Çərşənbə axşamı, 2024-04-23, 11:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bəla iki cürdür: şər və xeyir
2014-05-15, 6:22 AM

Bəla iki cürdür: şər və xeyir

  İnsan gərək çətinliklər çəksin ki, özünə layiq duruma yetişə bilsin. Keşməkeşli həyat – təkamülün “şallağıdır”, yəni motivverənidir. Diri məxluqların hamısı bu şallağın yardımı ilə kamala tərəf hərəkət edərlər. Bu qanun bitkilər, heyvanlar və insanlar üçün də təsirlidir. Ona görə də hər bir insan istəsə də, istəməsə də bəla ilə qarşılaşar. Onun qarşısında nümayiş etdirdiyi rəftara görə də taleyi həll olar. Yəni, o kəslər ki, bəlaya müqavimət gösətirir, bu, onun üçün faydalı olar. İmam Sadiq (ə) buyurur: “Allah mömini həyatın keçməkeşindən amanda saxlamamışdır. Lakin dünyada kütbeynlikdən və axirətin qaragünlüyündən amanda saxlamışdır”. (Tebyan)

Bəla dedikdə çoxları müsibəti, əziyyəti, çətinliyi nəzərdə tutur. Lakin o qədər nemət vardır ki, insanın canına hopub, onun üçün bəla olmuşdur. Ona görə də demək olar ki, bəla iki cürdür: şər və xeyir.
İnsan cövhərini fikir, düşüncə və ruh təşkil edir. Həmin ruh insan üçün bəla ola bilər. Ruh üçün Allahın əmrləri və qadağaları, yoxsulluq və zənginlik, sağlamlıq və xəstəlik vardır. İnsan yoxsul və xəstə olan zaman səbir etməli, sağlam və nemət içində olanda isə vacib haqlarını yerinə yetirməlidir. Yoxsulun əlindən tutmalı, sileyi-rəhm etməlidir. Bu işləri təyin edən - Allah Təaladır. Allah bu işlərin yardımı ilə bəndəsini imtahana çəkər və hüccətini tamam edər.
Bu bəlalar insanın cisminə, malına, övladına və ətrafındakılara və s. şamil olar. Yəni insan hər kimlə rabitədədir, ona aid ola bilər. Mal və sərvət insan üçün mühüm bəlalardan biridir ki, əgər əxlaqi tutuma malik deyilsə, onun vasitəsilə həlak olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Bəla həmişə mömin kişini və möminə qadının bədənində, malında, övladlarında olar, o zamana qədər ki, Allah Təalaya çatar”.
Həzrət Peyğəmbər (s) buyurur: “Heç bir bəla mömin kişi və qadının canına, malına və övladına nazil olmaz, məgər o halda ki, Allah Təala ilə görüşər. O halda ki, heç bir günahı olmaz”. Yəni insanın canına, malına və övladına dəyən ziyan onu paklaşdırar və Allahla görüşdürər.
Həzrət Peyğəmbər (s) buyurur ki, Allah Təala buyurub: “O bəndəni ki, behiştə daxil etmək istəyərəm, onu bədən xəstəliyinə düçar edərəm. Bu bəla - onun günahlarının kəffarəsidir. Ya da ruzi darlığı edərəm. Əgər ona bəla gəlməsə, ölüm zamanı çətinliyə düşər ki, günahlarının kəffarəsi olsun. Günahsız məhşərə daxil olsun. Sonra onu behiştə daxil edərəm”.
 O kəslər ki, Allahdan uzaq düşüb və nemət içində boğulurlar, bu nemət onlar üçün bir bəla olar. Peyğəmbərimiz (s) buyurur ki, Allah Təala buyurub: “O bəndəni ki, cəhənnəmə daxil etmək istəyərəm, bədənini sağlam edərəm. Əgər bu sağlamlıq əməlini cubran etməzsə, onu hakimdən amanda saxlayaram. Əgər bu kifayət etməzsə, ölüm zamanını asan edərəm. O zaman ki, məhşərə daxil olar, Mənim yanımda yaxşı işi olmaz. Sonra onu cəhənnəmə daxil edərəm”.
 İmam Sadiq (ə) nəql edir ki, Allah Təala Həzrət Musaya (ə) buyurur: “Ey Musa! Nə zaman görsən yoxundur, üz çevir de ki, yaxşı əməl sahiblərinin yolu, xoş gəlmisən. Nə zaman görsən zənginsən üz çevirib, de ki, günahların cəzasıdır, tələsmişdir. Allah bu dünyada heç bir kəsə rahatlıq verməz, məgər unutduğu günahlarına görə. Ondan tövbə etməmişdir”.
Rəsuli-Əkrəm (s) buyurur: “Həqiqətən mən sizin üçün rahat imtahandan çətin imtahana nisbətən daha çox qorxuram”.
Allah Təala bizləri imtahanlardan layiqli çıxanlardan qərar versin.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1558 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1
Total comments: 3
0  
3 seyidzadeazer   (2015-08-18 2:20 PM) [Daxil et]
ADRIKNI YA RASULALLAH

0  
2 ali91   (2015-02-22 11:45 PM) [Daxil et]
Allah razi olsun yazanda. Saqolun bu sayta gore. Allah hamimizi imtahandan yaxwi cixmaqi, Onun sevimlilerinden olmaqi nesib etsin.

0  
1 GADİR   (2014-05-16 11:24 PM) [Daxil et]
ELHEMDULILLAH !
AMIN  YA RABBIL AYLEMIN !!
ALLAH RAZI OLSUN !
SHUKURLER OLSUN ALLAHA  YNILIKLER DAVAM ETMEYDEDIR, 
SALAMUN ALEYKUM VE RAHMETULLAH !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]