırır.
 
İnsanların başqa bir qrupu o insanlardır ki, Həzrət Haqqa itaət etməkdən boyun qaçırdırlar. Böyük bir bədbəxtlik ilə nəfslərinin istəklərinin dalınca gedirlər.
Beləliklə, səcdə dedikdə yəni təvazökarlıq, səmimilik və Həzrət Haqqın əmrlərinə itaət etmək nəzərdə tutulur. Namazda edilən səcdə - bu mənanın kiçik formasıdır.
 
Bəli, İslamda səcdəyə xüsusi əhəmiyyət verilmişdir. İnsan əvvəlcə özünə, sonra da kainatları, yeri, göyü və onun özünü Yaradana bir nəzər salsa və bu haqda təfəkkür etsə, Həzrət Haqq qarşısında təvazökarcasına səcdə yerinə yetirəcəkdir.
 
Hədislərin birində deyilir: "Səmada bir mələk vardır və onun adı Həzqayildir. Onun on səkkiz min qüdrətli qanadları vardır. Onun bir qanadı ilə o biri qanadı arasında 500 mələk ili qədər yol vardır. Bir gün fikirləşir ki, ərşin yuxarısında görəsən nə vardır? Allah onun qanadlarının sayını iki dəfə artırır və ona uçmağı əmr edir. Mələk uçur və 20 min mələk ili qədər uçur, ancaq bir yerə gedib çatmır. Qanad və qüdrətini Allah yenə artırır. Allahın əmri ilə yenə uçmağa başlayır və 30 min mələk ili qədər yenə uçur və bir yerə çıxmır. Allah ona vəhy edir ki, əgər qiyamətə qədər bu cür uçsan, ərşin bir təbəqəsinə belə çatmayacaqsan. Qəflətən mələk fəryad çəkir: "Sübhanə Rəbbil-Əla və yəhəmdih””.
Bəli, bu cür əzəmətə və bu qədər ərşə, yeddi səmaya, milyardlarla mələyə, cinə, insana malik olan Allah qarşısında əyil və səcdə et. Səcdə etmək o deməkdir ki, ey, torpaqdan yaradılmış insan, bu torpaqdan yaradılmamışdan qabaq heyvanların ayağının altındakı xalça rolunu oynayan torpaq idin. Səcdə zamanı özünün nədən yaradıldığına diqqət et və ayıl ki, torpaqdan yaranıb, ona da qayıdacaqsan. Qiyamət günü ondan qalxacaqsan. Ona görə təkəbbürü, kibr və xudbinliyi kənara qoy. Səcdə zamanı yadına sal ki, nütfədən baqşa bir şey deyildin. O, çirkili su ki, ondan yaranmısan, bir gün heç o da yox idi və Uca Yaradanın əmri ilə yaranmışdır.
 
Mehriban Allah səcdənin mənəviyyat və həqiqətini bəndənin Allaha yaxınlaşması üçün səbəb qərar vermişdir ki, pak və saf qəlb, həsənələrə bürünmüş halda Ona tərəf yaxınlaşsın və qeyrisindən uzaqlaşsın.
 
Peyğəmbəri-Əkrəm (s) Həzrət Haqdan hədis nəql edir: "O zaman ki, Mən möminin qəlbindən xəbər tuturam və bilirəm ki, o, Mənim bəndəliyimi sevir, Mənim itaətimdə sabit və möhkəmdir, onu xəlq olmuşların nəzərində əziz və möhtərəm edirəm. Ya onun zamini olaraq, Bizə möhtac olanlara: azlara, çoxlara, varlılara və yoxsullara, dünya və axirətə onun üçün sərəncam verərəm. Hər kim namazda Məndən başqası ilə məşğul olarsa, Məni yada salmaqdan qafil olar. Sanki mənə istehza edir, ancaq bilsin ki, özünü ələ salmışdır. Mənim rəhmətimdən uzaq olmağa bais olmuşdur. Həm də bilsin ki, Mən bu cür namazın həqiqətlərindən qafil və xəbərsizin adını ziyankarların divanına yazaram. Qiyamət günü onu ziyan əhli ilə məhşur edərəm”.
 
