Cümə günü, 2024-04-26, 1:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allah yanında ən hörmətli insan kimdir?
2013-12-22, 2:07 PM
Allah yanında ən hörmətli insan kimdir?

"Təqvalı olun ki, bəlkə nicat tapasınız”. ("Bəqərə” 189). Nicat yolu dörd həqiqətlə olur: zillətsiz izzət, cəhalətsiz elm, yoxsulluq olmayan sərvət, ölüm olmayan həyat. Bütün bunların hamısı təqvalı qəlbdən çıxar. (Erfan)
"Bilin ki, Allah təqvalılarladır”. ("Bəqərə” 194). "Kim öz əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz ki, Allah da təqvalıları sevər”. ("Ali-İmran” 76).
Allah bu ayələrdə buyurur ki, əgər Mənim nemətlərimə şükür etmək istəyirsinizsə, təqvalı olun. Hər kimin ki, təqvası var, o, şükür edəndir.
"Təqvalı olanlar üçün böyük bir mükafat vardır”. ("Ali-İmran” 172).
Həzrət Peyğəmbərdən (s) soruşurlar ki, onlar məhşərə daxil olacaqlar? Qəbirdən çıxandan sonra behiştə gedəcəklər? Allah onları nə qədər vaxt gözlədəcəkdir? Deyirlər: "Ya Rəsulalah! Allah Quranda buyurur: "Qiyamətin bir günü bu dünyanın 50 ilinə bərabərdir”. Əgər təqva əhli Qiyamətdə iki gün qalsa, onda yüz il qalmış olarlar. Həzrət Peyğəmbər (s) buyurur: "Bütün iman əhli o zaman ki, məhşərə daxil olacaqlar, qəbirdən çıxmaqlarından tutmuş behiştə daxil olmaqları, dünyada olan vacib namazların vaxtından da az müddət çəkəcəkdir”.
Quran buyurur: "Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir”. ("Maidə” 27).
Qiyamət günü təqva əhlinin əməl dəftəri açılmaz, çünki Allah təqva əhlini hesaba çəkməz. Çünki hansı əməlin hesabını çəksin ki? Haram malınmı? İnsanların malını yeməyinmi? Təqva əhli Allahın rəfiqidirlər. Onların yeri ancaq behiştdir. Allah buyurur ki, təqva əhli olun ki, həyatınızın düyünlərini açım, günahlarınızı bağışlayım və məğfirətimdə qərq edim. Təqva əhlinin mükafatı həm bu dünyada onlara çatar, həm də axirətdə. Allah buyurar: "Allah təqvalıların yar və yavəridir”. ("Casiyə”19). Allah belə buyurar ki, təqva əhlinin bütün işi Mənim əlimdədir, həm həyatları, həm qəbirləri və həm də ölümləri. Həzrət Peyğəmbər (s) buyurar: "O zaman ki, təqva əhlini və mömini qəbrə qoyarlar, kəfənin bağını açarlar. Üzünü torpağa vurarlar. Qəbrin qapısını bağlayanda hamı qayıdar. Cəbrayil (ə) qalxar və deyər: "İlahi! Bəndəni tək qoyub, getdilər. Nə etmək istəyirsən? Ərz edər: İcazə ver gedim və onu tənhalıqdan qurtarım?”. Allah buyurar: "İcazə vermirəm”. Deyər: "Baş üstə. Mən sənin əmrinə tabeyəm”.
Mikayil (ə) qalxar: "İlahi!”. Allah Təala buyurar: "Nə istəyirsən?”. Deyər: "Bəndən”. Allah Təala buyurar: "İcazə vermirəm”. İsrafil (ə) qalxar. Deyər: "İlahi!”. Xitab gələr: "Hər üçünüz baxın”. Allah həmin qəbrə diqqət yetirər və buyurar: "Mənim bəndəm. Hamı getdi və indi Mənim növbəmdir. Mən səninləyəm, qorxma. Dəhşətə gəlmə”.
Belə nəql edilir: "Bir gün mən otağımda idim və ev əhlindən kimsə ölürdü, hava çox soyuq idi. O qədər qar yağmışdı ki, dizə qədər qalxmışdı. Gecə birin yarısı keçindi. Uşaqları dedilər: İndi heç kimə deməyək, səhər saat 8 olsun, hava işıqlaşsın, sonra. Sübh azanı verildi. Küçədə heç kim yol gedə bilmirdi. Abdullah adında bir hacımız var idi. Əbasını geyinib, gəldi və qapını döydü. Ev əhli namaza hazırlaşırdı. Dedilər ki, bu qaranlıqda kimdir gələn? Ev əhinin biri gedib qapını açdı. Dedi: "Buyurun, nə yaxşı gəlmisiniz?”. Dedi: "Heç qəribə deyil. Mən gecə namazından əvvəl yatmışdım, gördüm ki, gəlib buradan keçirəm. Peyğəmbər (s) və İmamlar (ə) bu divara söykənmişdilər. Çox təəcüb etdim. Salam verdim və dedim: "Ya Rəsulallah! Burada nə edirsiniz?”. Buyurdu: "Filankəs ölüb, gəlmişik cənazısini aparaq”.
Budur təqva əhli. Məğər onlar təkdirlərmi? Xeyr. Çünki Allah onlarladır. Allah buyurar: "Həqiqətən, sizin Allah yanında ən hörmətliniz - sizin ən təqvalı olanlarınızdır”. ("Hucurat” 13). Allah bizləri də təqva əhlindən qərar versin. İnşaallah!
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 973 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0  
2 GADİR   (2013-12-30 7:31 AM) [Daxil et]
AMİN ! ƏLHƏMDULİLLAH !
ALLAH RAZİ OLSUN !

0  
1 Günahkar-Bəndə   (2013-12-29 10:36 PM) [Daxil et]
Qiyamət günü təqva əhlinin əməl dəftəri açılmaz, çünki Allah təqva əhlini hesaba çəkməz.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]