Xoş əxlaqa malik olmaq insanı sağlam edər və ruzini artırar - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə günü, 2016-12-09, 0:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Xoş əxlaqa malik olmaq insanı sağlam edər və ruzini artırar
2013-11-29, 10:32 PM
Xoş əxlaqa malik olmaq insanı sağlam edər və ruzini artırar

Xoş əxlaqa malik olan insanın sağlam bədəni, güclü ruhiyyəsi və gözəl həyatı vardır. O, həyatında səadətə nail olmaq qabiliyyətinə malikdir. (Tebyan)
Xoş əxlaqa malik olmaq dindarlığın açar ünsürü və insan müvəffəqiyyətinin mühüm amilidir. Peyğəmbərin (s) ən mühüm xüsusiyyəti - üstün əxlaqı idi. Quran da bunu təsdiq edir: "Həqiqətən, sən böyük əxlaqa maliksən”. Quran Peyğəmbərin (s) bu gözəl xüsusiyyətini bəyənir və buyurur ki, əgər Peyğəmbər (s) tündxasiyyət olsaydı, onun ətrafındakı insanlar dağılardı. Peyğəmbərimiz (s) öz risalətinin hədəfini əxlaqını kamilləşdirməkdə görürdü. O, buyurur: "İslam - həmin  gözəl əxlaqdır”. Həzrət (s) bəzi hədislərdə gözəl əxlaqı dinin yarısı hesab etmişdir.
Hər bir kəs xoş əxlaqa malik olaraq, çox sayda müsbət güc əldə edə bilər. Başqalarına da müsbət təsir qoya bilər. Özünün və başqalarının bir çox çətinliklərini həll edə bilər. Xoş əxlaqa malik olmaq enerji təmin etməyin böyük mənbəyi, insan həyatındakı sevinc bulağıdır.
Kobud, əsəbi və tünd xasiyyət olmaq insanda həm ruhi və həm də cismi xəstəliklər yaradar.
Xoş əxlaqa malik olmaq çox sayda müsbət təsirlər qoya bilir.
1. Ruzini artırar.
Xoş əxlaqlı insan daha çox ruzi əldə etmək qabiliyyətinə malikdir. Siz eviniz üçün nəyisə almaq istəyəndə kimdən alarsınız? Heç kimin tünd xasiyyətli insandan xoşu gəlmir. Əgər bir məhəllədə iki meyvə dükanı olarsa, birinin satıcısı xoş əxlaqlı və o biri isə tünd xasiyyətli insan olarsa, şübhəsiz xoş əxlaqlı insanın müştərisi çox olar. Xoş əxlaqlı bir insanın işə düzəlmək şansı daha çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: "Allah insana xoş əxlaq, Allah yolunda cihad etmək savabını verər, mehribanlıq, xoş xasiyyət mübarək (neməti cəlb edər) və pis xasiyyətli olmaq xəcalətvericidir”.
İmam Sadiq (ə) buyurur: "Xoş əxlaq ruzini artırar”.
2. Dostluq əlaqələrini gücləndirər.
İnsan xoş əxlaqa malik olmaqla çox sayda dost qazana bilər. Xoş əxlaq dostluq əlaqələni möhkəmləndirər. Dost əldə emtəyin ən mühüm amillərindən biri də xoş əxlaqdır. Siz pis xasiyyətli biri ilə heç dost olmaq istəyirsinizmi? Pis xasiyyətli insanların dostları da az olur. Ancaq xoş əxlaqlı insanların dostluq rabitələri çox və davamlıdır. Bəzi insanlar giley edirlər ki, özlərinə dost tapa bilmirlər. Ya da dostlarını hifz edə bilmirlər. Yaxşı olar ki, bu insanlar suallarına cavabı əxlaqlarında axtarsınlar. Peyğəmbərimiz (s) buyurur: "O kəsin ki, əxlaqı yaxşıdır, dostları çox olar. İnsanlar onunla ünsiyyət bağlayar və xoş əxlaq dostluq və əlaqəyə gətirib çıxarar. Kin və küdurəti aradan aparar. Öz ağzındakı tikəni götürər, Allah yolunda infaq edər”.
Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əbdul Müttəlibin övladları! Siz öz mallarınızla insanları cəlb edə bilməzsiniz. İndi xoş üzlə onları özünüzə yaxınlaşdırın”.
İmam Əli (ə) buyurur: "Xoş üzlü olmaq - məhəbbətin ovçusudur. Xoş əxlaqlı olmaq kimi heç bir şey insanı bir-birinə yaxınlaşdırmaz”.
3. Sağlamlığı və səadəti gücləndirər.
Xoş əxlaqlı insan - sağlam bir insandır və o, həyatda səadətə çatmaq istedadına malikdir. Xoş əxlaqlı insanın çətinlikləri də az olar. Həyat yolu onun üçün asan olar. Təbiidir ki, cəmiyyətdə abadlıq və rifah yaratmaq da bu cür səmimi hissləri olan insanların rabitəsindən irəli gəlir. Uzun ömürlü insanlar da rahat bir fikrə, gözəl xəyala malikdirlər. Onlar yoxsulluqla mübarizə aparır və ictimai rabitələrin yaradılmasında həmkarlıq göstərirlər. Bütün bunlar xoş əxlaqın sayəsində həyata keçir. Ancaq əsəbi və kobud bir insan həm özü və həm də başqaları üçün zərərli biridir. O cür insanların daima qan təzyiqləri oynayır, qanları qaynayır, ürəkləri tez-tez vurur. Bütün bunlar o insanların gözlərindən aydın görünür. Bu cür insanlar arasında ürək infarktı və insult xəstəlikləri geniş yayılmışdır.
Ona görə də həqiqi müsəlman olmaq üçün əxlaqımızı islah etməli və xoş xasiyyət olmalıyıq.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 343 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]