Bəli, hər kəs istər namaz vaxtı, istərsə də ürəyindən keçən zaman təvazökarcasına və məhəbbətlə, qəlb hüzuru ilə Allaha baş əyərsə - böyük bir ibadət etmiş deməkdir və İmam Sadiqin (ə) buyurduğu kimi, bu cür insan heç bir zaman ziyana düşməz. Əksinə, Allaha yaxınlaşanlardan olar.
 
/Deyerler.org/






Category: Dəstəmaz-Namaz | Added by: Ənfal
Views: 1630 | Downloads: 0 | Comments: 8 | Rating: 5.0/1
Total comments: 8
0  
8 Günahkar-Bəndə   (2013-12-29 10:39 PM) [Daxil et]
İmam Sadiq (ə) buyurur: "Allaha and olsun, o kəs ki, səcdənin haqqını verər və həqiqi səcdə edər, heç bir zaman ziyana düşməz.

0  
7 Ənfal   (2013-12-28 7:55 AM) [Daxil et]
GADİR, Allah sizdən də razı olsun. Halaldır

0  
6 GADİR   (2013-12-26 8:25 PM) [Daxil et]
ALLAH RAZİ OLSUN !
ƏNFAL BACİ ALLAH KÖMƏYİN OLSUN !
ZƏHMƏTİNİ HALAL ED ANA !

0  
5 Ənfal   (2013-12-26 12:31 PM) [Daxil et]
http://gunahkar-bende.ucoz.org/load....1-0-475

http://gunahkar-bende.ucoz.org/load....1-0-422

http://gunahkar-bende.ucoz.org/load....1-0-414

http://gunahkar-bende.ucoz.org/load....1-0-413
http://gunahkar-bende.ucoz.org/load....1-0-412
“Hə-min Allah ki, yeri sizin üçün istirahət yeri kimi döşədi.”

الّذي جَعَلَ لَكُمُ الأرْضَ فِرَاشا

Siz insanları öz qoynuna mindirib böyük sürətlə bu fəzada fırlanan və sizin vücudunuzda azacıq titrəyiş icad etmədən hərəkət etdirən Yer, Onun böyük nemətlərindən bi-ridir.

Siz insanlara hərəkət etmək, istirahət, ev tikmək, bağ salmaq, əkin əkmək və sair həyat vasitələrini hazırlamaq icazəsi verən yerin cazibə qüvvəsi başqa bir nemətdir. Heç indiyə qədər fikirləşmisiniz ki, əgər yerin cazibə qüvvəsi olmasaydı bir göz qırpımında biz özümüz, evimiz, həyat va-sitələrimiz yerin daxili hərəkəti, öz ətrafında fırlan-ması nəticəsində yaranan mərkəzdənqaçma qüvvəsi nəticəsin-də fəzada pərakəndə halda qalardı?

Bu ayədə gətirilmiş “firaş” (istirahət yatağı) ifadə-si çox gözəl bir təbirdir. Firaş kəlməsində təkcə aram-lıq, asudəlik və istirahət mənası deyil, həm də yumşaqlıq və münasib şəkildə olmaq məfhumu da gizlənmişdir. Dör-düncü İmam Həzrəti Səccad Əli ibni Hüseyn (ə) bu ayənin təfsirində həmin məsələ haqqında buyurur: “Allah-taala yeri sizin cisminizə və təbiətinizə müvafiq, əlverişli və münasib yaratmışdır; Onu yandırıcı etməmişdir ki, siz onun həra-rətindən yanasınız. Çox da soyuq yaratmamışdır ki, donub buza dönəsiniz. Onu o qədər ətirli qərar verməmişdir ki, kəskin qoxu-su beyninizə xələl yetirsin. Çox pis iyli, üfunətli də yaratma-mışdır ki, sizin məhvinizə səbəb olsun. Su kimi yaratma-mışdır ki, onda qərq olasınız. Çox da möhkəm qərar verməmişdir ki, onun üstündə ev və məskən tikib ölülərinizi dəfn edə bilmə-yəsiniz. (Qeyd edək ki, ölülərin yer üzərində açıqlıqda qalması yüzlərlə çətinlik yaradar, xəstəlik və mikrobların yayılmasına səbəb olar.) Allah-taala bu cür yeri sizin üçün istirahətgah qərar verdi.[“Nurus-səqəleyn”, 1-ci cild səh:41]

