Bəla iki cürdür: şər və xeyir
İnsan gərək çətinliklər çəksin ki, özünə layiq duruma yetişə bilsin. Keşməkeşli həyat – təkamülün “şallağıdır”, yəni motivverənidir. Diri məxluqların hamısı bu şallağın yardımı ilə kamala tərəf hərəkət edərlər. Bu qanun bitkilər, heyvanlar və insanlar üçün də təsirlidir. Ona görə də hər bir insan istəsə də, istəməsə də bəla ilə qarşılaşar.