Şənbə günü, 2024-04-20, 2:28 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Surələrin fəzilərləri » Surələrin təfsiri

Quran niyə müxtəlif cür təfsir edilir?
2014-05-21, 6:20 AM

Quran niyə müxtəlif cür təfsir edilir?

Təfsir - zehin və fikir işidir. Bir çox məchulları aşkar etmək üçün hərəkət edər. Təfsir ancaq Quran ayəsinə aid bir elm deyildir, bəlkə hər hadisəni və ya hər kəlamı təfsir etmək olar. (Tebyan)

Təfsirin mənası mövzunun aydınlaşdırılması və izah olunmasıdır. Yəni, təfsir mövzunu kəşf edər, aydınlaşdırar, bəyan edər, şərh edər. Təbiidir ki, hər bir sözü və hər bir mövzunu müxtəlif cür izah etmək mümkündür. Kəlam sahibinin elmi hər nə qədər yüksək olarsa, izah və bəyanı da daha dərin və daha aydın olar. Hətta bir beyt şeiri belə təfsir etmək olar. Bu yolla həmin şairin elm və qüdrətindən xəbərdar olmaq olar. Qurani-Kərim Allahın kəlamı olduğu üçün Onun elminin təcəllisi, hikmətidir. Bəşəri hidayət edən ali bir iradədir. Ona görə də hər bir kitabdan və kəlamdan çox təfsirə ehtiyacı vardır. İmam Əli (ə) buyurur: “Nazil olan kitabın sirri - Qurandadır. Quranın sirri isə “Fatihətul-kitab”dadır. “Fatihətul-kitab”ın sirri isə “Bismilləhir-Rahmənir-Rahim”dədir. “Bismilləhir-Rahmənir-Rahim”in sirri isə “Bismilləh”in “ba”sındadır və həmçinin “Bismilləh”in “ba”sından olan hər bir şeydədir. “Ba”nın aşağısında nöqtə vardır və mən “ba”nın aşağısında olan həmin nöqtəyəm”.

Hətta bu hədisi belə müxtəlif cür təfsir etmək olar. Misal üçün şərh vermək olar ki, Allah Təalanı tanımaq üçün Onun Uca və Müqəddəs adlarını tanımaq lazımdır. Əlbəttə Allahı tanımaq elm istəyir. Bu elm isə vəhy mənbəyi olan Peyğəmbərdə (s) cəm olmuşdur. İmam Əli (ə) isə bu elmin qapısıdır. Deməli Allahı tanımaq və tövhid qapısı odur. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Bütün varlıqlar “Bismilləhir-Rahmənir-Rahim”in “ba”sından zühur ediblər”.

Ona görə də rəhmətlik İmam (r) “Həmd” surəsinin təfsirində buyurmuşdur: “Qeybin bütün təcəllisi ki, Quran onun tərcümanıdır... Bu məna isə Allahın böyük adı olan “Bismillah”da mövcuddur. “Ba” hərfi - səbəbiyyət məqamıdır və nöqtəsi - bu səbəbin sirridir. Əli (ə) - vilayətin sirri və səbəbidir. Ona görə də o, banın altındakı nöqtədir. Yəni “ba”nın altındakı nöqtə - vilayətin sirrinin tərcümanıdır”. Beləliklə deyə bilərik ki, təfsirlərin müxtəlif olması nəinki yaxşıdır, bəlkə həm də zəruridir ki, bir kəlama görə çox sayda rəmzlər müəyyən edilsin. Ancaq diqqət edilməldir ki, təfsir rəyə görə olmasın. Yəni təfsir şəxsi meyl və hədəfə qullluq etməsin. Başqa ayələrə və hədislərə istinad edərək təfsir olunsun. /Deyerler.org/

Category: Surələrin təfsiri | Added by: Ənfal
Views: 2404 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]