Peyğmbər (s)-ın həyatına baxışda bu onu bildirir ki, Peyğəmbər (s) məhz namaz da dincəlirmiş. Bu da  saf imandan irəli gəlir. Məhz möminlər namaz üstə dincəldiklərini etiraf edirlər. Elmi nəzərə aldıqda məhz döşənəcək olan yerdə insanın orqanizmasına müsbət təsir edici vasitələr var.

0  
4 GADİR   (2013-12-25 9:37 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN -Ənfal bacim Allah-Təala sənin bilikni daim artirsin məndə məndə o bilikdən Tanrinin izni  ilə O nulru elmdən ibrət alim !
Peyğəmbərin (s.ə.s) ən məruf və tanınmış hədisidir: “Yer mənim üçün (məscid) səcdəgah və pakedici qərar verilmişdir!” [1] Bu hədis müxtəlif Əhli-sünnət və şiə kitablarında nəql olunmuşdur.

Peyğəmbərin (s.ə.s) buyurub; mənim söylədiklərim Qur`anla muvafiqdirsə mən onu söyləmişəm, Qur`anla müxalifdirsə mən onu deməmişəm.
Sizə söylədiyim ayəni oxumuşam həmin bu satda olan sərhlərdən (kitabin özündən) amma əuzu billahiminən şeytanir racim, tapa bilmirəm ((
Yenədə təşşəkürlər Sənə Baci Allah razi olsun, əziyyətini halal ed.

0  
3 GADİR   (2013-12-22 7:30 PM) [Daxil et]
BACİ, ALLAH SƏNDƏN RAZİ OLSUN !  
22. Həmin O Allah ki, yeri sizin üçün (sərilmiş) döşənəcək və göyü (ucaldılmış) binaetdi, göydən (yağış, qar və dolu şəklində) su endirdi və onun vasitəsilə sizin üçün meyvələrdən ruzi çıxartdı. Buna görə də, (bütlərin bu cür varlıqları yaratmaqvə ruzi vermək qüdrətinə malik olmamalarını) bilə-bilə Allaha şəriklər qoşmayın.

1. "Hə-min Allah ki, yeri sizin üçün istirahət yeri kimi döşədi.”  
BU KƏLMƏLƏRİ BİZİM PEYQƏMBƏRİN (s,ə,s)SÖZÜİLƏ BƏĞLAMAQ OLARMİ ?  NAMAZA GEDƏNDƏ  DEYƏRDİ- "GEDİM MƏNİ DİNCƏLİM"

2. BİRBAŞA TORPAĞA SƏCDƏNİ TƏSDİG EDİR AYƏ?

ALLAH RAZİ OLSUN ! SALAMUN ALEYKUM VƏ RAMƏTULLAH !

0  
2 Ənfal   (2013-12-22 2:41 PM) [Daxil et]
Aleykum salam. Bu Quranın 2-ci surəsinin 22-ci ayəsidir. Allah sizdən də razı olsun

0  
1 GADİR   (2013-12-17 10:09 AM) [Daxil et]
ALLAH RAZI OLSUN.
SALAM ALEYKUM
QUR`ANI-KƏRİMDƏ  BELƏ AYƏ VAR  BİSMİLLAHİR-RAHMANİR-RAHİM ;
 
"YERİ SİZİN ÜÇÜN SƏCDƏGAH OLARAQ SƏRDİM " TƏXMİNƏN BELƏ OLMALİDİR AYƏ
ƏNFAL BACİM, XAHİŞ EDİRƏM O AYƏNİN SİRA VƏ SURƏSİNİ MƏNƏ BİLDİRƏSİNİZ İMKAN İNİZ DAXİLİNDƏ MÜMKÜNDİRSƏ.
ALLAH RAZİ OLSUN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]