Bazar günü, 2024-12-22, 5:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Allahla dost olmağın 20 əməli yolu
2013-11-07, 7:00 AM
Allahla dost olmağın 20 əməli yolu
 
 
Dini kitablar, əxlaq dərsləri Allaha yaxınlaşmağın yolunu namazda, orucda, həcdə, əmr-be-mərufda, xümsdə, zəkatda və bu kimi görürlər. Şübhəsiz ki, bütün bu ibadətlər Allahla rabitədə və insanın özünü islah etməsində çox dəyərli fenomenlərdir. Onlardan birini tərk etmək Allahla rabitədə, ruh və psixologiyada çətinliklər yaradar. Ancaq bəzi ibadətlər də vardır ki, çoxlarımız ondan qafilik. Onlara işarə edək.
1. Gündəlik işlərinizi görən zaman: zavodda işləyən zaman, maşın sürən zaman, tıxaclarda qalan zaman, ev yığışdıran, qab yuyan, paltar ütüləyən zaman... Allahı zikr edin. Bunu nəzərə alın ki, Allahla bağlı olan hər bir iş - ibadətdir. Bütün bunların hamısı sizə müsbət enerji verəcəkdir.
2. Hər gün bir neçə dəqiqənizi ayırın və sükut içində, xəlvətdə əyləşin. Malik olduğunuz nemətlər haqqında düşünün. Sənətiniz, övladınız, işiniz, həyat yoldaşınız haqqında düşünün. Allaha verdiyi bütün bu nemətlərə görə təşəkkür edin. Şakir olduğunuz üçün sevinin və bu, Allahla qurduğunuz ən yaxşı rabitədir.
3. Əslində xoşlamadığınız və onu görən zaman yorulduğunuz işi görməyə çalışın. Nənənizin yorucu nəsihətlərinə qulaq asmaq, ev işlərində həyat yoldaşınıza yardım etmək kimi. Bu zaman narazılıq yerinə Allaha təşəkkür edin və səbirli olun. Bu zaman nəfsinizə hakim olmağı təmrin edər və ətrafdakıların qəlbini əldə etmiş olarsınız. Həm səbir etdiyiniz üçün, həm də şükür etdiyiniz üçün savaba malik olarsınız.
4. Ailə albomunuzu açın və yaxın qohumlarınızın, dostlarınız, ailə üzvlərinizin şəkillərinə baxın. Onların haqqında Allahla söhbət edin. Allaha deyin: "Allahım! Anamı şad et və ona can sağlığı ver! Dostumu dərsində müvəffəq et. Bacıma övlad tərbiyəsində tofiq əta et. Xalama şəfa ver. Qardaşıma layiqli həyat yoldaşı nəsib et”. Bu yolla Allahla rabitə qurmağa çalışın.
5. Sökülmüş binalara diqqətlə baxın və yada salın ki, rabitələri xarab etmək nə qədər asandır. Allahdan istəyin ki, başqaları ilə rabitələrinizin islah olmasında sizə yardım etsin. Əgər kiminsə qəlbini sındırmısınızsa, əgər yersiz tənqid etmisinizsə, Allahdan güc istəyin ki, bütün bunları aradan qaldıra biləsiniz.
6. Əzizinizi görməyə gedən zaman valideyninizi, övladınızı, səmimi dostlarınızı Allaha bu səmimi rabitələr üçün təşəkkür edin.
7. Keçmişin acı xatirələrini yada salın. Onların hamısının keçici olduğuna və sizə təcrübə qazandırdığına diqqət edin və Allaha təşəkkür edin. Çünki Allah sizi heç bir zaman tək buraxmamışdır.
8. Özünüzün səhvlərinizi, xatalarınızı bir vərəqə yazın. Təqsirkar axtarmayın. Özünüzü təqsirkar bilin. Sonra kağızı yandırın və basdırın. Allahdan sizi bağışlamısını istəyin. Ondan istəyin ki, sizə onları bir daha təkrar etməmək üçün güc versin.
