Bazar günü, 2024-12-22, 9:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2013 » Noyabr » 13

İnsan - Quranın buyurduğu kimi, İlahi əmanətdir. O, Allahın gözəl adlarını bilir, hidayət oluna bilir və kəramətə malikdir. "Və bütün adları Adəmə öyrətdi (dünyanın bütün varlıqlarının nəsli kəsilənədək adlarını bir dildə və ya bəşəriyyətin gələcəkdə olacaq bütün dillərində və yaxud bütün ad sahiblərinin həqiqətlərini, xüsusiyyətlərini və nişanələrini ona öyrətdi). 
Kateqoriya: Müxtəlif | 697 | Elave etdi: Ənfal | Tarix: 2013-11-13


Şeytan o kəsdir ki, insanı günah işlətməyə vadar edir, insanı ruhi cəhətdən xəstə edir. Allah insanı yaradan zaman Öz İlahi ruhundan ona üfürmüşdür. Sonra əmr edir ki, bütün mələklər ona səcdə etsinlər. Bu zaman İblis (lən) insanı səcdə edilməyə layiqli bilmədiyi üçün İlahi əmrdən boyun qaçırdır. Bu itaətsizliyinə görə də İlahi dərgahdan qovulur. (Tebyan)
Kateqoriya: Müxtəlif | 738 | Elave etdi: Ənfal | Tarix: 2013-11-13


Əba Abdullah (ə) əzadarlığı Həzrət Adəmlə (ə) Həvvanın (ə) xəlq olunduğu günə və hətta ondan da əvvələ təsadüf edir. O zaman ki, Cəbrayil (ə) Allahın tərəfindən ona varlıq aləminin ən gözəl adlarını öyrədirdi.
Kateqoriya: Müxtəlif | 653 | Elave etdi: Ənfal | Tarix: 2013-11-13


Lənət haqqında demək olar ki, mənası İlahi lütfdən uzaq olmaqdır. Quranda kafirlər və zalımlar da lənət olunmuşdular. Belə ki, Quran buyurur: "Allah kafirlərə lənət etmiş (axirətdə Öz rəhmətlərindən uzaqlaşdırmış) və onlar üçün yanar od hazırlamışdır”. ("Əhzab” 64).
Kateqoriya: Müxtəlif | 638 | Elave etdi: Ənfal | Tarix: 2013-11-13


İblis lənətliyin bu dünyada gördüyü ilk iş - insanı üsyana və itaətsizliyə təşviq etməkdir. Ancaq əgər insan onun bu dəvətini qəbul etməsə, şeytan heç bir zaman ona hakim ola bilməz.(Tebyan saytına istinadən)
Kateqoriya: Müxtəlif | 680 | Elave etdi: Ənfal | Tarix: 2013-11-13


"Odur ki, ölçü və tərəzini düz edin, camaatın malından kəsməyin və yer üzü (peyğəmbərlərin dəvəti və səmavi şəriətlər vasitəsilə) düzəldikdən sonra onda fitnə–fəsad törətməyin. Əgər imanınız varsa, bunlar sizin üçün daha yaxşıdır”. 
Kateqoriya: Müxtəlif | 731 | Elave etdi: Ənfal | Tarix: 2013-11-13


Dini kitablar, əxlaq dərsləri Allaha yaxınlaşmağın yolunu namazda, orucda, həcdə, əmr-be-mərufda, xümsdə, zəkatda və bu kimi görürlər. Şübhəsiz ki, bütün bu ibadətlər Allahla rabitədə və insanın özünü islah etməsində çox dəyərli fenomenlərdir. 
Kateqoriya: Müxtəlif | 627 | Elave etdi: Ənfal | Tarix: 2013-11-13


 Tövbə - Allahın lütf və inayətidir ki, insanlara əta etmişdir. Həqiqi tövbə günahın bütün ziyanlarını və aqibət cəzasını aradan aparar. Günah sanki bataqlıqdır ki, insan hər nə qədər ona batarsa, daha dərinliklərə çəkilər. 
Kateqoriya: Müxtəlif | 699 | Elave etdi: Ənfal | Tarix: 2013-11-13