Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
2014-05-21, 6:25 AM | |
Məclisdə pıçıldaşmayın Bir məclisə gedən zaman əgər diqqət etsəniz görərsiniz ki, bir qrup həmişə kənara çəkilib pıçıldaşmağı sevirlər. Bir-biri ilə söhbət edir və ətrafdakılara gözlərini ucu ilə baxarlar. Bəzən də qəhqəhə çəkir və ya ah-vah edərlər. İnsanlara işarə edib məsxərə edərlər. (Tebyan) Baxmayaraq ki, bir küncə çəkilmisiniz və nə dediklərinizi başqaları eşitmir, ancaq əmin olun ki, Allah eşidir. Xəcalət çəkmirsiniz ki, insanların içində belə rəftar edirsiniz? İnsanların eşitməməsi üçün yavaşca danışırsınız, ancaq Allahdan xəcalət çəkmirsiniz? Allah Təala Quranda buyurur: “Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir”. (“Mucadilə” 7). Bəli, Allah hər yerdə olur - həm batinimizdə, həm fikirlərimizdə, həm də əməllərimizdə. O böyük gündə Allah hər şeyi açıb deyəcəkdir. Həm insanın özü və həm də başqaları biləcəklər. Əgər kənara çəkilən zaman günah edibdirsə, Allah buyuracaqdır: “Məgər bilmirsən ki, Allah yerdə və göydə baş verənlərin hamısından agahdır?”. Baxmayaraq ki, bu ayə Peyğəmbərə (s) xəbərdarlıqdır, ancaq bütün insanlara şamil olur. İnsan o zaman ki, başqasından nəyisə gizlətmək istəyir və onu yoldaşı ilə bölüşmək istəyir, elə bir yerə gedir ki, onu heç kəs eşitməsin. Bu ayədə Allah Təala buyurur ki, əgər siz 3 və ya 5 nəfərsinizsə, Mən onların dördüncüsüyəm və ya altıncısıyam. Yəni, Mən hər şeydən və hər yerdən agaham. Baxmayaraq ki, Pak Zatının nə zamana və nə də məkana ehtiyacı vardır. Dediyimiz ki, Allah nə cisimdir, nə də maddi. Ona görə də Onun üçün zaman və məkan düşünmək qeyri-mümkündür, mahaldır. Onun hər bir şeyə elmi vardır. Onun mələkləri hər yerdədir və hər şeyi qeydə alırlar. Belə ki, İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: “Allahın qəyyumları onlara bəxş edilən qüdrətə görə bütün məxluqlara hakimdirlər. Çünki onların işi - Onun işidir, bu iştirak Ona nisbət verilər”. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Allah ona görə Səmih (eşidən) adlandırılır ki, üç nəfər bir-biri ilə pıçıldamaz, məgər O, dördüncüsü olsun. Qarışqanın daşın üzərində yol getməsini eşidər. Və quşların havada qanadlarının bir-birinə dəymə səslərini də. Heç bir şey Ondan gizli deyildir. O şeyi ki, qulaqlar və gözlər dərk edir və o şeyi ki, dərk etmir - kiçikdən böyüyə qədər, hamısı Onun üçün aşkar və zahirdir”. Ona görə də ey mömin! Məclisdə olan zaman biri ilə pıçıldamaq istəyəndə, Allahı yadına sal. Çünki Allah bütün bəndələrinə eşq bəsləyər. Xoşuna gəlmir ki, bir neçəsi başqalarını məsxərəyə qoysun. Ehtiyatlı olun ki, başqalarına xoş gəlmək üçün Allahı qəzəbləndirəsiniz. İşarə və hərəkətlərlə başqalarını şəkkə salmayınız. Çünki, bu zaman onların ürəyinə kin daxil olar ki, bu da nifaqa yol açar. Nifaq isə şeytan ordusunun silahıdır ki, onun vasitəsilə ürəkləri bir-birindən uzaqlaşdırar. /Deyerler.org/ | |
Views: 2294 | Downloads: 0 | Rating: 1.0/1 |
Total comments: 0 | |