Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Ayətullah Behcətin nəzərində namazın sirləri
2013-11-28, 9:46 AM | |
Ayətullah Behcətin nəzərində namazın sirləri Namaz - insanın Allahla görüşməsinin ən ali vaxtıdır. Namaz - ruhun ləzzətidir. Qürbün mərhələləri vardır ki, onların ən alisi namazdır. Namaz mömini meraca aparar. (Tebyan) Ayətullah Behcətə (r) namazla bağlı bəzi suallar verilmiş və alim də cavab vermişdir ki, bunlara işarə edək. Sual: Qəlb hüzuru necə əldə olunar? Cavab: Əgər məqsəd qəlb hüzurudursa, nəvafil və müstəhəb ibadətlərlə hasil olar, həmçinin camaat namazı ilə. Qəlb hüzuru əldə edən zaman insan qəflətdə özünə təzyiq göstərməz və hüzur zamanı onu ixtiyarı olaraq əldən verməz. Sual: Namazda diqqətli olmaq üçün nə etməli? Cavab: Namazı islah etmək, zahiri və batini munkirlərdən islah etməyi lazımlı edir. Namazı islah etməyin yollarından biri də namaza başlayan zaman ciddi şəkildə İmam Zamana (ə.f) təvəssül etməkdir. Sual: Gecə namazı tofiqi əldə etmək üçün nə edək? Cavab: "Kəhf” surəsinin son ayələrini oxumaq və əgər əlac olmazsa, yarısını oxumaq. (gecədən əvvəl oxunmalıdır). Sual: Gecə namazına qalxmaq üçün nə edək? Cavab: Gecə namazına qalxan zaman tənbəlliyi aradan aparmaq üçün gərək qərara alasınız ki, onu qılmayan zaman qəzasını qılacaqsınız. Sual: Bəzən namazda riya edirik, əlacı nədir? Cavab: Əgər şahın və nökərin qarşısındadırsa riya etsin. Əsl meyar namazdır. Bu namaz ən ali zikrdir, ən şirin zikrdir. Hər şey namaza tabedir. Çalışaq ki, bu namazı düzəldək. O zaman ki, namaz düzələr, insan adam olar. Əgər insan bu qədər ayə və hədisə baxmayaraq yenə də onlardan bəhlənməzsə, ağlında naqislik var deməkdir. Namaz qılmaq, bunun əhli üçün halva yeməyə bənzəyər. Çünki namaz qılmaqdan yorulmaz. İmam Əli (ə) buyurur: "Bil ki, bütün əməllərin namaza tabedir”. Ancaq biz namazı elə qılırıq ki, sanki başımızın üstündə şallaq vardır. Sanki çarəsiz qalıb acı bir dərman içirik. Allah bəndələrinə minnət qoyub və əmr etmişdir ki, Onunla xəlvət saxlasınlar. Bəndə o zaman ki, Allahla xəlvət edər, Allah da onunla xəlvət edər. /Deyerler.org/ | |
Views: 1156 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1 |
Total comments: 1 | ||||||
|