Övladlarımıza bəslədiyimiz məhəbbətdə ifrat və təfrit etməməliyik - Uşaq - Qadın - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Uşaq

Övladlarımıza bəslədiyimiz məhəbbətdə ifrat və təfrit etməməliyik
2014-01-01, 8:47 AM
Övladlarımıza bəslədiyimiz məhəbbətdə ifrat və təfrit etməməliyik

Övladlarımıza məhəbbət göstərmək - mühüm və həssas mövzulardan biridir. Bu sevgi uşağın şəxsiyyətinin formalaşmasına böyük təsir qoyur. Valideynlərin bir çoxu bu məsələ haqqında lazımlı məlumata malik olmadıqlarından övladlarına qarşı məhəbbətdə ya ifrat edirlər, ya da təfrit. (Tebyan)
Bir çox valideynlər övladları ilə münasibətdə məhəbbətlə rəftar etmirlər. Bu məsələnin səbəbləri çox ola bilər. Valideynin ictimai və şəxsi mövqeyi ailədə qeyri-münasib şərait yarada bilər. Bu da valideyn ilə övlad arasında olan sevgi bağlarını zəiflədər. Bəziləri isə məhəbbət haqqında yanlış təfəkkürə malik olduqları üçün belə fikirləşirlər ki, bütün güclərini övladlarının istəklərini yerinə yetirməyə sərf etməlidirlər. Bu hərəkətin nəticəsi heç də yaxşı olmur. Təbiidir ki, sevgi hər bir uşağın istədiyi bir ehtiyacdır. Bu yolla uşaq parlaq gələcəyə gözlərini inamla açar və yaşamaq sevinci qəlbində dirçələr. Məhəbbət uşaq üçün su kimidir, uşağın ona ehtiyacı suya olan ehtiyacı kimidir. Bəli, bunu qəbul etməliyik ki, uşaqlarımıza göstərdiyimiz məhəbbət onların gələcək talelərini həll edir. Ona görə də bu haqda Peyğəmbərimizdən (s) və İmamlarımızdan (ə) çox sayda hədis nəql edilmişdir. Hədislərdə oxuyuruq ki, valideynlər övladlarını çoxlu öpməli və onlara mehribanlıq göstərməlidirlər. Hər bir öpüşə görə valideyn üçün behiştdə müəyyən məqam müəyyən edilmişdir.
Həzrət Peyğəmbər (s) buyurur: "Böyüklərinizə ehtiram göstərin, övladlarınıza qarşı rəhimli olun və məhəbbət bəsləyin”.
Həzrət (s) başqa yerdə buyurur: "O kəs ki, övladını öpər, əməl dəftərinə həsənə yazılar, o kəs ki, övladını şad edər, Allah da onu Qiyamət günü sevindirər”.
Beləliklə, bu nəticəyə gəlirik ki, övladlarımıza məhəbbət göstərməyimiz zəruridir. Bəs bu sevgi olmasa necə olar?
Əgər uşaqlara kifayət qədər sevgi bəslənməzsə, uşaqda bir çox problemlər yaranacaqdır. Bunlardan iştahasızlığa, yuxusuzluğa, qışqırmağa, yatan zaman bağırmalara, yataqdan qalxıb yerimələrə işarə etmək olar. O uşaq ki, valideyni tərəfindən sevgi görmür, daima həssas və əsəbidir. Başqalarına qarşı rəhmli və şəfqətli deyildir. Bu uşağın hissləri yanlış yolda irəliləyir. Bu cür uşaqlar ancaq öz istəklərini düşünürlər. Bu tərbiyəni görən uşaq hər bir sevgi qarşısında təslim olar. Ona görə də bir çox qızlar və oğlanlar yeniyetmə yaşlarında əxlaq və ictimai baxımdan zərər görürlər.
Uşaq yaşlarından sevgiyə möhtac qalan insanlar böyüyən zaman ruhi və psixoloji problemlərlə üzləşirlər. Onlar həmişə qəmgin, bədbin, iztirab içində olurlar.
Onu qeyd etmək lazımdır ki, övlada məhəbbətdə iftar etmək də bir çox problemlər yaradır. Bunlardan biri ərköyün olmaqdır. O uşaqlar ki, həddən artıq valideyn sevgisi görürlər, özündən razı və ərköyün olurlar. Bu cür uşaqlar böyüyən zaman həyat çətinlikləri ilə üzləşən zaman özlərini bədbəxt hiss edirlər. Ona görə də qeyri-adi əməllərə əl atırlar. Həyat çətinlikləri bu cür uşaqlara böyük müsibət kimi görünür və onları ruhi xəstəliklərə düçar edir. Bu cür uşaqlar böyüyən zaman problemlərlə rastlaşan zaman onu həll edə bilməyəndə dərin psixoloji sarsıntılara düçar olurlar. Bu cür uşaqlar ata və analarını öz istəklərinə təslim etdikləri üçün ruhiyyələri zəif olur, çox tez küsürlər.
Ona görə də uşaq tərbiyəsi zamanı sevgi məsələlərinə xüsusi diqqət etmək lazımdır. Nə ifrat etmək lazımdır, nə də təfrit. İmam Baqir (ə) buyurur: "Ən pis ata o kəsdir ki, övladına qarşı məhəbbət və yaxşılıqda həddini aşar və ifrat edər”.
Odur ki, uşağa məhəbbətdə nə ifrat edək, nə də təfrit.
 
/Deyerler.org/

Category: Uşaq | Added by: Ənfal
Views: 311 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]