9. Əgər kimsə sizə müjdə versə və ya hədiyyə alsa, ona nə qədər təşəkkür edərsiniz? Əlbəttə də ki, çox. Hər gün Allah sizə o qədər nemət verir və bu əlaqəni Allaha qarşı da hiss edin. Çünki Allah sizə elə şeylər vermişdir ki, başqaları onu verməkdən acizdirlər. Hər gün yuxudan ayılan zaman Allaha təşəkkür edin ki, hələ də sağsınız.
10. Hər şey məhv olmağına baxmayaraq, sizin hələ də gələcəyiniz vardır və bu gələcəyə görə Allaha təşəkkür edin.
11. Günah məclisində iştirak etməmək, orada olub günah etməməkdən daha asandır. Ona görə də rahat olanını seçin. İradənizin güclü olmasına görə sevinin. Allaha təşəkkür edin ki, sizə bu tofiqi vermişdir.
12. Allaha deyil, döydüyünüz başqa qapılara görə Allahdan üzr istəyin. Sonra Ondan istəyin ki, sizə yalnız Onun qapısını döyməkdən yardım etsin.
13. Çox danışmayın ki, Allahla danışmağa fürsətiniz qalsın. Çox danışan insanlar həmişə nigaran və natahatdırlar ki, nə deyiblər, kiminlə nə danışıblar? Ancaq əksinə, Allahla edilən hər bir söhbət insanı şad və sevincli edər.
14. Gözləntiniz olmadan və çox da xoşlamadığınız insana hədiyyə verin. Allaha heç bir gözləntisi olmadan sizə verdiyi bu qədər nemətə görə təşəkkür edin. Bəzən siz hiss edirsiniz ki, Allahla dostluğunuz pozulmuşdur, ancaq O, yenə də sizə nemət verməkdədir. Buna görə də təşəkkür edin.
15. Bir xəstəliyinizi müalicə etmək üçün tibb müəssisəsinə gedən zaman növbəyə yazılırsınız və bu zaman ətrafınızdakılara baxmaq yerinə, Allahla söhbət edin. Həmişə xəstə olmadığınız üçün Ona təşəkkür edin.
16. Bəzən bir idarə müdiri ilə görüşmək üçün növbəyə yazılmaq lazım olur və çox sayda maneələri keçərək onun kabinetinə gedib çıxa bilirsiniz. Ancaq Allahla istədiyiniz vaxt və istədiyiniz qədər söhbət edir və ehtiyaclarınızı Ona bildirə bilirsiniz. Bu nemətə görə də Ona təşəkkür edin.
17. Yatan zaman "Tövhid”, "Nas”, "Fələq” surələrini oxuyun. Əgər dəstəmazlı və üzü qibləyə yatsanız, Allahla rabitədə olacaqsınız.
18. Bu gün qərara alın ki, yatan zaman müsbət hərəkətlər edəcək və müsbət danışacaqsınız. Başqalarının yaxşı cəhətlərini görməyə çalışın. Nə qədər zahirən gözəl olmasına və nə qədər yaxşı sürücülük etdiyinə diqqət edin. Allahla da müsbət sözlər danışın. Allahın sizə verdiyi nemətlər haqqında danışın və təşəkkür edin.
19. Allaha bu qədər yaxşı ata və anaya, övlada və həyat yoldaşına malik olduğunuz üçün təşəkkür edin. Bunu bilin ki, Allah sizi bu insanlardan qabaq sevmişdir və sevməkdədir də. O, həmişə sizin Hafiziniz və sizin Qoruyucunuzdur.
20. Evi təmizləyən zaman lazımsız şeylərin hamısını atırsınız. Bu zaman Allahdan istəyin ki, zehninizdə, dilinizdə, əxlaqınızda olan çirkinlikləri pak etsin.
Allah Təala bizləri Öz dostlarından qərar versin, inşəallah. (Tebyan saytına istinadən)
 
Hazırladı: Məşhədi Xanım,
Deyerler.org

Category: Tövhid | Added by: Ənfal
Views: 1107 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/3
Total comments: 1
0  
1 GADİR   (2014-04-06 5:54 AM) [Daxil et]
AMIN !
ALLAH RAZI OLSUN !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]