Cümə günü, 2024-03-29, 5:41 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Tövbə etmiş şəxsin 4 nişanəsi
2013-11-07, 7:01 AM
Tövbə etmiş şəxsin 4 nişanəsi

  Tövbə - Allahın lütf və inayətidir ki, insanlara əta etmişdir. Həqiqi tövbə günahın bütün ziyanlarını və aqibət cəzasını aradan aparar. Günah sanki bataqlıqdır ki, insan hər nə qədər ona batarsa, daha dərinliklərə çəkilər. Özünü məhvə yaxın edər. Ancaq insan tövbə edən zaman həmin günahlardan əl çəkəcəyini, bir daha onlara qayıtmayacağını qərara alır. Bunun özü böyük bir qələbədir. Çünki bu zaman Allahın rəhmət qapıları üzünə açılar. (Tebyan)
Hər kim tövbə etməyə qəsd etsə, gərək əzmi möhkəm olsun. Bu halı daima özündə hifz edə bilsin. "De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!””. ("Zumər” 53).
Əlbəttə, şeytanın bütün səyi budur ki, vəsvəsə edərək və bəndələrdə ümidsizlik yaradaraq onları Allahdan uzaqlaşdırsın. Onları o qədər günaha qərq etsin ki, Allah rəhmətindən və hidayətindən uzaq düşsünlər.
Halbuki, Allah hər bir bəndəsini sevir, istər günahkar olsun, istərsə də mömin. Allah Təala daima bəndələrinin səadət və xoşbət olmasını istəyir. Əlbəttə, onların pis əməllərindən narazıdır. Ona görə də Özünün ən sevimli bəndələri olan peyğəmbərləri, İmamları insanlara tərəf göndərib ki, onları hidayət etsinlər. Bəşər indi də Məsum İmamın (ə.f) nəzarəti altındadır. İmam (ə.f) düşmənlərin fitnəsindən öz sevimli ardıcıllarını qorumaq üçün nümayəndələrinin vasitəsilə onları düz yola hidayət etməkdədir.
Ona görə də heç bir insan gərək Allahın rəhmətindən ümidini kəsməsin. Çünki Allahdan ümidini kəsmək, Ona sui-zənn etmək - ən böyük günahdır.
 Beləliklə, deyə bilərik ki, həqiqi tövbə bəndənin Allaha tərəf qayıtması, rəhmət qapılarının üzünə açılmasıdır. Tövbə şeytanın belini sındırar, üzünü qaraldar. Çünki bütün səy və zəhməti boşa getmiş olar.
İmam Əli (ə) buyurur: "Tövbə günahları təmizləyər və qəlbi yuyar”.
Həzrət Peyğəmbər (s) buyurur: "Tövbə etmiş şəxsin dörd nişanəsi vardır: əməli yalnız Allaha görə xalisləşdirmək, batili tərk etmək, haqqa bağlılıq və yaxşılığa hərislik”.
İmam Əli (ə) buyurur: "Günahdan peşman olmaq - istiğfardır”.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 810 | Downloads: 0 | Rating: 3.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]