Halal ticarət insanın axirətini abad edər - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə günü, 2016-12-09, 1:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Halal ticarət insanın axirətini abad edər
2013-11-07, 6:57 AM
Halal ticarət insanın axirətini abad edər

  "Odur ki, ölçü və tərəzini düz edin, camaatın malından kəsməyin və yer üzü (peyğəmbərlərin dəvəti və səmavi şəriətlər vasitəsilə) düzəldikdən sonra onda fitnə–fəsad törətməyin. Əgər imanınız varsa, bunlar sizin üçün daha yaxşıdır”. ("Əraf” 85).
Bu mübarək ayədə görmək olur ki, Həzrət Şüəyb (ə) insanlara buyurur ki, mal satan zaman nə tərəzidə, nə metrdə və nə də litrdə insanları aldatmayın. Çünki bu zaman insanların malı sizin boynunuzda olar və bu da qul haqqıdır. Qiyamət günü cəzalandırılmağınız qul haqqından asılıdır. Əgər bu insanlar öz haqqlarından keçərlərsə, Allah insanı azad edər. Ancaq əgər bağışlamazlarsa, Allah əmr edər ki, həmin borclu insanın yaxşı əməllərindən götürüb borclu qaldığı insana versinlər. (Erfan)
Əgər əməl dəftərində yaxşılıq yoxdursa, bu zaman borclu qaldığı insanınn əməlindəki pis əməlləri götürüb onun əməl dəftərinə yazarlar.
Bu da gör necə bir gün baş verər? Bu gün haqqında İmam Musa (ə) buyurur: "Ananın bir oğlu vardı və nicat tapması üçün bir yaxşı əməli çatışmır. Məhşər səhrasında oğlunun yanına gəlir və deyir: "Mən sənə 9 ay hamilə olmuşam. 2 il süd vermişəm, 3-4 il səndən müğayat olmuşam. Ömrümün axırına qədər sənə xidmət etmişəm. İndi yaxşı əməllərindən bir neçəsini mənə ver ki, qalan əməllərimi tamamlaya bilim”. Ananın sözü bura çatanda oğlu anasından qaçar”.
Bəli, bu hədisdən görmək olur ki, bir insan ki, 60 illik ömrü boyu insanları aldatmış və hər birindən 100-200 qr. mal az vermişdirsə, bu qədər malın haqqı onun boynundadır və Qiyamət günü insanların bu haqqlarını qaytarmaqla məşğul olacaqdır. Yəni, onun bütün yaxşı əməllərini götürüb, borclu qaldığı insanlara paylayacaqlar.
"Beləliklə, qulaqları kar edən o nərə (surun ikinci dəfə üfürülməsi) gəlib çatdıqda, O gün insan qaçar öz qardaşından; Anasından və atasından; Zövcəsindən və oğullarından. O gün hər bir insanı özü ilə məşğul edəcək işi-gücü olacaqdır”. ("Əbəsə” 33-37).
Qiyamət elə bir gündür ki, insan atasından, anasından qardaşından... qaçar. Qorxar ki, birdən ondan saleh əməllərini istəyərlər. Belə olan halda 60-illik ömrü boyu insanları aldadan həmin kişiyə deyəcəklər: "Bu beş min nəfərin səndən istəyəcəkləri vardır”. Bu ayə və hədisləri ciddi qarşılamaq lazımdır. Çünki bu gün haqqdır və o, gələcəkdir. Hələ ki, fürsət var, həmin gün üçün yaşayaq və boynumuzda qul haqqı olmasın.
Əbuzər nəql edir: "Bir gün gəlmişdim ki, şam və xüftən namazlarını Peyğəmbərlə (s) qılım. Gördüm ki, Həzrətin (s) siması çox narahat və qəmgindir. Bunun səbəbini soruşmaq üçün həya etdim. Ancaq səhərə qədər bunu fikirləşdim və Bilal sübh azanını oxuyan zaman məscidə gəldim və keçən gecədən fərqli olaraq, Peyğəmbəri (s) çox xoşhal gördüm. Qabağa getdim və dedim: "İcazə verirsiniz sual verim?”. Buyurdu: "Bəli”. Dedim: "Dünən gecə çox narahat və pərişan idiniz. Bu gün isə çox sevinclisiniz. Dünən gecəki o narahatlıq nə idi?”. Buyurdu: "Əbuzər, dünən gecə insanlardan birinin 2 dirhəmi yanımda idi və mən bir nəfər tapmadım ki, onu sahibinə versin. Ona görə də azana qədər oyaq qaldım və dua etdim ki, Allah ölümümü bu gecə etməsin. Mən də həmin bu iki dirhəmi sahibinə qaytara bilim. Oyaq qaldım ki, ölüm mələyi gəlsə ondan xahiş edim ki, canımı almasın. Bu gün səhər həmin adam gəldi və həmin iki dirhəmi sahibinə verdim. Ona görə də bu gün mənim xoş günüm və dünən gecə xoşagəlməz bir gecəm idi””.
Bəli, beləliklə deyə bilərik ki, halal ruzi insana həm bu dünyada və həm də axirətdə səadət və xoşbəxtlik gətirər.
 
/Deyerler.org/
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 276 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]