Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
İnsanların 3 qrupu. Allahın sevdiyi qrupa necə daxil olmaq olar?
2013-12-13, 10:04 PM | |
İnsanların 3 qrupu. Allahın sevdiyi qrupa necə daxil olmaq olar? İnsanlar neçə qrupa bölünürlər? Şərti olaraq, insanları üç qrupa bölmək olar: 1. Nə imanları var və nə də əməlləri. 2. İman və əməlləri naqisdir. 3. Həm imanları vardır və həm də əməlləri. İndi bu qruplara ayrı-ayrılıqda nəzər yetirək. Nə imanları var və nə də əməlləri. Bu, o insanlardır ki, səadət və xoşbəxtliyi sevirlər, onlar ancaq arzu edirlər. Öz məqsədlərinə çatmaq üçün heç bir səy göstərmirlər. Onların haqqı eşitməyə taqətləri yoxdur. Onlar həyatda gəzməyi və əylənməyi sevirlər, çalışmaq onlar üçün uzaq bir şeydir. Hələ ki, cavandırlar, həyatdan daha çoz ləzzət almağa çalışırlar. Qocalan zaman isə cavanlıqlarının həsrətini çəkirlər. Ətrafımıza diqqətlə baxsaq, bu cür insanlardan nümunələri görə bilərik. Onların həyatda hədəfləri olmur və onları maraqlandıran şey ancaq ləzzət almaq və əylənməkdir. Bu haqda İmam Əli (ə) buyurur: "Arzuları yavaş-yavaş xəyala çevrilər və bu qrupun nə imanı var və nə də əməli”. İmanı və əməli naqis olan insanlar. Bu insanalr da səadət və xoşbəxtliyi sevən insanlardır. Bu insanlar səy göstərirlər, ancaq səyləri naqis olur. Bu cür insanlar da heç bir zaman hədəflərinə çata bilmirlər. Bu insanlar həyatda proqramsız iş görürlər. Namazlarını qəzaya verirlər. Dini vacibatlarına görə ləngiyirlər, sanki özlərini aldadırlar. Onlar nəinki dində, hətta dünya işlərində də nailiyyət qazanmırlar. Dərs oxumağa gücləri yoxdur. Onlar bir gün çox zirək olurlar, ancaq o biri günü sanki hissləri yoxdur. Həkim yanına gedən xəstəyə bənzəyirlər. Həkim onlara resept yazır, onlara dərmanlar yazır və ondan istəyir ki, dərmanları vaxtında qəbul etsin. Ancaq xəstə bu dərmanları içməyə heç bir diqqət göstərmir. Ona görə də müalicə olunmur. Yenə həmin həkimin yanına gedəndə həkim soruşur ki, dərmanları içmisən? Yalandan deyir ki, bəli. İndi baxın görün bu xəstə kimə yalan deyir, həkimə yoxsa özünə? Həm imanları vardır və həm də əməlləri. Bu, o kəslərdir ki, İmam Əli (ə) onları mömin (muttəqin) adlandırmışdır. Bu insanlar hədəflərinə çatmaq üçün dağları da yerindən oynadırlar. Əməlləri kamildir və proqramlı iş görürlər. Qələbə nəhayətdə onların olur. Onlar öz hədəflərinə yüz faiz çatan insanlardır. Möminlərin "Nəhcul-bəlağə”dəki xüsusiyyətləri. 1. Danışıqları gözəldir. Onlar düz və gözəl danışırlar. 2. Geyimləri təmkinli geyimlərdir. 3. Təvazökarcasına yol gedərlər. "Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən”. ("İsra” 37). İmam Sadiq (ə) buyurur: "Allahın Həzrət Davuda vəhy etdikləri içində bu sözlər də vardı: "Allaha yaxın insanlar - təvazökar insanlardır və uzaq olanları - təkəbbürlü olanlarıdır””. 4. Haramdan gözlərini bağlayarlar. Gözlərini Allahın haram buyurduqlarına bağlayarlar, nəzərlərini aşağı salarlar. "Mömin kişilərə de ki, gözlərini yumsunlar”. ("Nur” 30). 5. Qulaqları elmə vəqf edilmişdir. 6. Çətinlikdə və rahatlıqda - eynidirlər. Təqva əhli çətinliyə düşən zaman rahatlıqda olduqları kimi olurlar. 7. Allahla görüşün intizarındadırlar. Həyat cığırında hamı müvəfəqiyyət qazanmır, baxmayarq ki, hamı bunu xoşlayır. Onlar müvəfəqiyyət qazanmaq üçün ağır ödəniş etməyə hazırdırlar. Ancaq müvəffəq insanların sayı barmaqların sayı qədərdir. İnsanlar çətinlik, zəiflik və mətanət göstərmədikləri üçün yarı yolda qalırlar. Bəs necə edək ki, İmamın (ə) buyurduğu həmin insanlardan olaq? Allahın sevdiyi bu qrupa necə daxil olaq? İmam (ə) bunun yolunu Quranda görür. Çünki Quran bizim hidayət kitabımızdır və bizə yol göstərən bir nurdur. Əgər Quran olmasaydı, biz nə edəcəyimizi bilməyəcəkdik. Ancaq Quran gəldi və bizə müvəffəqiyyəti necə qazana biləcəyimizi göstərdi və göstərməkdədir də. Əgər Quranı həyat proqramımız qərar versək, şübhəsiz ki, qələbə çalanlardan olarıq. (Tebyan) /Deyerler.org/ | |
Views: 1010 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |