Çərşənbə axşamı, 2024-04-16, 8:11 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İmam Səccadın (ə) kəramətiylə qırılan zəncirlər, istək yerinə yetirən daşlar, itaətkar dəvələr
2013-11-29, 10:27 PM
İmam Səccadın (ə) kəramətiylə qırılan zəncirlər, istək yerinə yetirən daşlar, itaətkar dəvələr

 On dörd Məsumu (ə) tanımaq - zəruri və mühüm məsələlərdəndir. Bu məsələni dərk etməkdə heç bir üzr və bəhanə qəbul olunmaz. Hər kim bu dünyadan İmamını (ə) tanımadan köçərsə, ölümü cahiliyyət dövrünün ölümü kimi olar, özü isə kafirlər və münafiqlərlə bir tutular. (Tebyan)
On dörd Məsum (ə) içərisində ən məzlumu İmam Səccad (ə) olmuşdur. O, öz gözləri ilə qardaşlarının, atasının və səhabələrin necə şəhid olduğunun və Bəni-Haşim qadınlarının necə əsir götürüldüyünün şahidi olmuş və özü də əsir olaraq, həm mənəvi və həm də cismi əziyyətlər çəkmişdi.
İbni Şəhab Zəhri nəql edir ki, Əbdülməlik Mərvan bir dəstə insanı Şamdan Mədinəyə göndərir ki, İmam Səccadı (ə) Şama aparsınlar. Onlar Həzrəti (ə) zəncirə vurmuşdular. Mən gözətçidən xahiş etdim ki, Həzrətlə (ə) görüşməyimizə icazə versin və o, da mənə bu icazəni verdi. Həzrəti (ə) zəncirə vurulmuş halda görəndə ağlamağa başladım. Dedim: "Ey kaş bu zəncirləri mənə vuraydılar. Siz də onda əziyyət çəkməzdiniz”. İmam (ə) gülümsədi və buyurdu: "Ey Zəhri! Güman edirsən ki, bu zəncirlər azadlıq deyildir? Xeyr, elə belədir”. Sonra əl və ayağını zəncirdən çıxardıb buyurdu: "Sizin başınıza belə bir şey gələn zaman Allahın əzabını yada salın. Ondan qorxun və sən əmin ol ki, mən iki gündən çox bu zəncirdə qalmayacağam”. Üçüncü gün gördüm ki, Mərvanın gözətçiləri Mədinəyə gəlib İmamı (ə) axtarırlar. Onlar deyirdilər: "Biz əyləşmişdik və İmamın (ə) əyləşdiyi yerdə zəncirləri gördük, ancaq özündən heç bir əsər yox idi”.
Bir müddətdən sonra mən Şama getmişdim. Əbdülməlik Mərvanı gördüm və məndən Həzrətin (ə) halını soruşdu. Mən gördüklərimi ona danışdım. O, mənə dedi: "Allaha and olsun ki, mənim məmurlarım onu axtaran zaman İmam (ə) mənim Şamdakı evimə gəlib mənə dedi: "Sənin mənimlə nə işin var?”. Mən dedim: "İstəyirəm ki, mənim tərəfimdə olasan”. Buyurdu: "Mən istəmirəm səninlə olam”. Bunu deyib, çıxıb getdi. Allaha and olsun ki, ondan sonra qəlbimdə bir heybət yarandı ki, xəlvətə çəkilən zaman paltarımın batdığını gördüm”. Zəhri deyir: "Mən dedim ki, İmam (ə) Allahla məşğuldur və ona pis güman bəsləmə”. O, mənə dedi: "Xoş olsun o insanın halına ki, İmam (ə) kimi məşğul olar””.
Əbu Nəmir Əli nəql edir: "İmam Səccad (ə) Şamdan Mədinəyə gedən zaman mən onunla bir yerdə idim. Yolda onunla bir yerdə gedən həyat yoldaşının ehtiramını saxlamaq üçün bir qədər arxada gedirdim. Mədinəyə çatan zaman Həzrət (ə) mənə bir qədər ipək parça və zivər verdi. Ancaq mən qəbul etmədim. Həzrət (ə) yerdən bir qara daş götürdü və öz mübarək möhürü ilə ora naxış vurdu. Sonra da mənə uzadıb buyurdu: "Bunu al və nə istəyin olsa, ondan istə”. Həzrət Muhəmmədin (s) Allahına and olsun ki, mən qaranlığa düşən zaman ondan aydınlıq istədim və o, işıq sacmağa başlamışdı. Onu qıfılın üstünə qoyan zaman açardı. Onu əlimə alıb sultanların sarayına gedən zaman onlardan heç bir pislik görməzdim”.
Ğəsvan nəql edir: "İmam Səccad (ə) Mədinədən Məkkəyə gedən zaman nökərlərinin qurduğu xeyməni gördü və buyurdu: "Niyə burada xeymə qurmusunuz? Bura Əhli-beytin (ə) dostları olan cinlərin toplaşdığı yerdir. Məbada bizlərdən onlara əziyyət dəyər”. Anidən bir səs eşitdik, ancaq danışan görünmürdü. O, deyirdi: "Ey Rəsulallahın oğlu! Sizin bu məkanda olmağınız bizim üçün sevinc və xoşhallıqdır. Ona görə xahiş edirik ki, xeymənin yerində qalmağına icazə verəsiniz. Bizim hədiyyəmizi qəbul edib, ondan yeyin”. Bu zaman iki boşqab təzə üzüm və nar meyvələri peyda oldu. İmam (ə) və onunla bir yerdə olan səhabələri bu meyvələrdən yedilər”.
İmam Sadiq (ə) nəql edir: "İmam Səccad (ə) vəfat gecəsi oğlu İmam Baqirə (ə) buyurur: "Oğlum! Dəstəmaz almaq üçün mənə su gətir”. İmam Baqir (ə) buyurur: "Mən ayağa qalxdım və su gətirdim”. İmam (ə) buyurdu: "Mən bu suyu istəmirəm, orada meyit vardır”. Bayıra çıxdım və çırağın işığında suya baxıb gördüm ki, içində bir siçan ölmüşdür. Başqa bir su gətirdim. Həzrət (ə) buyurdu: "Oğlum! Bu, o gecədir ki, mənə vəfat vədəsini veriblər”. Öz dəvəsinin otuna nəzarət etməyi tapşırdı. İmamın (ə) vəfatından sonra dəvəni yedizdirdilər və o, bayıra çıxıb İmamın (ə) qəbrinin üstünə getdi. Başını qəbrə vurub gözündən yaş axıtdı. İmam Baqirə (ə) xəbər verdilər. O, gəlir və dəvəyə buyurur: "Sakit ol, indi qalx. Allah səndə bərəkət qərar vermişdir”. O gündən sonra dəvə bir daha taqətsizlik etmədi. İmam Baqir (ə) buyurur: "Atam ona minər və Məkkəyə gedərdi. Şallağını yükünə bağlayardı və Mədinəyə qayadana qədər onu vurmazdı”.
İmam Baqir (ə) nəql edir: "İmam Səccadın (ə) bir dəvəsi var idi ki, onunla 22 dəfə həccə getmişdi. Onu heç bir zaman vurmazdı. İmam (ə) vəfat edəndən sonra o, qəbrin üstünə gedib və nökərlərin dediyinə görə qəbrin üstündə oturub başını qəbrə vuraraq səs çıxardırmış. Halbuki, bu dəvə həmin qəbri heç bir zaman görməmişdi”.
 
/Deyerler.org/
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 838 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]